Icma.az
close
up
RU
CÜMHURİYYƏT DÖVRÜNDƏ AZƏRBAYCAN TARİXİNİN ÖYRƏNİLMƏSİNƏ CƏHDLƏR

CÜMHURİYYƏT DÖVRÜNDƏ AZƏRBAYCAN TARİXİNİN ÖYRƏNİLMƏSİNƏ CƏHDLƏR

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

A.Ziyadxan məqalədə “Azərbaycan” adının yaranmasını iki fərqli baxışdan, daha doğrusu iki rəvayətə (versiyaya) uyğun izah etməyə çalışmışdır. Birinci rəvayətə görə guya “Azərbaycan” adı fars sözü olan “Azerpatiqan”dan yaranıb, mənası da “odun mədəni” deməkdir; ikinci rəvayətə görə isə guya “Azer-Babeqan”, yəni “Babəkin odu” deməkdir.

Məlumdur ki, Azərbaycan tarixşünaslığında Azərbaycan adının etimologiyası ilə bağlı digər versiyalar da vardı. Məsələn, sovet dönəmində yazılmış üç cildlik “Azərbaycan tarixi”nin 1-ci cildində yazılırdı ki, Atropatena Azərbaycanın elmə məlum olan ən qədim adıdır və yunan mənbələrindən bizə gəlib çatmışdır. Daha sonra o, dəyişərək farslarda “Ader-Badaqan”, ermənilərdə “Ater-patakan” və “Atr-patakan”, ərəblərdə “Adərbaycan” və “Azərbaycan”, yəni “odlar yurdu” formalarını almışdır. Bu da atəşpərəstliyin burada geniş yayılması ilə bağlı idi.

Çağdaş dövrün elmi məhsulu olan yeddi cildlik “Azərbaycan tarixi” kitabının birinici cildində Atropatenanın adının yaranması əlaqədar qeyd olunurdu ki, Ätarpätakan(a) forması Mada dialektlərinə gedib çıxır. Bu ad Ätarpät adından və -akän(a) şəkilçisindən ibarətdir və yuxarıda qeyd edildiyi kimi, “Atropata məxsus olan [torpaq]” deməkdir. Bu nöqteyi-nəzər Strabonun müddəası ilə yaxşı uzlaşır. Strabon yazmışdır ki, Atropat Madası “öz adını sərkərdə Atropatın adından almışdır”.

Hal-hazırda “Azərbaycan” adının yaranması ilə əlaqədar yuxarıda qeyd olunan versiyalardan daha çox sərkərdə Atropatın adından yaranması versiyası üzərində dayanılmaqdadır.

Türklərin Azərbaycan ərazisində mövcudluğu ilə bağlı maraqlı təhlillər aparan, Azərbaycanda xalqların tarixi yerdəyişməsinin dəqiq vaxtının müəyyənləşdirilməsinin asan olmadığını qeyd edən A.Ziyadxan, öz fikirlərini bir az da dəqiqləşdirmək və təsdiqləmək üçün türk xalqları tarixinin bilicisi German Vamberin* əsərinə müraciət etmişdir. O, German Vamberin əsərindən gətirdiyi “indiki Azərbaycan ərazisində, qədim zamanların Atropatenasında qədim İran xalqı elementinin türk xalqı tərəfindən nə vaxt və necə sıxışdırıla biləcəyinə qərar vermək çətindir” iqtibasından sonra yazırdı ki, indi növbə tarixçilərimizdədir. A.Ziyadxan, tarixçilər qarşısında doğma türk irqinin tarixini öyrənmək məsələsini qoymuşdur.

İ.Seqalın “Azərbaycan Respublikasının meydana gəlmə tarixi” adlı məqaləsində Seymdə gedən proseslər və bu proseslərin gedişində Cümhuriyyət liderlərinin fəaliyyəti qələmə alınmışdır. Onun məqaləsində Seymin və orada təmsil olunan müxtəlif fraksiyaların fəaliyyəti, o cümlədən Türk-müsəlman əhalisini təmsil edən partiya fraksiyaları və onların üzvləri haqqında dəqiq məlumatlar verilmişdi. Müəllif, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixində ən mühüm yeri Azərbaycanın siyasi partiyalarının çoxşaxəli fəaliyyəti tutacağını qeyd etməklə Azərbaycandakı siyasi partiyaların rolunu yüksək qiymətləndirmişdi.

Daha sonra erməni-bolşevik quldurlarının Kürdəmirə qədər qarşılarına çıxan hər şeyi məhv etmələrindən yazan İ.Seqal, Ərzurum vilayətində, Qars əyalətində, sonra isə İrəvan quberniyasında ermənilərin müsəlmanlara qarşı dəhşətli vəhşiliklər törətmələrindən bəhs etmişdir.

“Azərbaycan” qəzetinin səhifəsində çap olunmuş “İran və Azərbaycan” adlı digər bir məqalədə tariximizlə bağlı bəzi məqamlar öz əksini tapmışdır. Məqalədə Azərbaycanın ərazisi belə təsvir edilmişdir: Qərbin və Şərqin coğrafiyaçıları və tarixçilərinin fikrincə, Azərbaycan Şərqi Zaqafqaziya, İrəvan, Naxçıvan, İran Azərbaycanı, Xəmsə, Tarim, Talış, Gilan ətrafı, Həmədan və Qəzvin bölgələrinin bir hissəsi. Məqalədə “bütün azərbaycanlıların eyni tayfadan, eyni qandan olması ilə mübahisə etmək olarmı?” sualına “Amerika və İngiltərənin qərəzsiz alimlərinin” fikirləri ilə aydınlıq gətirməyə çalışılmışdır. Məqalədə professor Nikela Qrabilsin fikirləri olduğu kimi verilmişdi: “1907-ci ildə Amerika Arxeologiya Cəmiyyətinin bir qrup alimi bu ölkəni öyrənmək üçün Amerikadan Azərbaycana yola düşdü. Bu ekspedisiya öz hesabatında qeyd edirdi: “... Azərbaycanın bölgələrində gil məmulatları və hər cür qab-qacaq şəklində arxeoloji türk antik dövrünə rast gəldik. Bəzi sikkələr və tarixi abidələr üzərində uyğur dilində yazılar qorunub saxlanılmışdır. Uyğur dili qədim Azərbaycan dövlətinin* rəsmi dili idi. Həmin professor ingilis aliminin əsərlərindən aşağıdakı parçaları sitat gətirir: “Turanla bağlı araşdırmalar getdikcə genişlənir. Orta Asiyanın bütün ərazilərində biz türk xalqının mədəniyyətinin qalıqları ilə rastlaşırıq. Bizə aydındır ki, fars hər tərəfdən türklər tərəfindən mühasirəyə alınmışdır. Qədim farsların, yəni arilərin ilk müharibələri Azərbaycan türkləri ilə olub. Müəllif yazırdı: türklərin farsların zühurundan çox-çox əvvəl Azərbaycanı hədəf aldıqlarına dair çoxlu dəlillər var. Professor Nikela Qrabils “Şərq məsələsi” kitabında iddia edir ki, Azərbaycan həmişə türklərə məxsus olub, arilər isə müvəqqəti məskunlaşıblar.

S.M.Mixaylovun “Türk xalqlarının tarixi oçerkləri” adlı məqaləsində türklərin Altay və Orta Asiyadakı fəaliyyətlərindən, Çinin mövqeyindən, türklərin farslarla döyüşdə qalib gəlmələrindən və Bizansla ittifaq qurmalarından bəhs olunur.

Beləliklə, “Azərbaycan” qəzetinin səhifələrində “Azərbaycan tarixi” və “Türk xalqlarının tarixi” ilə əlaqədar işıq üzü görmüş məqalələrin təhlili onu deməyə əsas verir ki, həmin məqalələrdə əksini tapmış tarixi hadisə və faktlar sonrakı illərdə Azərbaycan və Şərq xalqları tarixinin, xüsusilə Türk xalqları tarixinin yazılmasında və sistemli öyrənilməsində müəyyən istiqamətverici əhəmiyyətə malik olmuşdur. Eyni zamanda həmin məqalələrdəki tarixi hadisələrin şərhi və təhlili bəhs olunan illərdə Azərbaycan tarixinin öyrənilməsi istiqamətində ciddi cəhdlərin olduğunu göstərən əsas amillərdən də hesab etmək olar.

“Cümhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə cəhdlər (1918-1920-ci illər)” adlı məqalənin hazırlanmasında “Müsəlman şərqini öyrənən cəmiyyət”in materiallarından da istifadə olunub. Həmin materiallar “Azərbaycan” qəzetinin 23 yanvar, 6 fevral, 26 fevral, 9 mart, 20 mart, 26 mart, 3 aprel və 20 aprel tarixli saylarında çap olunmuşdur.

1920-ci il yanvar ayının 19-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyətə başlayan “Müsəlman şərqini öyrənən cəmiyyət”in ilk yığıncağı keçirilmişdi. Həmin yığıcaqda prof. Zimin tərəfindən cəmiyyətin məqsəd və vəzifələri haqqında qısa məruzə edilmişdir. Sonra İ.Belyayevin XV əsr Osmanlı tarixçisi İbn-Bibinin salnaməsinə əsasən hazırlamış olduğu Kiçik Asiya səlcuqlarının saray həyatı haqqında məruzə oxunmuşdur. Üçüncü məruzə isə Nəbioğlunun “Bakıda Xan sarayının vəziyyəti” ilə əlaqədar olmuşdur. Nəbioğlunun məruzəsində, eyni zamanda sarayın müxtəlif fotoşəkilləri və rəsmləri nümayiş etdirilmişdir. Məruzə və müzakirələrdən sonra cəmiyyətin sədri prof. Zimin, sədr müavini İ.Belyayev, katibi, müəllim Seydiyev və xəzinədar Sübhanverdixanov seçilmişdilər. Yığıncaqda yaxın vaxtlarda Xan sarayına ekskursiya təşkil etməyi rəyasət heyətinə tapşırılmışdır.

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Müsəlman şərqini öyrənən cəmiyyət”in əsas məqsədlərində biri də müsəlmanların yaşadığı ölkələrin, əsasən də Azərbaycanın və ona yaxın olan bölgələrin arxeoloji, lingivistik, tarixi və mədəni baxımdan öyrənilməsinə kömək etmək olmuşdur. Belə ki, yanvarın 19-da keçirilmiş yığıncaqda “Müsəlman şərqini öyrənən cəmiyyət”in “İslam dininə etiqad edən xalqların məskunlaşdığı ölkələrin, əsasən Azərbaycanın və ona yaxın olan bölgələrin, habelə müsəlman mədəniyyətinin inkişafına bu və ya digər təsiri olmuş tarixi-mədəni amillərin hərtərəfli öyrənilməsinə töhfə vermək məqsədi daşığı göstərilmişdi. Həmin yığıncaqda yuxarıda qeyd olunan məqsədlərə çatmaq üçün cəmiyyətə üzv olan şəxslərin eyni istiqamətdə ciddi çalışmaları, yığıncaqların keçirilməsi, məruzələrin hazırlanması, öz əsərlərini çap etdirmələri və elmi ekspedisiyaların təşkil olunması tövsiyə olunmuşdur.

“Müsəlman şərqini öyrənən cəmiyyət”in sonuncu yığıncaqlarının birində, Xalq Maarif Nazirliyi müdirliyi tərəfindən “Cəmiyyət”i öz himayəsinə götürməyi və bu ilin elmi işləri üçün 102.650 rubl məbləğində xüsusi kreditin ayrılması xahişi ilə müraciət olunması qərarı qəbul etmişdir. Həmin yığıncaqda araşdırılması nəzərdə tutulan aşağıdakı elmi işlər təklif olunmuşdur:

Tiflis şəhərində ərəb, fars və türk dilində tarixi əlyazmalara baxılması, Azərbaycana və müsəlman Şərqinə aid olan materiallarla tanışlıq;

Arxeoloji baxımdan Zaqatala rayonunun tədqiq edilməsi və yerli kurqanların çəkiliş planları və s.;

Yevlax stansiyasından 40 verst aralı, qədim Albaniyanın paytaxtı, indiki Bərdə

kəndinin tədqiqi;

Quba qəzasında fəaliyyət: Toxtamış xanın 1388-ci ildə pul kəsdirdiyi Şabran şəhərinin axtarışı; X əsrə aid hesab olunan Müşkir rayonu xarabalıqlarının tədqiqi və Quba ləhcəsinin öyrənilməsi üçün materialların toplanması;

Gəncə şəhərində tədqiqatlar: “Leyli və Məcnun” və digər poemaların müəllifi, XII əsr şairi Şeyx Nizaminin məzar abidəsinin araşdırılması; Şah Abbas dövrünün abidəsinin (yaşıl məscid) öyrənilməsi; Çingiz xan və Qara Göz haqqında rəvayətlərin toplanması;

Bakı şəhəri ətrafında olan aşağıdakı tarixi abidələrin (çəkiliş planları, kitabələr, ornamentlər və s.) araşdırılması: Xilə (Suraxanı) məscidi, Bülbülədəki İmamzadənin qəbri, Mərdəkanda gözətçi qülləsi və qədim əşyalar.

Beləliklə, “Müsəlman şərqini öyrənən cəmiyyət”in aktiv fəaliyyəti nəticəsində Şərqin, o cümlədən Azərbaycan tarixinin, arxeologiyasının, mədəniyyətinin və lingivistikasının öyrənilməsində ciddi cəhdlər göstərildiyini qeyd etmək olar.

Beləliklə, “Cümhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə cəhdlər (1918-1920-ci illər)” adlı mövzunun ilkin araşdırılması zamanı AXC dövründə qəbul edilmiş dövlət sənədlərinin (“Türk xalqları tarixinin sistematik kursuna izahat vərəqəsi” və Türk xalqları tarixinin sistematik kursunun proqramı”) bir qisminin və “Azərbaycan” qəzetinin səhifələrində “Azərbaycan xalqının tarixi”, Şərq xalqlarının tarixi və “Türk xalqlarının tarixi” ilə əlaqədar çap olunmuş məqalələrin, eləcə də “Müsəlman şərqini öyrənən cəmiyyət”in Azərbaycan tarixi, arxeologiyası, lingivistikası və mədəniyyəti ilə əlaqədar gördüyü işlərin üzərindən aparılan təhlillər onu deməyə imkan verir ki, həqiqətən də bəhs olunan illərdə (1918-1920-ci illərdə) Azərbaycan tarixinin dərindən öyrənilməsinə cəhdlər olunmuşdur.

Nəhayət, sonda onu da vurğulamaq lazımdır ki, Cümhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə cəhdlərin davam etdirilməməsinin əsas səbəbi 1920-ci ilin aprel ayında Rusiyanın Guzey Azərbaycana hərbi təcavüzü nəticəsində AXC-nin süqut etməsi olmuşdur.

VAQİF ŞİRİNOĞLU

Tarix elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Noyabr 2024 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri