“Dağ boyda oğul itirmişəm” Ucal Bayramovun atası
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Bunu Ölkə.az-a qısa açıqlamasında Şəkidəki “Şəki yaylası” istirahət mərkəzində baş verən “zipline” qəzasında faciəvi şəkildə vəfat edən Ucal Bayramovun atası, Azərbaycan Universitetinin müəllimi Asif Bayramov deyib.
Danışmaqda çətinlik çəkən dərdli ata hadisə ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsinə belə münasibət bildirib:
“Qoy kim nə istəyir yazsın. Onların heç biri mənə maraqlı deyil. Maraqlı da olmayacaq”.
Qeyd edək ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində “zipline”nin kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 10 Sentyabr 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















