Cüdoçularımız Dünya Çempionatını 11 medalla başa vurublar
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycanın usta cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar.
SİA xəbər verir ki, dördüncü yarış günündə komandamızın üzvləri daha 2 bürünc medal qazanıblar. M7 yaş kateqoriyasında Azər Əsgərov (-100 kq), M8 yaş kateqoriyasında isə Fərhad Rəcəbli (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq), Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan komandası dünya çempionatını 3 qızıl və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub. Millimiz 65 ölkənin iştirak etdiyi mundialda kişilərin medal sıralamasında 7-ci yeri tutub.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 Sentyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















