Icma.az
close
up
RU
D liqasına və heç heçəyə layiq oyun idi Şahin Diniyev

D liqasına və heç heçəyə layiq oyun idi Şahin Diniyev

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Dünən Azərbaycan millisi səfərdə Litva ilə qarşılaşıb. Tərəflər 1:1 hesabı ilə meydandan ayrılıblar.

Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb Litvadakı matç barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə olub:

“Bərabər səviyyəli komandaların oyunu idi. Düşünürəm ki, hesab görüşə uyğun oldu. Hər iki tərəfdə istək və arzu çox olsa da, oyun keyfiyyəti baxımından nəzərəçarpan bir şey görə bilmədik. Sadəcə etibarlı müdafiə olunmağa çalışırdılar, hər iki komanda ehtiyatlı oynayıb uduzmamağa cəhd edirdi. Bu səbəbdən nəticəni ümumən normal sayıram. Qarşıda Litva ilə evdə matçımız da var, oyunqabağı uduzmamaq daha yaxşı idi. Ancaq bu o demək deyil ki, doğma meydanda rəqibi mütləq məğlub edəcəyik. Komandalar bir-birinə layiq, eyni səviyyədə olan rəqiblərdir. D liqasındayıqsa, deməli, səviyyə baxımından eyniyik. Baxmayaraq ki, Litva UEFA reytinq cədvəlində bizdən bir neçə pillə geridədir, hər iki komandanın qələbə qazanmaq şansı var idi. Hesab oyuna görə oldu və düşünürəm ki, qrupdakı birinci yerin taleyini elə Litva ilə Bakıdakı görüş həll edəcək. Şanslar yenə də bərabərdir. Sərgilənən matça baxdıqda demək olar ki, hücumların qurulmasında, keyfiyyət və oyun planında "axsamalar" çoxdur. Müdafiədə bəlkə də stabil oynaya bilirlər, lakin hücum qurmaqda çətinlik çəkirlər. Az qol vurulması da bundan irəli gəlir. Birinci yeri tutmaq məsələsinə gəlincə, bilirsiniz ki, UEFA-nın bu reqlamenti və formatı ləğv edəcəyi gözlənilir. Artıq B, C, D kimi liqalar olmayacaq, Millətlər Liqasında yeni təsdiqlənmiş formata keçəcəklər. Bu səbəbdən hazırkı keçidlərin elə bir böyük önəmi olmayacaq. Bəlkə xal və əmsal yığmaq baxımından milli üçün xeyirlidir, lakin gələcəkdə D liqasından C liqasına keçid formatını görməyəcəyik. Əsas məsələ oyun keyfiyyəti idi, bunu da hər iki komandada görə bilmədik. Səbəblərini baş məşqçilər daha yaxşı bilər. Hal-hazırda gördüyümüz matç D liqasına və elə heç-heçəyə layiq bir oyun idi. Əlbəttə, itkilər də çox idi, hətta olduqca çox idi. Statistika da göstərir ki, topa sahib olma faizinə görə hər iki komanda bərabər idi. Hər iki komandada hücumların qurulmasında böyük problemlər var idi. Hücumların təşkilində və yekunlaşdırılmasında keyfiyyət baxımından "axsamalar" çox idi. Bu baxımdan vəziyyəti düzəltmək üçün hələ görüləsi çox iş var. Millimizə uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://fanat.az
archiveBu xəbər 28 Sentyabr 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri