Icma.az
close
up
RU
Cümhuriyyət xadimlərinin ruhu bu gün şaddır ŞƏRH EDİLDİ

Cümhuriyyət xadimlərinin ruhu bu gün şaddır ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Tariximizin ən parlaq səhifələrindən biri 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

O bildirib ki, bu hadisə Azərbaycan xalqının və bütövlükdə müsəlman Şərqinin taleyinə böyük təsir göstərdi: "1918-1920-ci illərdə 23 ay müddətində mövcud olmuş Cümhuriyyətin elan edilməsi ilə müsəlman Şərqi xalqları arasına Respublika ideyasını, idarə üsulunu Azərbaycan xalqı gətirdi. Xalqımız müstəmləkə zülmü altında olan müsəlman xalqlarına azadlığın yolunu göstərdi.

İlk dəfə olaraq müsəlman Şərqində qadınlara seçki hüququ verildi. Bu hüquq o vaxt hələ bir çox Avropa ölkələrində qadınlara verilməmişdi. Cümhuriyyət dövrünün ikinci böyük hadisəsi 1918-ci ilin sentyabrında Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi və milli hökumətin paytaxt şəhərə köçməsidir. Bakının azad edilməsi ilə bir neçə əsr əvvəldən Bakının Azərbaycandan qoparılmasına dair planlar alt-üst edildi. Azərbaycan dövləti təbii paytaxtına qovuşdu.

Cümhuriyyət dövrünün üçüncü böyük hadisəsi dövlətin Antanta Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında de-fakto tanınması oldu. Bu hadisə bütün sonrakı dövlətçilik tariximizə də təsir göstərdi. Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılması Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamdan sonra başlayır. O vaxta qədər aparılan pərakəndə tədqiqat işlərinin yerini sistemli, kompleks araşdırmalar tutdu. Həmin sərəncama uyğun olaraq Cümhuriyyət Parlamentinin stenoqramları, xarici siyasət sənədləri nəşr edildi. Bir çox əsərlər yazıldı.

Cümhuriyyət xadimlərinin ruhu bu gün şaddır. Çünki onların arzuladıqları güclü Azərbaycan dövləti var. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlət suverenliyimiz tam bərqərar edilib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see273

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see253

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see191

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see174

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see163

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see154

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see144

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see139

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see139

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see134

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see134

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see130

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see129

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see129

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see127

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see125

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri