Icma.az
close
up
RU
Cüt bacıların söhbəti

Cüt bacıların söhbəti

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Akif ƏLİ

(Satirik pamflet)
- Bacılı-bacılı...
- Can bacılı.

- Bir xəbər də verim, amma incimə...

- Az, səni elə xəbərçilik üçün saxlayıram da! De görüm.
- Yox e... Bu biraz pis xəbərdir... Səni yenə vurdular.
- Məni?! Haçan, az?! İnişil başıma çırpılan yumurtanı deyirsən? O köhnə söhbətdir. Çoxdan olub qurtarıb, heç ləkəsi də qalmayıb. Unut getsin.
- Yox, can bacı, onu demirəm, təzəlikcə yenə vurdular.
- Təzəlikcə? Yayda sevimli xalqımla görüşəndə sol yanağıma... yox, deyəsən sağ tərəf idi... qəfil şillə vuran oğlanı deyirsən? Gör o vaxtdan neçə ay keçib, köhnə palan içi tökmə...
- Yox, can bacılı, onu bilirəm, eşitdim hələ o şillə vurana düşmənlərimiz qonaqlıq da verəcək... O heç, mən təzəsini deyirəm. O günü yenə vurdular...

- Hansı günü? Yadıma gəlmir. Harda oldu bu?
- Uzaqlarda, təzəlikcə Turanstan var ha... bax, orda!

- Turanstan? Kim vurdu məni Turanstanda, qız?
- O kişi... Adını çəkə bilmərəm... Qorxuram..!

- Az, təzəlikcə mənə kişi əli dəyməyib axı?! Bütün günü müəlliməylə biryerdə gəzirik, klas-klas oynayırıq... O qoymaz. Açıq de görüm nə məsələdir?
- Açığı budur ki, can bacılı, bərkgedən kişilər yığışmışdı təzə Turanstanda ocaq başına, mən də sus-pus oturmuşdum bir qıraqda ki, gözə görünməyim, amma bunların nə danışdığını eşidim... Söhbətin şirin yerində, bir elə yekə-yekə adamların arasında birdən o kişi qayıtdı ki: “Əşi, o küçə gədəsidir”! Yəni sən. Papacanı, elə bildim o şillə mənə dəydi.

- Küçə gədəsi? Çox interesan! Axı, uşaq vaxtı küçələrdə müəllimənin dalıyca süləndiyimi... e, yəni aşiqanə süründüyümü indiki cavanlar görməyib? Sən bəlkə nəyisə qarışdırırsan?
- Matağ canı səni dedi! Özüm bu pələ qulaqlarımla eşitdim. Kişilər oturub çay içirdi, şirin-şirin söhbət edirdi, mən də qarışmırdım ki, nəyimə lazım özümü yada salım, onlar da ələ salsın... Eləcənə qulaq asırdım ki, sonra sənə çatdırım. Birdən söhbət səndən düşəndə, o kişi qayıdasan ki, əziz dostlar, “O boyda ölkənin başçısı küçə leksikonundan istifadə edirsə...” və sairə. Mən bilirəm, onların dilində bunun mənası “küçə gədəsi” deməkdir. Turançılar hamısı bu şərti işarəni bilir. Hə, konkret dedi ki, sən küçə dilində danışırsansa, demək küçə gədəsisən... Məntiq var da! Şəxsən o özü dedi ha!
- Kim dedi axı onu, az, kim?!
- Ad çəkə bilmərəm, bacıcanı, qorxuram. Özün başa düş də... O! O! O daaa! Aralarında ən bərkgedən kimdir, bilmirsən?!

- Həəə... Oooo!!!.. Özü? Şəxsən? Belə deee... Anladım! Çox interesan! Bəs sən neylədin o zaman?
- Mən bədbaxt onların içində neyləyə bilərəm ki?! Həmişəki kimi, qədim mədəni xalqımın adına uyğun əzəmətlə susdum! Sənin nüfuzunu qorumaq üçün vüqarla dayandım, əllərimi qoynuma qoyub saymazyana qürur göstərdim! Mənalı iti baxışlarımı lazer şüası kimi divara dirədim, az qalırdı oturduğumuz keçə çadır od tutub yansın...

- Heç olmasa sən də dillənəydin da! Barı deyəydin, müsyö filankəs, bir qədər mülayim olmazmı, axı bu qədər kəskin yaxşı deyil...
- Məzələnirsən? Dillənsəm yenə iti qovan kimi qovardı məni ordan da. Bəs onda hadisələrin gedişini necə izləyə bilərdim? Axı özün həmişə deyirsən xəbər gətir adam içinə çıxanda, görüm kim məndən nə danışır...

- Hə, o da var! Düzdür... Yaxşı da, incimə, gəl maç eləyim! Canın yanmasın sənin! Amma qorxub-eləmə! Mən arxandayam! Pulunu da, patronunu da həmişə bol edəcəm, atın üzü o yana nə qədər kefiniz istəyir... Elə adi sözləri isə vecinə alma, canım. Deyir - qoy desin! Onsuz da bizim millət onların dilini bilmir, ha söysünlər... Mənə təsir etməz. Sizinkilərə də de, qədim mərhumənizin xiffətini çox çəkməyin. Haçansa bizim dənizin qırağında sizə elə bir təzə Martsax salacam ki, dağlardakından da modern! Heç bizim xoruzların səsini eşitməmiş olsun! Darıxmayın... İndi sən gətirdiyin o qədim erməni konyakı “Napoleon”u aç, adama yüz-yüz süz, vuraq özümüzçün ləzzətlə! Kepinə bax, bacılı!
- Can bacılı!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Mart 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri