Icma.az
close
up
RU
Cüdomuzun gücü və yeniləşən ruhu

Cüdomuzun gücü və yeniləşən ruhu

Icma.az bildirir, 525.az portalına istinadən.

Bakı İdman Sarayı üç gün yenidən tatami üzərində ağ və göy cüdokilərin heyrətamiz rəqsinə şahidlik etdi. Dekabrın 5-dən 7-dək burada cüdo üzrə növbəti Azərbaycan çempionatı keçirildi. Kişilər və qadınlar arasında bu idman növü üzrə ən güclülər müəyyənləşdirildi. Cüdoçular həm fərdi qaydada döyüşdülər, həm də komanda halında...

Çempionatın nəticələri ölkə mediasında ətraflı işıqlandırıldığı üçün, necə deyərlər, təfərrüata varmaq istəmirəm. Bir məqamı xüsusi vurğulayardım: qaliblər, medalçılar arasında köhnə qvardiyanın nümyəndələri də var, yeni nəsil idmançılar da... Onların hər biri öz döyüş ruhunu, əzmkarlığını nümayiş etdirdi, istedad və ustalıq səviyyəsini göstərdi.

Çempionatın təşkilatçılığı yüksək səviyyədə idi: ən müasir avadanlıqların və texnologiyaların tətbiq edildiyi zaldakı parlaq işıqlandırılmış tatami, çoxsaylı məlumat lövhələri, yarışa xidmət edən hakimlərin və texniki heyətin səmərəli və operativ işləmələri üçün yaradılmış rahatlıq, funksionallıq, üstəgəl, tamaşaçılarla dolu olan tribunalarda azarkeşlərin həyəcanı və intizarı böyük maraq və məmnunluq doğururdu.

Əslində, ölkə çempionatı daxili seçim məqsədi daşıyır, burada qalib gəlmək, yalnız medal qazanmaq deyil, həm də milli komandanın əsas heyətinə düşmək, gələcək beynəlxalq turnirlərdə iştirak etmək imkanı verir. Tatamiyə çıxan hər bir idmançı dərk edir ki, bu meydan Avropa və dünya arenalarına, həmçinin Olimpiya xəyallarına gedən yolun təməlidir. Buna görə də qarşılaşmalarda böyük gərginlik və məsuliyyət hissinin hökm sürməsi təbii idi.

Yarışlar zamanı nümayiş etdirilən çeşidli texnika və taktika, Azərbaycan cüdosu üçün ənənəvi olan gücə və sürətə əsaslanan döyüş tərzi ilə yanaşı, bəzi idmançıların rəqiblərini tamamilə çaşdıran yeni, qeyri-standart fəndlər tətbiq etməsi xüsusi diqqət çəkirdi. Bu, məşqçilər heyətinin müasir cüdo tələblərinə uyğun olaraq fərdi yanaşmaları inkişaf etdirdiyini göstərir. Xüsusilə, final görüşlərindəki psixoloji mübarizə yaddaqalan oldu. Bəzən fənd deyil, məhz son saniyədəki soyuqqanlılıq və rəqibin taktikasını oxumaq bacarığı qalibi müəyyən edirdi. Komanda yarışlarında Şuşa Uşaq-Gənclər İdman Məktəbinin qadın cüdoçularını birinci pilləyə yüksəlməsi sürpriz hadisə kimi yadda qaldı.

Əminliklə deyə bilərik ki, hazırda Azərbaycan cüdosu dünyanın idman ictimaiyyətinin diqqət mərkəzindədir və bu, tamamilə qanunauyğun bir haldır. Beynəlxalq arenalarda ölkəmizi təmsil edən idmançılarımızın əksəriyyəti nəinki dünya cüdosunun ən nüfuzlu nümayəndələri ilə bərabər səviyyədə mübarizə aparmağı bacarır, hətta ən mötəbər yarışlarda, çox böyük arenalarda onlara üstün gələ, bayrağımızı yüksəklərə qaldıra, hamını Dövlət Himnimizi dinləməyə təşviq edə bilirlər.

Yeri gəlmişkən, bu il Azərbaycan cüdosunun nailiyyətlərinin kulminasiya nöqtəsi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları oldu. Olimpiya çempionlarımız Hidayət Heydərovun və Zelim Kotsoyevun öz çəki dərəcələrində rəqibsiz liderliklərini təsdiqləməsi, eləcə də cüdoçularımızın qarışıq komanda yarışlarında bütün rəqiblərinə qalib gələrək tarixi birincilik qazanması hər birimizi qürurlandırdı. Azərbaycanın tatami ustalarının sıralarına Hüseyn Allahyarov, Kənan Nəsibov, Elcan Hacıyev və digər gənc istedadların qoşulması cüdomuzun gələcəyinin təminatıdır.

Tamaşaçısı olduğum cüdo üzrə ölkə çempionatındakı təşkilatçılığın yüksək səviyyəsini bir daaha qeyd edərkən, Azərbaycan Cüdo Federasiyasının son illərdəki yüksək nəticələrə hədəflənmiş səmərəli fəaliyyətini, bu sahəyə dövlət qayğısını vurğulamaqla yanaşı, ölkə çempionatının sponsorlarının “Azercell”in və “AZMAN holding”in xeyriyyəçilik dəstəyinə də dəyər verməyi vacib sayıram. Xüsusən də, “AZMAN holding” öz həmtəsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərovun timsalında ölkəmizin cüdo ənənlərinin inkişafına daim sanballı töhfə verir. Son iki ildə milli çempionata sponsorluq etməkdən başqa, şirkət 2017-2023-cü illərdə əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq cüdo turnirinin təşkilatçısı olub. Azər müəllimin təşəbbüsü ilə Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi,  “Şöhrət” ordenli, Əməkdar məşqçi Tərlan Həsənov haqqında yazılmış “Bir cüdo əfsanəsi” kitabı isə gənc nəsil arasında bu idman növünün populyarlaşmasına xidmət edir. Kitabın müəllifi kimi bunu qeyd etməyə bilmərəm...

Çempionatın əsas təəssüratı isə belədir: Azərbaycan cüdosu öz ənənələrinə sadiq qalmaqla yanaşı, daim yenilənir və inkişaf edir. Tatamidə nümayiş etdirilən hər bir fənd və qazanılan hər bir medal idmançılarımızın beynəlxalq arenada yeni uğurlar qazanmaq əzmində olduqlarını bir daha sübuta yetirdi. Cüdo üzrə Azərbaycan çempionatı gələcəyin Olimpiya və dünya çempionlarının yetişdiyi məkan kimi öz əhəmiyyətini yenidən təsdiqlədi...

Elşən Əliyev

Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri