Icma.az
close
up
RU
Cümşüd Nuriyev və Tahir Kərimli arasında qalmaqal böyüdü Adəm İsmayılın sədrlik etdiyi partiya parçalanır?

Cümşüd Nuriyev və Tahir Kərimli arasında qalmaqal böyüdü Adəm İsmayılın sədrlik etdiyi partiya parçalanır?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vəhdət Partiyasında Baş Məclisin sədri Tahir Kərimli və politoloq Cümşüd Nuriyev qalmaqal böyüyür.
Xəbər verdiyimiz kimi, Tahir Kərimli Pravda.az-a açıqlamasında Cümşüd Nuriyevin onu sosial şəbəkədə haylarla bir tutmasına dair fikirlər səsləndirdiyini deyib.
Baş verənlərlə bağlı Pravda.az Cümşüd Nuriyevin də fikirlərini öyrənməyə çalışıb. O, məsələyə belə aydınlıq gətirib: “Vəhdət Partiyası mənim barəmdə bəyanat verirsə, gərək, Tahir Kərimli düşünərdi. Onun "Feysbuk" səhifəsində Qələbənin beş illiyi ilə bağlı çıxışı var. Mən həmin çıxışa cavab vermişəm. Tahir Kərimli qaziləri "şikəst" adlandırır. Bu adam on il parlamendə oturub. Qazilər şikəst deyil, onlar bədənlərinin əzalarını dövlət üçün fəda etmiş insanlardır. "Şikəst" adi şəraitdə zədə alan adamlara deyərlər. Tahir Kərimli deyir ki, Azərbaycanda əxlaqsızlıq var. On-on beş nəfərə görə bütöv bir Azərbaycanı əxlaqsızlıqda, ədalətsizlikdə, nankorluqda günahlandırmaq olmaz. Milləti bu qədər sevən idisə, on il parlamendə oturdu, niyə bu məsələləri orada qaldırmırdı? Beş il bundan əvvəl çalınan zəfər üçün bu gün sağlıq deyirsə və belə məsələləri gündəmə gətirirsə, kimsə ona cavab verməlidir də. Tahir Kərimli mənim dostumdur, yerlimdir, münasibətimiz yaxşıdır. Mən Vəhdət Partiyasında müşavirəm. Onların deməsinə nə verirlər ki? Birincisi, bu qədər uzağa gedirlərsə, Partiya yoxdur. Bu, "ailə marketdir", partiya deyil. Bir partiyanın ki, Siyasi Şurasının üzvlərinin 60-70%-i bir ailəyə mənsubdur, hansı partiyadan söhbət gedir? Özlərini müxalifət kimi təqdim edirlər, amma üzdə başqa şeydir. Mənimlə bağlı bəyanat yaymırlar, nə yayırlar, yaysınlar, onlar heç mənim marağımda da deyillər. Söhbət Vəhdətdən gedirsə, milli birlikdən söhbət getməlidir. İdeyanın özünü də bu şəkildə gündəmə gətirirlərsə... Mən demişəm ki, Azərbaycanın Zəfərindən bir haylar narahat olub, bir də bəzi adamlar. Necə olur, heç vaxt tapılmayan MNTK-lar bir günün içində yığılır? Çünki ailə MNTK-sıdır. Partiyanın adını "vəhdət" yox, elə "Tahir Kərimli Partiyası" qoyardılar. Onun qardaşları - bütün nəsli partiyada vəzifə tutub. Mən də tənqid etmişəm ki, bu partiya deyil. Adam bir az özünə baxar, etdiyi səhvlərə görə başqasını ittiham etməz. Mən onları ermənilərə tay tutmamışam. Şəhidlik zirvəsi birdir, bunun kasıbı, varlısı olmur. Tahir Kərimli isə deyir ki, kasıblar şəhiddir. Prezident Administrasiyasında işləyən dostum var. Onun oğlu Vətən Müharibəsi Qəhrəmanıdır. Şəhidlərin içində prokuror, alim oğlu var. Hətta Bakı şəhər prokurorunun oğlu belə Vətən Müharibəsi Qəhrəmanıdır. Qohumlarım arasında nə qədər övladı şəhid olanlar var. Onlar çox etiraz etdilər ki, bu nədir, Tahir Kərimli niyə belə çıxış edir. Mən də onların fikrinə əsasən Tahir Kərimliyə etirazımı bildirdim. Fikirlərimi Vəhdət Partiyasının "Votsap" qrupuna yazmışdım. "Feysbuk"da da ona cavab vermişdin. Mən nə Tahir Kərimliyə, nə də heç kimə tabe deyiləm. Məni Partiyanın sədri dəvət edib. Sədrin əmri var və Vəhdət Partiyasının "Votsap" qrupunda çap olunub. Nə deyirlərsə, məni o qədər də maraqlandırmır. Sənə kim ixtiyar verib ki, şəhidləri qruplaşdırasan, təsnifatını aparasan, qazilərə "şikəst" deyəsən, Azərbaycan xalqını "nankor" adlandırasan? Necə parlamentə düşmüsən? İki dəfə parlamentdə kimin yanında olmusan, bunu da bilirəm. Prezident Administrasiyasında neçənci mərtəbəyə çıxmısan, kiminlə razılaşmısan... Ayıbdır! Səndən ötrü 2020-ci ildə Heydər Əliyev Fondunun adamını belə geri çəkdilər. Gör sənin adamın nə qədər güclüdür. Sən hansı düzgünlükdən, ədalətdən, vəhdətdən danışırsan? Dövlətin bütün güzəştlərindən sən yararlanmısan. Sən də, ailə üzvlərin də. Hansı demokratiyadan danışırsan? Necə olur, mən də sənin kimi olmuşam, amma 260 manat pensiya alıram, sən isə 5 min... Şəhərin neçə yerində evin var, mən 37 kvadrat metrlikdəyəm. Ağzımı açdırmasınlar, özlərini yığışdırsınlar. Bəyanatları özlərinə qalsın. Gör nə gündədirlər ki, yığışıb belə bir bəyanat verirlər. Mən adicə tənqidi fikir söyləmişdim. Demokratiyadan danışan adam bu tənqidi fikrə dözməlidir. On milyonluq xalqı, Azərbaycanı on-on beş nəfər tərbiyəsizə görə "əxlaqsız" adlandırırsan. Fikirlərimi dedim, bundan sonra onlara cavab verməyəcəyəm. On il parlamentdə oturanda bunları düşünərdi. Beş-altı nəfər qohum-əqrəbasını yığıb mənə hücum etməklə deyil ki”.
Qeyd: Partiyanın bu ilin iyunundan sədri Adəm İsmayıl Bakuvidir. 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri