Dəryaz qəzetinin baş redaktoruna HÖKM OXUNDU
Lent az saytına istinadən Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəryaz" qəzetinin təsisçisi və baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən məhkəmə Habil Tağıyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.
Xatırladaq ki, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir. Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib. Habil Tağıyev Cinayət Məcəlləsinin 182.2.2 (Hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Baxış sayı:176
Bu xəbər 06 Fevral 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















