Icma.az
close
up
RU
Bir cüt əl axtarıram ana əlləri…

Bir cüt əl axtarıram ana əlləri…

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Anamın əlləri tez-tez yuxuma girir. Bəlkə də sağlığında anam yerdə mütəkkəyə söykənib oturanda başımı onun dizləri üstə qoymağı çox sevdiyimdən idi, nədi, bilmirəm...
Əyilmiş barmaqları saçlarımda gəzərdi.
– Can bala, sənin də saçlarına dən düşərmiş, nə olub"
Mən də gülümsəyərdim.
– Heç nə olmayıb, ay ana…
Anamın əlləri həmişə sızıldayardı. Baxırdım ki, yavaş-yavaş barmaqları da əyilir. Amma yadımdadır, o əllər bir gün də işdən qalmadı. Hamıdan tez oyanıb həyəti süpürən də o idi, çörəyi bişirən də, paltarı yuyan da, axşam hamımız yatandan sonra mətbəxi yığışdıran da.

Bütün bunları xatırladıqca bir sual məni düşündürür: görəsən, o əllər nə vaxt ağrıyırdı" Biz məktəbdə olanda?" İşdə olanda?" Yoxsa gecə hamı yatandan sonra?" Çünki mən bir dəfə də olsun onun “əlim ağrıyır” dediyini xatırlamıram.

Əslində, bu hissi yalnız böyüdükcə anlayırsan. Uşaq olanda fikir vermirsən. Elə bilirsən, ana yorulmur. Ana xəstələnmir. Ana həmişə var. Sən böyüyəndə anlayırsan ki, evdə ən çox işləyən, ən az dincələn, amma bunu heç vaxt dilinə gətirməyən adam elə anan imiş.

İllər keçsə də, bəzi xatirələr dəyişmir. İndi yuxuma girəndə yenə o əlləri görürəm. Əllər əvvəlki kimidir. Nə ağrı var, nə də əyilmiş barmaqlar. Yenə saçımı sığallayır.

Mən isə yuxunun içində də bilirəm ki, o əllər çox yorulub.

…İnsan anasını itirəndə təkcə bir adamı itirmir axı. O bir cüt əl itirir. Bu düşüncə ilə böyük şairimiz Rəsul Rzanın sətirləri yadıma düşür:

Bu gecə yuxu gördüm

Gördüm, çörək dadı kimi.

tanış bir otaq.

Tavandan nənni asılıb.

Nənnidə bir uşaq. 

Anamın əlləri yırğalayır nənnini...


Bu misralar insanı daha dərindən düşündürür. Kaş uşaqlar analarının əllərinə bir az gec yox, elə vaxtında baxa biləydilər. O əyilmiş barmaqların hərəsi bir ömrün izidir. Hər qırışın altında bir gecə yuxusuzluğu, bir narahatlıq, bir övlad qayğısı yatır.

İndi isə zamanın necə keçdiyini daha yaxşı hiss edirəm. Hərdən saçımın ağ tellərinə toxunuram. Yadıma anamın o sözü düşür:

– Can bala, sənin də saçlarına dən düşüb…
O vaxt gülüb keçmişdim. İndi anlayıram… Saçı ağardan illər deyilmiş. Adamın yoxluğu imiş…

Bu yoxluq hissi məni tez-tez bir yerə aparır. Vaxtaşırı İmamzadəyə gedirəm. Deyəsən, özüm də bilmədən adət eləmişəm. Ora çatan kimi əlimi dərhal baş daşının üstünə qoyuram. Bilmirəm niyə…Bəlkə də elə bilirəm o mərmər baş daşının
soyuqluğunun altında anamın əllərinin istisi qalıb və tez toxundurmasam uçub gedəcək…

Amma reallıq başqadır. Onu da bilirəm ki, insan bu soyuq məzar daşına nə qədər əl gəzdirsə də, ana əlini tapa bilməyəcək.

Bax onda başa düşürəm ki, darıxdığım anamın özü yox… O əlləridir.

İndi o əllər yoxdur.

Mən isə hərdən uşaq kimi başımı qoymağa bir diz, saçımı tumarlamağa bir cüt əl axtarıram…

Və bu hiss heç vaxt dəyişmir. Adam böyüyür, vəzifə sahibi olur, saçına dən düşür… Amma anasını itirəndən sonra ürəyinin bir yerində başını dizinə qoymaq istəyən o balaca uşaq heç vaxt böyümür.

Hamlet QASIMOV

Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri