Icma.az
close
up
RU
Cümşüd Nuriyev: Nazirliklərin əleyhinə danışmaq üçün siyahı təqdim ediblər

Cümşüd Nuriyev: Nazirliklərin əleyhinə danışmaq üçün siyahı təqdim ediblər

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Xarici radiostansiyalar, xüsusilə ABŞ dövlət büdcəsindən maliyyələşən bəzi media orqanları Azərbaycanda əsasən təxribatla məşğul olub. Məni də zamanında bir-iki dəfə efirə dəvət ediblər, əsas məqsədləri kimlərləsə üz-üzə qoymaq idi. Məsələn, ora dəvət edilənlərə, siyahılar təqdim ediblər ki, kimlərinsə əleyhinə danışsınlar. Siyahıda Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar və digər nazirliklərin də adları olub. Hansı qurumlar ki, bu media orqanlarının fəaliyyətinə mümkün qədər nəzarət ediblər, onların irəli getməsinin önünü kəsiblər, belə qurumlar daha çox tənqid edilib. Hamımız bilirik ki, bu media qurumları dövlət başçısı da daxil olmaqla hər kəsi tənqid edib, mümkün qədər şərləmək istəyiblər. Hətta onlara qarşı çıxış edən ziyalıları da arzuolunmaz şəxslər elan ediblər”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Milli Məclisin keçmiş üzvü Cümşüd Nuriyev ABŞ dövlət büdcəsindən maliyyələşən bəzi xarici radiostansiyaların fəaliyyətinin dayandırılmasına münasibət bildirərkən deyib.
Professor Cümşüd Nuriyev bildirib ki, bu media qurumları fəaliyyət göstərdikləri ölkələrdə aranı qızışdırmağa, nifaq salmağa çalışıb, hədəfə aldıqları şəxslərə hücumlar ediblər: “Buna paralel olaraq USIAD də qeyri-hökumət təşkilatlarını qızışdırıb. ABŞ da gördü ki, heç nədən bu qurumların fəaliyyətinə 50 milyard dollar xərclənir, onları dayandırdı. Məsələn, bir ara bu qurumlar Azərbaycan və Ermənistan arasında milli ədavəti daha da qızışdırmağa xidmət ediblər. USAID isə xoşuna gəlməyən ölkədə “rəngli inqilablar” həyata keçirməyə çalışırdı. Eləcə də xoşlarına gəlməyən, onların sözü ilə oturub-durmayan prezidentləri, dövlət adamlarını nüfuzdan salmağa cəhd edirdilər. Bunlar heç də gizli məsələlər deyil. Diqqət edəndə görərsiniz ki, bu qurum ABŞ-nın kəşfiyyat xidmətlərindən təqaüdə çıxan yüksək çinli zabitləri müxtəlif proqramlar adı altında öz məqsədləri naminə işlədib, hansısa ölkələrə göndərib və s. Bu yollarla inqilabi şərait yaratmaq istəyiblər. Hesab edirəm ki, onların fəaliyyətinin dayandırılması çox müsbət haldır”.
Professor sonda deyib ki, USAID məkrli planlarını reallaşdırmaq üçün böyük pullar xərcləyib: “Bəzən isə bu pullar korrupsiya yolu ilə mənimsənilib. Ancaq aydındır ki, USIAD-lə əməkdaşlıq edənlər lazım gəlsə, atalarının da dosyesini hazırlayardılar. Qısası, milli şüur, milli maraq kimi dəyərlər onlar üçün əhəmiyyətli sayılmayıb”.
E. KAMAL
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Mart 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri