Icma.az
close
up
RU
Cüdoda son gün: milli komanda yarışacaq

Cüdoda son gün: milli komanda yarışacaq

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda təşkil olunan cüdo üzrə böyüklər arasında dünya çempionatına oktyabrın 11-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək səkkizinci yarış günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulacaq.

Görüşlər 6 çəki dərəcəsində – kişilər arasında -73 kq, -90 kq və +90 kq, qadınlarda isə -57 kq, -70 kq və +70 kq çəki dərəcələrində təşkil olunacaq.

Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz bu rəqibi keçəcəyi təqdirdə növbəti mərhələdə Yaponiya seçməsi ilə qarşılaşacaq.

Azərbaycanın heyətində qadınlardan Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi -57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi -70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi -73 kq), Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi -90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandamızın heyətinə daxil ediliblər.

Təsnifat mərhələsi saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq. Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 11 Oktyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri