Icma.az
close
up
RU
Cümşüd Nuriyev: Bizi təxribata çəkə bilməzlər

Cümşüd Nuriyev: Bizi təxribata çəkə bilməzlər

Icma.az bildirir, Reyting.az portalına istinadən.


“Hazırda Rusiya hərbçiləri ilə prezident Putinin münasibətləri gərgindir. Azərbaycan, Türkiyə və digər ölkələrin Ukraynadakı obyektləri də bu gərginlik səbəbindən vurula və bununla Putinə qarşı münasibətləri daha da gərginləşdirmək xətti seçilə bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, rus hərbçilər arasında ukrayna əsillilər də çoxdur. Rusiya generaltetinin on beş faizdən çoxu ukraynaəsillidir. Yəni bizim Ukraynadakı səfirliyimiz və ya müəssisələrimiz bu səbəbdən də vurula, Rusiyanın həm Azərbaycanla, həm də digər ölkələrlə münasibətlərini daha da gərginləşdirməyə çalışa bilərlər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev son günlər Rusiya ordusunun Ukraynadakı Azərbaycan səfirliyini, Türkiyəyə məxsus müəssisələri, Avropa qurumlarının Kiyevdəki obyektlərinə atəş açılmasının səbəblərini şərh edərkən deyib.
Professor əlavə edib ki, indi Rusiya rəhbərliyi köhnə məsələləri açıb-tökmək və bundan dvident əldə etmək xətti götürür.
Cümşüd Nuriyevin fikrincə, xüsusilə, Azərbaycan lideri İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədən sonra Rusiyada yenidən aqressivləşmə müşahidə olunmağa başlayıb.
“Prezident İlham Əliyev Azərbaycanın Müstəqillik Haqqında Bəyannaməsində olan məsələləri qeyd edib. Həmin sənəddə bildirilir ki, Azərbaycan Rusiya tərəfindən işğal edilib. Bizim mövcud qanunlarımızda bu faktlatr açıq yazılıb. O zaman bu sənədi yazarkən bəzi cümlələri mətndən çıxarmağa çalışırdılar. Amma biz imkan vermədik. Hacıbaba Əzimov sənədin əsas müəllifi idi və bu məsələlərdə iradə göstərdi, imkan vermədi ki, bu cümləni mətndən çıxarsınlar. Qısası, prezidentin bu çıxışı tam faktlara əsaslanır”,- deyə professor əlavə edib.
Nuriyev deyib ki, son 300 ildə Azərbaycanın başına hansı bəlalar gəlibsə, onun altından Rusiya çıxıb:
“Rusiyanın dövlət kimi tarixi 400-500, millət kimi tarixi isə 600 ildir. Vaxtında Rusiyada dövlətini quranlar alman əsilli şəxslər olub. Hesab edirəm ki, insanlar kimi bəzən dövlətlər də natamamlıq kompleksindən çıxa bilmirlər. Bu baxımdan Rusiyanın aqressivləşməsi doğru deyil”.
Müsahibimiz sonda əlavə edib ki, Azərbaycan lideri Rusiyada Azərbaycana qarşı çıxış edən hər kəsi yerində oturtmağı bacarır.
“Rusiyanın siyasi elitası ağlasığmaz çıxışlar edir. Odur ki, Ukraynadakı bizim müəssisələrimizin vurulmasında qeyri-adi, təəccübləndirici bir məqam görmürəm. Onlardan nə desən çıxar. Ancaq Azərbaycan oturuşmuş dövlətdir, onun ağıllı və güclü lideri var və prosesi yüksək səviyyədə idarə edə bilir. Üstəlik, bizə əlavə münaqişə lazım deyil və bizi təxribata çəkə bilməzlər”,- deyə Nuriyev yekunlaşdırıb.
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri