Icma.az
close
up
RU
Daban çatlarına qarşı bunları edin VACİB MƏSLƏHƏT

Daban çatlarına qarşı bunları edin VACİB MƏSLƏHƏT

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay aylarında bir çox insanlar dabanlarda olan çatlardan əziyyət çəkir. Çatlar qanayır, ağrıyır, insana yerimək çətin olur.

Müalicəsiz buraxılmış çatlar yaralara çevrilir, irinləyir. Bu halda insan mütləq  peşəkar tibbi yardım üçün həkimə (dermatoloq, cərrah) müraciət etməlidir.

Şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, piylənmə, qastrit və s. pozulmalardan, avitaminozdan (vitaminlərin çatışmazlığı) əziyyət çəkən insanlar, yaşlı insanlar daban çatlarından daha tez-tez hallarda əziyyət çəkir.

Dabanlarda çatların əmələ gəlməsinə bir çox hallarda yayda geyinilən açıq ayaqqabılar ("şap-şap", sabo və s.) səbəb olur. Belə ayaqqabıların arxa hissəsi daim dabanları vurur və bunun nəticəsində bu hissədə olan dəri codlaşır və çatlayır. Bu səbəbdən əgər siz daim daban çatları problemi ilə üzləşirsinizsə, bağlı ayaqqabıya keçin. Təbii ki, ayaqqabı yüngül, "nəfəsalan" və təbii dəridən və ya təbii parçadan olmalıdır.

Ayaq dərizinə düzgün olmayan baxım da çatların əmələ gəlməsi səbəb ola bilər. Əgər insan daim pəncə nahiyəsini çox tez-tez və güclü şəkildə pemza (daban daşı) və digər bu kimi vasitələrlə sürtürsə, bu da çatların əmələ gəlməsinə gətirib çıxarda bilər.

Çatlar göbələk infeksiyanın əlaməti də ola bilər. Bu halda həkimin təyinatı ilə xüsusi göbələk əleyhinə preparatlardan istifadə olunmalıdır.

Əgər çatlar səthidirsə, bizim məsləhətlərimizdən istifadə edin. Bu sadə məsləhətlər sizə bu problemdən qurtulmağa kömək edəcək.

Beləliklə, əgər çatlar səthidir, qızarmayıb və irinlənməyib, bu kimi məsləhətlərdən istifadə edin:

1. Axşam yatmazdan əvvəl isti suya kraxmal əlavə edib ayaq vannanı edin (1 l isti su + 1 xörək qaşığı kraxmal). Kraxmal ayaq dərisini yumşaldır.

Bundan əlavə ayaq vannasına soda və sabun əlavə etmək olar. 2 l isti suya 1 xörək qaşığı soda və 1/2 çay qaşığı yumşaq sabun əlavə olunur. Belə vannada da ayaqların dərisini yumşaldır.

Ot dəmləmələri ilə vannalar da (gicitkən, çobanyastığı, kalendula, bağayarpağı) çox yaxşı effekt verir. Bu vannalar antiseptik və yara sağaldan təsir edir.

2. Ayaqların dərisini yaxşı yumşaltdıqdan sonra dərini pemza ilə (daban daşı) sürtün. Çalışmayın, ilk dəfədən bütün artıq dərini təmizləyəsiniz. Bunun üçün nəzərdə tutulmuş dəmir vasitələrdən istifadə etməyin - onlar dərini lazım olandan artıq "soyur" və bu vəziyyətin daha da ağırlaşmasına səbəb olur.

3. Artıq dərini təmizlədikdən sonra ayaqlarınıza qalın qatla vazelin çəkin. Vazelin və vazelin tərkibli məlhəmlər dabanlarda çatların sağalmasına yaxşı kömək edir. Tərkibində lanolin olan vasitələr (kremlər, məlhəmlər), salisil məlhəmi də çatların sağalmasına kömək edir.

Naşatır spirti ilə qliserini qarışdırın (1:1 nisbətində) və çatlara çəkin. Qliserin və sirkənin qarışığından da istifadə etmək olar.

Çatlar tam sağalana kimi seçilmiş vasitəni dabanlara çəkin və bintlə yüngül sarıyın.

Çatların profilaktikası üçün:

- Ayaqlarınızı hər gün hər hansı yumşaq vasitə ilə (krem-sabun, duş üçün gel) yuyun. Yuduqdan sonra ayaq dərisinə yağlı krem və ya uşaq yağı çəkin.

- Həftədə 2 dəfədən az olmayaraq ayaq vannaları edin və ayaqlarınızı artıq dəridən təmizləyin.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri