Dağ başında qalsalar Xilas üçün pul ödəməli olacaqlar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
2027-ci ildən etibarən qeyri-mövsüm dövründə Yaponiyanın Fudzi dağından helikopterlə xilas edilən turistlər bu xidmətə görə ödəniş etməli olacaqlar.
“Qafqazinfo” “BBC News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Yamanasi prefekturasının rəhbərliyi qərar qəbul edib.
Yeni qaydaların dağa riskli və zəif hazırlıqlı qalxma hallarının sayını azaltmağa yönəldiyi bildirilir.
Helikopterlə xilas xidmətinin qiyməti hələlik müəyyən edilməsə də, bunun hər beş dəqiqə iş üçün 8000 yen (təxminən 87 AZN) olacağı təxmin edilir.
Qeyd edək ki, hündürlüyü 3776 metr olan Fudzi dağının zirvəsinə hər il təqribən 200 min nəfər qalxır. Dağa qalxma mövsümü iyuldan sentyabrın əvvəlinə qədər davam edir. Mövsümlərarası dövr isə sentyabrın əvvəlindən növbəti ilin iyuluna qədər davam edir. Bu müddətdə dağa qalxma qadağan edilməsə də, hakimiyyət turistlərə belə cəhdlər etməməyi tövsiyə edir. Mövsümlərarası dövrdə hava şəraiti və marşrutların vəziyyəti xeyli daha sərt olur, dağ sığınacaqlarının və tualet otaqlarının əksəriyyəti isə bağlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 16 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















