Icma.az
close
up
RU
Çürümüş cəsədə can vermə prosesi:Şahramanyan fərman imzalayıb

Çürümüş cəsədə can vermə prosesi:Şahramanyan fərman imzalayıb

Icma.az bildirir, Adelet.az portalına istinadən.

İrəvana qaçandan sonra qondarma artsaxın, əldəqayırma prezidenti Samvel Şahramanyan daha bir fərman imzalayıb və bununla da guya ölüb -itmiş artsaxın ləğvi haqqında 2023-cü il sentyabrın 26-da imzalanmış fərmanı qüvvədən salıb.
Adalet.az xəbər verir ki, bunu erməni hüquqşünas, ictimai xadim Roman Yeritsyan öz Facebook səhifəsində yazıb.
“Əziz həmvətənlər, əminəm ki, bir çoxlarınız artsax prezidenti Samvel Şahramanyanın ikinci erməni dövlətinin ləğvi haqqında fərmanının arxasında dayanan motivləri bilir və ya başa düşürlər. Bəziləri də təsəvvür edir ki, heç bir məmurun, o cümlədən dövlət başçısının fərmanla dövləti ləğv etmək səlahiyyəti yoxdur.
Bundan başqa, fərmanın məzmununa əsasən, Ermənistan Respublikasında müxtəlif şəxslərə, o cümlədən artsax icmalarının başçılarına və ağsaqqallar şurasının üzvlərinə qarşı "artsax"ın və icmalarının ləğv edildiyini, vəzifəli şəxslərin səlahiyyətlərinə xitam verildiyini, buna görə də onların bu və ya digər səlahiyyətləri həyata keçirməsinin cinayət məsuliyyətinə cəlb olunduğunu əsas gətirərək cinayət işi qaldırılıb.
Onu da xatırladıram ki, Azərbaycanda 30 ilə yaxındır Şuşinin, Ağdamın və başqa icmaların rəhbərləri var, ona görə də artsaxla bağlı səhifəni ərazi itkisinə görə bağlanmış hesab etməyin".
Sonda Roman Yeritsyan "biz özümüzünküləri geri alacağıq" deyə yazıb.

Hüquqşünas Roman Yeritsyana xatırladırıq ki, bu tip "fərman imzalama" proseslərinə Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan reaksiyasını unutmasın. Hovannisyan 2023-cü ilin dekabrında  bildirmışdı ki, Ermənistanda bir güc var və bu güc Ermənistanın qanuni gücüdür:“Buna qarşı çıxan və ya ona qarşı mübarizə aparan hər hansı təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək, qanundan kənar sayılacaq və dövlət tərəfindən ən sərt tədbirlər görüləcək. Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, onun müəllifləri ciddi şəkildə cəzalandırılacaq”. Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın?! İrəvanda və Ermənistanda yalnız və müstəsna olaraq Ermənistan Respublikasının qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir.

 
P.S. Əslində "artsax" adlı mövcud olmayan bir mövzunu gündəmdə saxlamaq tək Azərbaycanın yox Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyan dünyanın bütün ölkələrində " ölmüş və çürümüş cəsəd"ə nəfəs vermək, tibbi müdaxilə etmək kimi bir şeydi....

 Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 May 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri