Icma.az
close
up
RU
Cüdoda zədələr: gənclər nələrə diqqət etməlidir?

Cüdoda zədələr: gənclər nələrə diqqət etməlidir?

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər idman növündə olduğu kimi, cüdoda da zədələr qaçılmazdır. İdmançılar bu hallarla bəzən yarış zamanı, bəzən də turniröncəsi üzləşirlər. Erkən yaşlarda alınan xəsarətlər isə daha təhlükəli olur, hətta idmançının karyerasını bitirməsinə səbəb ola bilir.

Cüdodakı zədələrlə bağlı Azərbaycan milli komandasının həkimi Ramil Vəliyevlə söhbətləşdik. O, bu sahədəki problemlərdən danışdı:

“Zədələnmə zamanı əsas məsələ vaxtında və düzgün müdaxilədir”

“Cüdo döyüş idman növü olduğundan müxtəlif travmalarla qarşılaşırıq. Təbii ki, nə qədər zədə önləyici tədbirlər həyata keçirsək də, döyüş idman növü olduğundan xəsarətlərdən tam şəkildə qaçmaq mümkün olmur. Bir çox idman növlərindən fərqli olaraq, cüdoda kiçik zədələnmələrdən tutmuş, həyati nəticələrə səbəb olan ağır travmalara qədər müxtəlif hallar yaşanır. Məsələn, kəllə-beyin, boyun travmaları və sair. Amma ən çox rastlaşdığım hallar diz, çiyin, dirsək, topuq, bilək və s. nahiyələrdə olur. Ümumiyyətlə Beynəlxalq Cüdo Federasiyası, Azərbaycan Cüdo Federasiyası tərəfindən zədələrin növlərinə, lokalizasiyasına və ağırlıq dərəcəsinə görə statistikası aparılır. Ona görə bir il diz nahiyəsində xəsarətlər çox olursa, növbəti il çiyin nahiyəsində bu halların artdığını müşahidə edirik. Bunları anatomik lokalizasiyasına görə də təsnifləndiririk”.

Zədələnmə zamanı əsas məsələ vaxtında və düzgün müdaxilədir. Vəliyev idmançıların reabilitasiyasından və müalicəsindən söz açdı:

“Hansı növ zədələnmə olmasından asılı olmayaraq, bizim üçün prioritet problemin vaxtında aşkarlanması, diaqnostik dəyərləndirilməsi, müalicə-reabilitasiya planının hazırlanması, müalicənin icrasına nəzarət, məşqlərə və yarışa geri dönüşün təmin edilməsidir. 

“Bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür”

Cüdoçu istər məşqdə, istər yarışda əvvəlcə isinmə, mobillik hərəkətlərini düzgün icra etməli, bir sıra zədəönləyici vasitələrdən, məsələn, düzgün teypləmə, qoruyucu vasitələrdən istifadə etməlidir. Həmçinin, məşq sonrası soyuma düzgün aparılmalıdır. Yəni, məşq bitən kimi proses sonlandırılmamalıdır. Yüngül qaçış, gərilmə hərəkətləri vacibdir. Bu yolla məşq zamanı yüksəlmiş qan təzyiqi, ürək döyüntüsü normallaşır. Gərginləşmiş əzələ və tendonlar boşalır. Bütün bu tədbirlərin həyata keçirilməsi zədlənmə riskini azaldır”.

Uşaq və yeniyetmə cüdoçuların sağlamlığına xüsusi diqqət ayrıldığını bildirən həkim gənclərə ilkin tibbi müayinənin əhəmiyyətindən danışdı:

“Uşaq və yeniyetmə cüdoçuların sağlamlığı öncəliklərimizdən biridir. Bu yaş qrupunun nümayəndələri əsasən klublarda məşq edir. Onlar cüdoya başlamazdan öncə genişləndirilmiş tibbi müayinədən keçməlidir. Tibbi yoxlamalar əsasən uşaq poliklinikalarında aparılır. İdmanla məşğul olan hər kəs sağlam olmalıdır. Bəzən uşaqlardakı müəyyən problemlər diqqətdən qaçır. Yüklənmə zamanı bir sıra əlamətlər artıq üzə çıxır. Odur ki, bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onlar da bildikləri məlumatları həkimə, məşqçiyə deməlidirlər.

Bildiyiniz kimi, uşaq və yeniyetmələrdə inkişaf prosesi sürətlə davam edir. Sümük-əzələ sisteminin durumu düzgün qiymətləndirilməlidir. Posturu, antropometrik xüsusiyyətləri və  onurğa sütununun vəziyyəti idman fəaliyyəti üçün önəm daşıyır. Bu göstəricilər əvvəlcədən düzgün dəyərləndirilmədikdə, yüklənməyə nəticəsində daha ciddi problemlər və zədələnmə riski yarana bilər”.

Vəliyev gənclərdə idman yüklənmələrinin yarada biləcəyi fəsadlara toxundu. O, milli komandada ən çox rastlaşdıqları travmalardan danışdı:

“Məşqçilər uşaq və yeniyetmələrdə məşq yükünü düzgün seçməlidirlər. Ağırlıq məşqlərində ehtiyatlı olmalıdırlar. Hazırda yığma komandada belə hallarla rastlaşırıq. Adətən həmin idmançıları yeniyetmə komandasında görürük. Çünki milli komandaya məhz bu dövrdən qoşulmağa başlayırlar. İlkin tibbi müayinə zamanı bəzən ciddi xəsarətləri, eləcə də dayaq-hərəkət aparatı, ürək-damar sistemi ilə bağlı problemləri aşkarlayırıq. Yəni 14-15 yaşlı idmançıda disk yırtığı, protruziya, menisk yırtığı, ön çarpaz bağ yaralanmaları, ürək ritm pozğunluqları və s. hallarla rast gəlirik. Federasiya olaraq klub məşqçiləri ilə seminarlar, konfranslar keçiririk ki, belə halların qarşısını ala bilək”.

Vəliyev cüdoçularda zədələrin yaranma səbəblərindən də danışdı. O, əsas diqqətin erkən yaşda olan idmançılara və çəki salan cüdoçulara yönəldilməli olduğunu qeyd etdi:

“Uşaqlara çəki salmaq qəti qadağandır”

“Cüdoçularda travma almanın səbəblərindən biri də sığortalamanın və texnikanın düzgün icra edilməməsidir. Burada ev məşqçilərinin üzərinə böyük məsuliyyət düşür. Çəki salmaq idmanda aktual məsələlərdən biridir. ACF (Azərbaycan Cüdo Federasiyası) cüdoçuların çəki salması ilə bağlı sənəd hazırlayıb. Ümumiyyətlə bu proses iki cür aparılır: yarışa 3-4 həftə və 1 həftə qalmış. Biz isə ilk variantı dəstəkləyirik. 

Ümumiyyətlə, uşaqlara çəkisalma qəti qadağandır. Kəskin çəkisalma zamanı bədəndən maye azalır. Duz, mineral, zülal defisiti yaranır. Bu da mərkəzi sinir, ürək-damar, tənəffüs, sidik-ifrazat sistemlərinə mənfi təsir edir. Odur ki, yeniyetmə idmançılara mümkün qədər bu prosesdən imtina etməyi tövsiyə edirəm. Maksimum real çəkinin 3 faizə qədər azaldılması məsləhət görülür. Yeniyetmə qız cüdoçularda isə bu rəqəm maksimum 1-2 faizdir. Həmçinin, yeniyetmələr inkişaf mərhələsində olduğu üçün uzun müddət eyni çəki dərəcəsində qalmaq tövsiyyə olunmur. Ona görə belə hallarda çəki kateqoriyasının dəyişdirilməsi məsləhət görülür. Tez -tez çəki salmaq zədələnmələrə yol açır. Bu proses  ACF-in hazırladığı strategiyaya uyğun şəkildə həyata keçirilir. Bu məsələdə məşqçi, komanda həkimi, dietoloq və psixoloq birlikdə çalışır”.

Vəliyev sonda uşaq və yeniyetmə cüdoçulara, onların valideynlərinə və məşqçilərinə mühüm tövsiyələr verdi:

“Qeyd etdiyim kimi, yeniyetmə orqanizmi hələ inkişaf mərhələsindədir. Öncə qidalanma və yuxu rejiminə diqqət etməlidirlər. Minimum 8 saat yuxu yatmalı, gündə 4-5 dəfə qidalanmalıdırlar. Mümkün olduğu qədər çəki salmaqdan qaçmalıdırlar. Çünki bu proses orqanizmdə bütün sistemlərin fəaliyyətinə mənfi təsir edir. Odur ki, çəki dəyişmək tövsiyyə olunur.

İdmançının fiziki sağlamlığı və ya hər hansı zədə ilə bağlı şikayətləri varsa, dərhal məşqçiyə və həkimə məlumat verməlidir. Belə vəziyyətləri gizlətmək olmaz. Problem yarandıqda həkimin verdiyi plana uyğun olaraq tam sağalanadək müalicə olunmalıdır. Həkim və məşqçinin icazəsi olmadan məşqlərə başlamaq olmaz. Klub məşqçilərinə, ev məşqçilərinə bir məsləhətim var: ifrat yüklənmələrdən qaçın. Ağır fiziki məşqlər bu yaşda olan idmançıların sağlamlığında ciddi problemlər yarada bilər. Çəki məsələsində məsuliyyətli davranmalıdırlar. Bu tövsiyələrə əməl olunarsa, uşaq və yeniyetmələr daha sağlam inkişaf edər və yüksək nəticələrə nail ola bilərlər”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Sentyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri