Icma.az
close
up
RU
Cümşüd Nuriyev: Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar

Cümşüd Nuriyev: Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


“Türkiyə prezidenti Təcəb Tayyib Ərdoğan tarixdə baş vermiş bir hadisədən danışıb, bu da normaldır. Bütün dövlət başçıları hansısa tarixi hadisəyə münasibətini açıqlaya bilər. Ərdoğanın çıxışından sonra isə tarixi bilməyənlər düşüblər ortaya. Guya Azərbaycanı bunlardan çox sevən yoxdur. Bir qrup da bundan istifadə edərək guya münasibətlərə kölgə salmağa çalışır”.

Bunu “Reytinq” qəzetinə professor Cümşüd Nuriyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Şah İsmayıl Xətai ilə Sultan Səlim orduları arasında Çaldıran düzündə baş verən döyüşə” fikir bildirməsindən sonra açılan müzakirələr haqqında deyib.
C. Nuriyev qeyd edib ki, prezident Ərdoğan Türkiyə və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə qurulmasında böyük rolu və əhəmiyyəti olan dövlət xadimidir:
“Ərdoğanın 2020-ci il müharibəsi zamanı Türkiyə dövlət başçısı olaraq bizə etdiyi dəstəyə, köməyə baxın. Tarixdə bunu heç kim etməyib, belə bir nümunə yoxdur. Odur ki, danışanda bir qədər səbrli, dəqiq olmaqda fayda var. Düzdür, Osmanlı ordusu 1918-ci ildə də Azərbaycana köməyə gəlmişdi və bu faktdır. Bu dəfə də məhz Ərdoğan dövründə qardaş Türkiyə Azərbaycanın bir nömrəli probleminin həllində - Qarabağ məsələsində hər cür dəstək verdi”.
Professor əlavə edib ki, əsas məsələ qalıb kənarda, bir qrup insan bu məsələdən nəsə düzəltməyə çalışır:
“Ərdoğan pis bir şey deməyib. Tarixdə baş verən hadisə haqqında danışıb, öz fikrini ifadə edib. Özü də məsələni qaldıranların çoxu guya demokratik düçüncəli adamlardır. Amma bir insanın fikrinə dözüm nümayiş etdirə bilmirlər. Mən bunu doğru saymıram”.
C. Nuriyev hesab edir ki, Azərbaycanın əsas müttəfiqi qardaş Türkiyədir. Ərdoğan isə Türkiyə rəhbəri kimi müttəfiqliyimizin, qardaşlığımızın əbədi olması üçün əlindən gələni edir.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 May 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri