Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Cümhuriyyət dövründə Qarabağ və Zəngəzurda siyasi vəziyyət

Cümhuriyyət dövründə Qarabağ və Zəngəzurda siyasi vəziyyət

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Arxiv sənədləri və “Azərbaycan” qəzetinin (1918-1920) materialları əsasında

...Yelizavetpol quberniyasının (Gəncə) ən çox ziyan çəkən qəzasının biri də Şuşadır. Komissiya Şuşa qəzası üzrə – 11 qərar layihəsi hazırlayıb (ARDA, f. 100, siy. 2, iş 791, v. 106-107). Komissiyanın məruzəsində şahidlərin ifadələri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanıb. Şahidlərin ifadələrinə görə 1918-ci ilin dekabrında ermənilər 2-ci polis sahəsinə daxil olan Qoqa kəndinin azərbaycanlılar yaşayn 55 evdən ibarət malikanələri dağıdaraq yandırmışdılar. Mülkədar Cavanşirin malikanəsi də dağıdılıb, yandırılıb, ailə başçısı Əsəd Ağa Cavanşiri, onun oğlu Soltan ağanı, qızı İranə Bəyimi, qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev qulluqçusu İncə İbad qızını, nökərləri Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli Kərbalayı Ələsgər oğlunu öldürüb (8 nəfər – V.Ş.), ölüləri təhqir edərək onları soyundurub sonra da xəncərlə doğrayıblar. 1919-cu ilin may ayına qədər Tuğ mülkədarı Ağa bəy Məlik-Aslanovun üzərinə hücum edən ermənilər onu öldürüb, əmlakını müsadirə ediblər. Tuğ sakini Güldəstə xanım Nəcəf bəy qızını da döyə-döyə öldürüblər. Tuğ yolunda ermənilər Novruz Qasım oğlunu və mülkədar Səlim bəy Məlik-Aslanovu qarət edir və sonra isə döyərək öldürmüşdülər (Tuğ kəndinin 4 nəfər sakini öldürülür – V.Ş.). 1919-cu il martın 9-da ermənilər Şuşa şəhərinə yaxın şose yolunda 4 nəfər azərbaycanlı əsgəri soyunduraraq güllələyib və 3 nəfərin ölüsünü isə gizlətmişdilər (7 nəfər öldürülmüş – V.Ş.).
FTK-nın sənədlərində Zəngəzur qəzası üzrə 55 qərar layihəsi qəbul edib. Arvix sənədlərində bu qəzada 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyi qeyd olunub. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülməsi, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanması göstərilmişdi (erməilər tərəfindən öldürülən və yaralanan türk-müsəlmanlar, cəmi 10068-V.Ş.) (ARDA, f.894 (AXC Daxili İşlər Nazirliyinə aid), siy.4, iş 104; siy.10, v. 1).
Lakin müzəffər Azərbaycan ordusu düşmən hücumunun qarşısını alıb və onları torpaqlarımızdan qovub. Bu qələbədən sonra Ermənistanın hərbi təcavüzündə iştirak etməyən erməni əhalisi AXC hakimiyyətini, üçrəngli bayrağımızı tanıdığını və dövlətimizin himayəsi altında Qarabağda sülh və təhlükəsizlik şəraitində yaşamağa razı olduqlarını bildirmişdilər.
Məhz AXC hökumətinin apardığı doğru-dürüst xarici siyasət nəticəsində, birinci dünya müharibəsində qalib gəlmiş dövlətlərin səlahiyətli nümyəndələri də (Müttəfiqlərin Cənubi Qafqaz üzrə nümayəndəsi General Tomson, o cümlədən müttəfiq qoşunlarının komandanı D.Şatelvorq) Qarabağ torpağının Azərbaycan məxsus olduğunu təsdiqləmişdilər. Onlar erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasını tələb etmiş və buna qismən də olsa nail olmuşdular. İkincisi, AXC Qarabağda general-qubernatorluq idarəetmə üsulu yaratmış və Xosrov bəy Sultanovu oraya qubernator təyin etmişdir. Azərbaycan hokumətinin oz tarixi ərazisində general qubernatorluq yaratması və X.Sultanovun oraya başcı təyin edilməsindən sonra Ermənistan hökuməti öz etirazını bildirmişdi (ARDA, f.970 (AXC Xarici İşlər Nazirliyinə aid), s.l, iş 152, v.1-2; газ. Азербайджан, 28, 31 января 1919).
Bütün bunlara baxmayaraq, AXC tərəfindən general-qubernatorluğun yaradılması ilə Qarabağda əmin-amanlıq yaranmış, azərbaycanlıların soyqırıma məruz qalmasının, onlara məxsus əmlakların qarət olunmasının, evlərin yandırılmasının, o cümlədən mədəni-tarixi abidələrin məhv edilməsinin qarşısı almışdır.
Məlumdur ki, AXC-nin hakimiyyəti dövründə Xankəndində, Əsgəranda, Şuşada və Qarabağın başqa ərazilərində Azərbaycan ordusuna məxsus hərbi qarnizonlar var idi. Azərbaycan ordusu müstəqil Respublikamızın sərhədlərini qorumaqla yanaşı, Qarabağda sülh və əmin-amanlığı təmin etmişdir. Bununla bağlı, o dövrdə rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin səhifələrində diqqəti cəlb edən məlumatlara rast gəlmək mümkündür. Həmin məlumatları oxuyandan sonra bir daha yəqin edirsən ki, ermənilərin bütün təxribatlarına, hərbi təcavüzlərinə baxmayaraq, Azərbaycan ordusu düşmənə layiqli cavab vermiş, öz ərazi bütövlüyünü qoruyub saxlamış və Qarabağın azlıqda olan erməni əhalisi Azərbaycan hökumətini tanıdığını bəyan etmişdir.
Məsələn, “Azərbaycan” qəzetinin (rus dilində) 1919-ci il 3 avqust tarixli sayında həmin günlərin hadisələrini özündə əks etdirən “Baş nazir və hərbi nazir Qarabağda” başlığı altında çap olunmuş yazıda maraqlı məlumatlar yer almışdır (həmin məlumatlar “Azərbaycan” qəzetinin xüsusi müxbirinin qəzetə ünvanladığı teleqramda öz əksini tapmışdır). Məlumatda AXC-nin baş naziri Nəsib bəy Usubbəyov, hərbi nazir Səmədbəy Mehmandarov və Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli ilə birgə iyul ayının 29-da Qarabağa gəlmələri, Xankəndində Azərbaycan əsgər və zabitlərinin hərbi paradına, eyni zamanda hərbi hissənin zabitlərin də iştirak etdiyi idman yarışına tamaşa etmələri qeyd olunmuşdur. Hərbi nazir Səmədbəy Mehmandarov bu tədbirdən çox razı qalmış və hərbi hissənin rəisinə və zabitlərinə öz təşəkkürünü bildirmişdir. Tədbirdə çıxış edənlər Vətənin çiçəklənməsinə yönəlik və Cümhuriyyət rəhbərliyinin ünvanına xoş sözlər demiş və bu sözlərdən sonra hər dəfə yüksəkdən “ura” səsləri eşidilmişdir. Həmin yazıda qeyd olunurdu ki, Xankəndindəki tədbirdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti iyul ayının 30-da, səhər saat 10-da Şuşa şəhərinə gələrək orada yerli əhali ilə görüşlər keçirmişdilər. Həmin günü Şəhərin qala divarları yaxınlığındakı evlər, bazarlar zəfər tağları ilə, əsas küçələr isə xalçalar, çiçəklər və bayraqlarla bəzədilmişdir. Şəhərin girişində din xadimləri (erməni keşişləri də qarşılayanlar arasında aktiv görünürdülər) və əhali onları duz-çörəklə qarşılamışdılar. Bu görüşdən sonra Şuşanın “Azadlıq” adlana meydanında Azərbaycan ordusunun təntənəli hərbi marşı olmuşdur.
AXC-nin hökümət kabinetinin və parlament iclaslarında Qarabağ məsələsi daimə diqqət mərkəzində saxlanılmışdır.
Məsələn, 1919-cu il dekabrın 22-də parlamentdə çıxış edən yeni hökumətin baş naziri N.B.Yusifbəyov parlament üzvləri qarşısında öz hökumətinin fəaliyyət proqramını açıqlayarkən əsas məsələ kimi Qarabağ məsələsindən də bəhs etmişdir. O, öz çıxışında bildirmişdir ki, Qarabağın 2/3 hissəsi bizim əlimizdə, Zəngəzur qəzasının yarısı isə erməni üsyançılarının əlindədir. Biz bu məsələni dinc yolla həll etməyin tərəfdarıyıq və böyük dövlətlərin nümayəndələri bunu dəstəkləyir. Biz sülhün əleyhinə deyilik. Biz bütün məsələlərin həlli vasitəsini sülhdə görürük. Buna görə də biz bu məsələləri dinc yolla həll etməyə hazırıq (ARDA. F. 894 (AXC Daxili İşlər Nazirliyinə aid), siy. 10, iş 37, v.3-5).
AXC ərazi məsələlərinə münasibətdə reallıqlardan çıxış etmək tərəfdarı idi. Cümhuriyyətin xarici işlər nazirliyinin məlumatına görə 1919-cu ilin axırlarında Azərbaycan Cümhuriyyətinin ərazisi 113.9 min kv.kilometr idi ki, ondan 16,6 min kv.kilometri mübahisəli ərazilər hesab olunurdu.
Ərazi və sərhəd məsələləri ilə əlaqədar Azərbaycanla Gürcüstan arasında gedən danışıqlar nəticəsində ümumi razılığa gəlmək mümkün olunsa da, Ermənistanla heç cür razılığa gəlmək mümkün olmamışdır (Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenoqrafik hesabatlar). I cild.-Bakı, “Azərbaycan” nəşriyyatı, 1998, 976 s. S. 10).
Yuxarıda qeyd olunduğu kimi AXC-nin hakimiyyəti dövründə (1918-1920-ci illər) Ararat (Ermənistan) Respublikasının silahlı qüvvələri Qarabağ torpağını ələ keçirmək üçün dəfələrlə hərbi təcavüz etmiş, lakin müzəffər Azərbaycan ordusu düşmən hücumunun qarşısını almış və onları torpaqlarımızdan qovmuşdur. Bu qələbədən sonra Ermənistanın hərbi təcavüzündə iştirak etməyən erməni əhalisi AXC hakimiyyətini, üçrəngli bayrağımızı tanıdığını və dövlətimizin himayəsi altında Qarabağda sülh və təhlükəsizlik şəraitində yaşamağa razı olduqlarını bildirmişdilər.
Ümumiyyətlə, Cümhuriyyət dövründə Gəncə (Yelizavetpol) quberniyasına daxil olan Zəngəzur, Cavanşir Cəbrayıl və Şuşa qəzaları Azərbaycanın ayrılmaz hissəsi olaraq qalırdı.
Lakin 1920-ci il aprelin 28-də rus ordusu Azərbaycanı işğal etdikdən sonra RSFSR hökuməti Zəngəzurun bir hissəsini ermənilərə verdi. Eyni zamanda Qarabağı iki hissəyə paçalayaraq (dağlıq və aran Qarabağ), gələcəkdə ermənilərə vermək üçün, onun dağlıq hissəsində erməni əhalisinin sayı süni olaraq artırıldı. Bu da sonralar, yəni 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına və 1988-1994-cü illərdə isə rus ordusunun köməyi həmin ərazilərin ermənilər tərəfindən tamamilə işğal olunmasına gətirib çıxartmış və minlərlə dinc azərbaycanlı soyqırıma məruz qalmasına səbəb olmuşdur.
Lakin Müstəqil Azərbaycan hökumətinin həyata keçirmiş olduğu doğru-dürüst daxili və xarici siyasət nəticəsində, 2020-ci ilin sentyabr-noyabr aylarında, eləcə də 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı zamanı Azərbaycan ordusu erməni işğalçılarını torpaqlarımızdan qovaraq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tamamilə bərpa etmiş oldu.

Vaqif Şirinoğlu
Tarix elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Yanvar 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri