Icma.az
close
up
RU
Cümhuriyyət dövründə Azərbaycanda əlifba islahatı təşəbbüsləri

Cümhuriyyət dövründə Azərbaycanda əlifba islahatı təşəbbüsləri

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Cümhuriyyət xalqımızın azadlıq və müstəqillik iradəsinin ən parlaq nümunəsidir. O, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyətin Şərqdə ilk parlamentli respublika kimi tarixə düşərək Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını söyləyib. Vurğulayıb ki, bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Cümhuriyyətin qoyduğu siyasi və milli ideyalar dayanır.

Seminarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Kamran İsmayılov “Cümhuriyyət dövründə Azərbaycanda əlifba islahatları təşəbbüsləri” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri bildirib ki, Cümhuriyyət hökuməti mədəni-maarif müəssisələrinin, dövlət aparatının milliləşdirilməsi, Azərbaycan türk dilinin dövlət statusunun möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirib. Qarsıda qoyulan əsas vəzifələrdən biri də əlifba islahatı idi. Bu istiqamətdə həm hökumət səviyyəsində, həm də ayrı-ayrı ziyalılar tərəfindən müxtəlif layihələr irəli sürülür, mətbuat səhifələrində geniş müzakirələr aparılırdı. Bu məsələ ətrafında gedəm müzakirələrin əsası mövcud ərəb qrafikalı əlifbanın Azərbaycan dilinin fonetik, qrammatik qaydalarına, ahəng qanununa uyğun gəlməməsinə görə dəyişdirilərək latın dili qrafikasına keçirilməsindən ibarət idi. “Azərbaycan” və digər qəzetlərdə Abdulla Əfəndizadə, Məhəmməd Ağa Şahtaxtinski, Tofiq Nurəddin Ağayev, Fərhad Ağazadə, Abdulla Tağızadə, Yusif Vəzirov və başqa müəlliflər məqalələrlə çıxış edərək əlifba islahatının Azərbaycan xalqının mədəni inkişafının əsas şərtlərindən biri olduğunu əsaslandırırdılar.

Kamran İsmayılov qeyd edib ki, əlifba islahatı, hər şeydən öncə, maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində hökumətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa xidmət etməli idi. İctimai təşəbbüsləri nəzərə alaraq Azərbaycan hökuməti X.Məlikaslanovun sədrliyi ilə əlifba islahatı komissiyası yaratmış, komissiyada təqdim olunan layihələri geniş müzakirə edilərək hökumətə təqdim edilmişdi. Komissiyanın əsas məqsədi ərəb əlifbasının Azərbaycan dilinə uyğunlaşdırılması, əhalinin savadlandırılması üçün onun daha da asanlaşdırılması, məktəb və maarif sistemində vahid yazı qaydaları yaratmaq idi. Təqdim olunan layihələr arasında müəllim, Cümhuriyyət Parlamentinin üzvü Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilərək yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. A.Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçidin zəruriliyi ilə bağlı 1919-cu ildə Bakıda “Son türk əlifbası” adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın qrafikalı əlifbaları müqayisəli şəkildə vermiş, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincinin isə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdı. Lakin vaxt məhdudluğu bir çox digər ideya və proqramlar kimi əlifba islahatını da həyata keçirməyə imkan tapmadı. Sovet Azərbaycanı hökuməti Cümhuriyyətin əlifba islahatı proqramını tətbiq etmək üçün 1920-ci illərdə müəyyən tədbirlər həyata keçirərək latın qrafikalı yeni əlifba haqqında qərar qəbul etdi”.

Tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, tarixi və mədəni irsi ilə bağlı fikir mübadiləsi aparıblar. Seminar iştirakçıları vurğulayıblar ki, Cümhuriyyət irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri