Dağıdıcı zəlzələ olacaq, 3 qitə birləşəcək Şok araşdırma
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Atlantik okeanının altında gələcəkdə dağıdıcı zəlzələlərə və sunamilərə səbəb ola biləcək yeni tektonik sınmanın əmələ gəlməsi qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə “Nature Geoscience” jurnalında dərc olunan araşdırmada deyilir.
Məqalədə qeyd olunur ki, Atlantik ənənəvi olaraq seysmik cəhətdən sakit region hesab edilsə də, məlum tektonik hadisələrdən uzaqda yerləşən Portuqaliyada artıq güclü təkanlar baş verib. Alimlər seysmik stansiyaların məlumatlarını və Portuqaliyanın cənub-qərbindəki dəniz dibinin kompüter modelləşdirilməsinin nəticələrini müqayisə ediblər. Nəticədə mantiyanın təbəqələşməsinin əlamətlərini aşkar ediblər. Tədqiqatçıların fikrincə, su milyonlarla ildir ki, süxurların içinə sızaraq onları zəiflədir və Atlantik okeanında yeni subduksiya zonasının yaranmasına şərait yaradır.
Gələcəkdə bu zonanın güclü zəlzələlərə, sunamilərə və genişmiqyaslı tektonik sürüşmələrə səbəb ola biləcəyi proqnozlaşdırılır.
Uzunmüddətli perspektivdə elm adamları hətta Afrika, Avropa və Amerikanın vahid superqitədə birləşə biləcəyini bildirirlər.
Baxış sayı:56
Bu xəbər 01 Sentyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















