Icma.az
close
up
RU
Yeniləşən Azərbaycan mediası: 150 illik yubileyə hansı nəticələrlə gedirik?

Yeniləşən Azərbaycan mediası: 150 illik yubileyə hansı nəticələrlə gedirik?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

(əvvəli 3 may tarixli sayımızda)

(II yazı)

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə hazırlıq gedir. Bu təqvim milli medianın fəaliyyətini təhlil etmək, dəyərləndirmək zərurətini yaradır.

Əslində, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli sərəncamında media ictimaiyyətinin ötən dövrdəki fəaliyyəti qiymətləndirilib. Bu kontekstdə jurnalistlərimizin Vətən müharibəsi dövründəki fəaliyyətinə xüsusi diqqət yetirilib. Qeyd olunur ki, Azərbaycan mediası Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunmasında əsl vətənpərvərlik, həmrəylik və peşəkarlıq nümunəsi sərgiləyib. Haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün yüksək səy göstərib.

Sərəncam Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirməklə yanaşı, həm də ondan gələcək gözləntiləri ifadə edir. Azərbaycan mediası yubileyə hansı nailiyyətlərlə gedir və ondan gələcək gözləntilər nədən ibarətdir?

İslahatlar və milli teleməkan

Media islahatlarının ən qabarıq göründüyü sahələrdən biri də milli televiziya məkanıdır. Digər seqmentlərdən fərqli olaraq, televiziya sahəsində həm də ciddi şəkildə kadr islahatları həyata keçirilib. Son 4-5 il ərzində, demək olar ki, bütün mərkəzi və platforma yayımçısı olan TV-lərin rəhbərləri yeniləri ilə əvəzlənib. Bu dövrdə Azərbaycanın səsini dünyaya çatdıra biləcək xaricidilli, peşəkar, yeni TV kanalların açılması diqqət çəkib. 2024-cü ilin noyabr ayından etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması bu sahədə ən yaxşı nümunədir.

Televiziya infrastrukturu ilə bağlı köklü yeniliklər 2022-ci ildə Audiovizual Şuranın yenidən formalaşdırılması, həmçinin yeni qanunvericiliyin qəbul olunması ilə başlanıb. Yeni qanunvericilik kabel və İP TV-lər üçün qeydiyyat prosedurunu asanlaşdırıb. “Media haqqında” Qanunun gətirdiyi yeniliklərə uyğun olaraq, Audiovizual Şura internet, kabel, İPTV üzərindən geniş fəaliyyət aparan yayımçılara lisenziyalar verməyə başlayıb. Lisenziya alanlar kabel, İPTV, OTT vasitəsilə daha böyük auditoriyaya çıxış imkanı əldə edirlər. İndi internet televiziyaları kabel və İP TV operatorları vasitəsilə də yayım verə bilirlər. “APA TV” bu sahədə yaxşı örnək yaradıb.

Televiziya məkanı son 4 il ərzində ən modern texniki imkanlara sahiblənib. 2022-ci ilin yanvar ayından etibarən, Azərbaycanda peyk üzərindən ötürülən televiziya yayımı tam olaraq HD formatına keçirilib. 2024-cü ilin mart ayından ölkə üzrə mərhələli şəkildə DVB-T2 standartlı rəqəmsal televiziya yayımının tətbiqinə başlanılıb. Artıq Bakı şəhəri və Abşeron yarımadasında bu yayım, demək olar, tam təmin olunub. Ölkə üzrə keçidin başa çatması isə 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. Önəmli faktlardan biri də budur ki, Audiovizual Şura işğaldan azad edilmiş ərazilərdə də audiovizual yayımın təşkili, radiotezliklərin ayrılması, media subyektlərinə lisenziyaların verilməsi üzrə işlər həyata keçirir.

Milli teleməkanda struktur, kadr və qanunvericiliklə yanaşı, keyfiyyətli məzmun dəyişikliyi də baş verib. Azərbaycan Dövlət Televiziyası öz kontentini xeyli dərəcədə yeniləyib. AzTV həm müzakirə mövzuları, həm də təsir imkanları baxımından ölkənin əsas görüntülü informasiya resursuna çevrilə bilib. Özəl televiziyalarda isə ictimai tənqid doğuran şou proqramların dəyişdirilməsi prosesinə başlanılıb. Proses bu gün də davam edir.

Audiovizual Şura ölkədə elektron media seqmentində məzmunun inkişafı, müxtəlifliyə və çeşidli kontentə nail olunması məqsədilə təkliflər paketi hazırlayıb. Hazırda həmin təkliflərin reallaşdırılması istiqamətində işlər həyata keçirilir. Medianın İnkişafı Agentliyi ilə birgə audiovizual kontentin və sosial çarxların istehsalı üzrə müsabiqələr elan olunub.

Televiziyalar xarici ölkələrə, qaynar nöqtələrə ezamiyyətləri, birbaşa canlı yayım və reportajları əhəmiyyətli dərəcədə artırıblar. Bu kontekstdə AzTV-nin, Real TV-nin, CBC və İTV-nin fəaliyyəti xüsusilə diqqət çəkir.

Mərkəzi televiziyalar sosial media platformalarında video kontentin artırılması üçün effektiv işlər görürlər. Hazırda dövlət televiziyası da daxil olmaqla, əksər mərkəzi televiziyaların sosial media səhifələri çox aktivdir. Bu, bir tərəfdən televiziyaların auditoriyasını genişləndirirsə, digər tərəfdən sosial şəbəkə seqmentinin milli məzmunla zənginləşməsini şərtləndirir və ümummilli əhəmiyyət kəsb edir.

2022-ci ilin sonlarından etibarən, Azərbaycanda televiziya yayımında beynəlxalq standartlara uyğun olan reytinq ölçmələri həyata keçirilir. Yerli operator şirkət olan “Marsa Ltd”-in müasir texnologiyaya malik olan beynəlxalq “Kantar Media” ilə əməkdaşlığı çərçivəsində həm yerli televiziya kontenti, həm də retranslyasiya xidmətləri vasitəsilə əhaliyə təqdim olunan xarici televiziya kanallarının monitorinqi keçirilir, baxış üzrə dəqiq statistika tərtib olunur.

Bütün bu dəyişikliklərin həyata keçirilməsinə dövlət ciddi dəstək verir. Ümumölkə yayımlı özəl televiziyaların yayımını inkişaf etdirmək üçün 2021-ci və 2023-cü illərdə onların “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə, Kosmik Agentliyə (“Azərkosmos”) və Dövlət Radiotezliklər İdarəsinə olan borclarının bağlanması yönündə təklif verilib. Prezident İlham Əliyev özəl televiziya yayımçılarına, ümumilikdə, 9 milyon manat məbləğində birdəfəlik dövlət dəstəyinin göstərilməsinə sərəncam verib. Həmin maddi dəstəyin 4 milyon manatı debitor borcların bağlanmasına, 5 milyon manatı isə yayımçıların maddi-texniki bazasının təkmilləşdirilməsinə və media məzmunun istehsalına yönləndirilib. Audiovizual Şuranın yayımçılarla apardığı maarifləndirici fəaliyyət nəticəsində əvvəllər mövcud olan kütləvi debitor borclanma praktikasına son qoyulub.

İnformasiya agentlikləri

Son islahatların təsiri nəticəsində informasiya agentlikləri də yeni inkişaf mərhələsinə daxil olublar. Bu inkişafın nəticəsidir ki, informasiya agentlikləri son 4 il ərzində təkcə xəbər yayımı ilə məşğul olmaq çərçivəsindən çıxaraq, həm də analitik kontent yaradan strukturlara çevriliblər. Azərbaycan informasiya agentliklərinin analitik məlumatlarından götürülən sitatlara beynəlxalq təşkilatların hesabatlarında intensiv şəkildə istinad olunur. ABŞ Dövlət Departamentinin açıqlamalarından başlamış, “Artcle 19” təşkilatının, “Politico” nəşrinin məqalələrinə qədər ən müxtəlif yerlərdə APA, AzərTAC, “Trend” və “Report” agentliklərinə istinadlar verilib.

Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, yerli və xarici informasiya təminatı ilə milli informasiya resursları, xüsusilə agentlikləri məşğul olurlar. Məsələn, Ermənistanda son illər ərzində əsas xəbər mənbəyi “Sputnik Armeniya” hesab olunub. Azərbaycanda isə eyniadlı informasiya agentliyi heç ilk beşliyə də daxil olmayıb. Eyni hal qonşu Gürcüstan, qardaş Qazaxıstan, Özbəkistan və digərləri üçün də keçərlidir. Azərbaycanda milli informasiya agentlikləri güclü və əhatəli olduğu üçün heç bir xarici informasiya agentliyi yerli bazarda ciddi yer tuta bilmir.

Son 4 ildə müşahidə olunan hallardan biri də budur ki, milli informasiya agentlikləri daha çox dillərdə fəaliyyət göstərməyə başlayıblar. Hazırda AzərTAC 8, APA 5, “Trend” və “Report” agentlikləri isə 3 dildə fəaliyyət göstərirlər.

Azərbaycan informasiya agentlikləri, xüsusilə AzərTAC, APA və “Report” xarici ölkələrdə nümayəndəliklərinin sayını artırmaqda davam edirlər. Buna uyğun olaraq, təkcə milli məkandan informasiya yaymaqla kifayətlənmir, həm də dünyanın ən qaynar nöqtələrini əhatə edə bilirlər. Azərbaycan informasiya agentliklərinin Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələrinin gedişi ilə bağlı yaydıqları balanslı, keyfiyyətli və operativ xəbərlər ciddi diqqət qazanıb və bu fakt xarici ölkələrin diplomatlarının dilindən etiraf olunub.

Nəticə

Milli media məkanında baş vermiş bu dəyişikliklər Azərbaycan dövlətinin informasiya təhlükəsizliyinə həssas yanaşmasının, həmçinin milli informasiya resurslarının inkişafı üçün ciddi dəstək verməsinin nəticəsidir. Son 4 il müddətində verilən sistemli dəstəyə uyğun olaraq, Azərbaycanın milli media resursları ciddi inkişaf mərhələsinə qədəm qoyaraq, xarici mediada və beynəlxalq hesabatlarda istinad mənbəyinə çevrilə biliblər. Əgər 44 günlük Vətən müharibəsi zamanı dünya mediası Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar barədə məlumatları daha çox Türkiyə informasiya agentliklərindən və Türkiyə TV-lərindən alırdılarsa, indi bu tendensiya dəyişib. 2021-ci ildən sonrakı bütünü proseslərdə, o cümlədən antiterror əməliyyatlarında xarici medianın istinadları tamamilə Azərbaycan mediasının üzərinə köklənib. Yerli media xarici KİV-lərin Azərbaycanla bağlı xəbərlərində ən çox istinad etdiyi resurslara çevrilib.

Diqqət yetirsək görərik ki, milli media subyektləri əvvəllər yalnız Azərbaycana qarşı hücumlara cavab verir, müdafiə məzmunlu çıxışlar edirdilər. İndi isə önləyici tədbirlər alır, ölkənin maraqları ilə bağlı məsələlərdə maraqlı araşdırmalar apara, yeni faktlar tapıb təqdim edə bilirlər. Beləliklə, rəqib ölkələrin media subyektlərində və sosial şəbəkə seqmentində cavab reaksiyalarına, istinadlara səbəb olurlar. Misal olaraq, İran, Fransa və ABŞ media qurumları tərəfindən müxtəlif vaxtlarda ölkəmizə qarşı edilən informasiya hücumlarına Azərbaycan mediası tərəfindən peşəkar, operativ cavablar verilməsini və informasiya mübarizəsindəki uğurları göstərə bilərik.

Milli media ölkənin informasiya sərhədlərini qorumaq gücünü qazanıb. Peşəkar media subyektlərinin inkişafı istər-istəməz sosial media seqmentinə də təsir göstərib. Hazırda informasiya siyasətində məğlub olduğumuz heç bir media seqmenti mövcud deyil. İstər ənənəvi, peşəkar media seqmenti, istərsə də sosial şəbəkə platformalarının milli seqmenti heç bir xarici ölkənin informasiya vasitəsinin təsirində deyil. İndi bütün sosial şəbəkə platformalarında yüksək baxışı olan səhifələr yerli media resurlarına məxsusdur. Bu sırada Qafqazinfo, APA TV (fb), Baku TV, CBC və digərlərinin sosial media hesabları önəmli yer tutur.

Azərbaycan media məkanı son 5 il ərzində aparılan çalışmaların nəticəsi olaraq, yad təmayüllü, manipulyativ xarakterli “media nəzəriyyələrinin” ekspansiyası üçün poliqon rolunu oynamaq standartından çıxa bilib. Azərbaycan özü tərəqqipərvər, ictimai əhəmiyyət daşıyan media nəzəriyyələrinin, tendensiyaların yaradıcısına çevrilib. 22 iyul 2022-ci il tarixində Şuşa şəhərində 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlər, həmçinin yerli qonaqların iştirakı ilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forum keçirildi. Forum çərçivəsində “Azərbaycan mediasının inkişaf yolu və müasir dövrdə media islahatları”, “Yeni media jurnalistikasına keçid dövründə media etikası”, “Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı” və digər önəmli istiqamətlər üzrə müzakirələr təşkil olunub.

21-23 iyul 2023-cü il tarixlərində isə dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, ümumilikdə 49 ölkədən 150 xarici qonaq, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsinin iştirakı ilə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu” keçirilib. Forum çərçivəsində “Rəqəmsal dövrdə jurnalistika və kommunikasiya: yeni alətlər”, “Rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti”, “Yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları” kimi qlobal əhəmiyyətli mövzular müzakirə edilib. 2024-cü ildə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr edilən Şuşa Qlobal Media Forumu, demək olar ki, artıq qlobal brendə çevrilib və ümumilikdə, dünya informasiya məkanına töhfələr verir.

Prezident İlham Əliyevin Şuşa Media Forumuna şəxsən qatılaraq beynəlxalq və yerli jurnalistləri maraqlandıran sualları cavablandırması isə dünya ölkələri üçün örnək yaradır.

Birmənalı şəkildə deyə bilərik ki, bütün bu uğurlar son 5 il ərzində media məkanında həyata keçirilən islahatların nəticəsidir. Yeniliklər çoxdur və innovativdir. İnnovativ yeniləşmə Azərbaycan media məkanını dəyişir, uğurlu nəticələrə yol açır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see285

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see231

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see221

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see210

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see175

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see147

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see137

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see134

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see127

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see121

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see121

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see120

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see120

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see119

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see116

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see116

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see115

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see115

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see115

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri