Cümşüd Nuriyev: Bu, Tahir Kərimli ilə mənim aramda olan mövzudur
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Vəhdət Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə politoloq Cümşüd Nuriyev Partiyadan xaric edilib.
Bu məsələ partiyanın qurucusu Tahir Kərimli və sədr Adəm İsmayılla Cümşüd Nuriyev arasında qalmaqala səbəb olub.
Mia.az xəbər verir ki, Konkreta.z məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevlə əlaqə saxlayıb.
Nuriyev bu məsələnin onun üçün qapandığını deyib: “Mən bu mövzuya qadağa qoymuşam və heç bir suala cavab vermək istəmirəm. Ancaq deyə bilərəm ki, Adəm İsmayılla heç bir problemim yoxdur. Ümumiyyətlə, Tahir Kərimli ilə də problem yaşamamışam. Sadəcə bir dost kimi Tahir Kərimlinin fikirlərinə münasibət bildirmişəm. Məni partiyadan xaric etməkləri problem deyil. Məni narahat edən heç bir şey yoxdur. Bu, Tahir Kərimli ilə mənim aramda olan mövzudur. Partiyanın missiyası isə vəhdətçilikdir. Hər ikimiz fikirlərimizi söylədik, artıq mən dayandım. Odur ki, kim nə istəyir danışsın, necə istəyir qəbul etsin”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 28 Noyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















