Icma.az
close
up
RU
Dağlar qoynunda gerçək cənnətdir Laçın!

Dağlar qoynunda gerçək cənnətdir Laçın!

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

26 Avqust Laçın Şəhəri Günüdür

Artıq 3 ildir ki, gözəl təbiəti göz oxşayan, laçın kimi vüqalı Laçın şəhəri azadlığın bəxş etdiyi xoşbəxt günlərini yaşayır. 3 ildir doğma yurd nisgilli nəğməkar Məhəbbət Kazımovun, köçkünlükdə əbədi dincliyə qovuşmuş laçınlıların ruhu qartal olub səması aydın Laçının dağlarında süzür. Bir vaxtlar qəzəblə coşan, “qisas!” hayqıran Həkərinin hirsi-hikkəsi soyuyub, nazlı gəlin kimi cilvələnir, əzizlərinə, Laçının geri dönmüş əzəli sakinlərinə həzin-həzin laylay çalır...

Bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bütün Azərbaycan xalqını sevincə qərq edən, laçınlıların həsrətinə son qoyan növbəti qələbə müjdəsindən 3 il ötür: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Avqustun 26-sı həm də Laçının rəsmi bayram günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamına əsasən, artıq 3-cü ildir ki, bu gün ölkəmizin hər yerində Laçın Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir. Bu tarix təkcə 30 il sonra doğma Laçın həsrəti sona çatmış 80 mindən artıq laçınlı üçün deyil, bütün Azərbaycan xalqı üçün, bütün dünya azərbaycanlıları üçün zəfər dastanının şanlı səhifəsinin yazıldığı bayram ab-havalı, sevinc növraqlı bir gündür.

Azərbaycanın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir, 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Ümumi sahəsi 1835 km metr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Bol su ehtiyatlarına malik rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək uzunluğu 113 km olan Həkəri çayını yaradır. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb.

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Laçının işğalını şərtləndirən təkcə torpaqlarımıza göz dikmiş, havadarlarına arxalanaraq “dənizdən dənizə böyük Ermənistan” xülyası ilə bir-birinin ardınca yaşayış məntəqələrimizə qanlı hücumlar edən, dinc, silahsız mülki insanları qətlə yetirən erməni sepratçılarının məkrli niyyətləri deyildi. Bu işğal həm də həmin vaxt Azərbaycanda hakimiyyət davası aparan, iqtidarı zorla ələ keçirmiş təcrübəsiz, siyasi savadı olmayan, şəxsi mənafeləri naminə, vəzifə üçün hər şeyi, hətta Vətən torpaqlarını qurban verməyə hazır bir dəstənin xəyanətkar əməllərinin nəticəsi idi...

İşğal zamanı Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdu. Ermənistan silahlı qüvvələri tərəfindən Laçının işğal edilməsi nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisəsi erməni quldurları tərəfindən talan və məhv edildi, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı.

İşğalçı Ermənistan 30 il ərzində Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçında coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi, müxtəlif xarici ölkələrdən, əsasən də Suriyadan olan erməniəsilli ailələrin burada məqsədyönlü məskunlaşdırılması və bununla demoqrafik tərkibin dəyişdirilməsi siyasəti aparırdı. Bu kimi əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayətlər dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Ancaq dünya onillər boyu ermənilərin bu insanlıqdan kənar vəhşiliklərini görməzdən gəldiyi üçün tarixi ədaləti Azərbaycan özü öz gücünə bərpa etməli oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı cəmi 44 gün sonra ölkəmizin tam qələbəsi və düşmənin rüsvayçı kapitulyasiyası ilə nəticələndi. Beləliklə, Vətən müharibəsində qazandığımız tarixi zəfər sayəsində xalqımızın Qarabağ, Şərqi Zəngəzur həsrəti başa çatdı.

Döyüş meydanlarında ağır məğlubiyyətlə üzləşən mənfur düşmən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da, dövlət başçımızın diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində Laçın şəhəri, həmçinin rayonun Zabux və Sus kəndləri heç bir güllə atılmadan Azərbaycana təhvil verildi. Sözügedən bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri 2022-ci il avqustun 26-da Laçın şəhərini həmişəlik tərk etdilər.

Tarixi qələbəmizin ardınca azad edilən torpaqlarda başladılmış misli görülməmiş bərpa-quruculuq işləri, düşmənin xarabalığa çevirdiyi yurd yerlərinin dirçəldilməsi, genişmiqyaslı infrastrukturun qurulması layihələri uğurla reallığa çevrilməkdədir. Bütün bu işlər işğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev birbaşa rəhbərliyi sayəsində reallaşır. Fəxrlə, qürurla söyləmək olar ki, dövlət başçısının tapşırığına əsasən, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş digər ərazilərində olduğu kimi, Laçında da bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü davam edir, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq geri qayıdan sakinlərinin sayı artıqca Laçın yenidən öz xoşbəxt günlərinə dönür.

Qeyd edək ki, indiyədək Laçın şəhərində 2090 nəfərdən ibarət 570 ailənin, Zabux kəndində 823 (217 ailə), Susda 215 nəfərin (59 ailə) və Bəylik kəndində 316 nəfərdən ibarət 79 ailənin daimi məskunlaşması təmin edilib, bu proses müntəzəm şəkildə davam etdirilir. Öz doğma yurdlarına dönmüş sakinlərin işlə təminatı, onların sosial-məişət qayğılarının həlli hər zaman diqqət mərkəzində saxlanılır, yeni müxtəlif təyinatlı müəssisələr yaradılır, şəhər infrastrukturu daha da yaxşılaşdırılır, Laçın gündən-günə gözəlləşir.

Bölgəyə dəfələrlə səfərlər etmiş Prezident İlham Əliyevin 2023-cü il may ayının 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı aparılan quruculuq işlərindən bəhs edərkən dediyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətl dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Məhz bu sonsuz diqqət və qayğı Şəhər Gününü qeyd etdiyimiz Laçını dünyanın cənnətinə çevirir, laçınlıların xoş arzularına, xoşbəxt gələcəklərinə qol-qanad verir. Hər zaman bax beləcə, gözəllik saç, əziz Laçın, Günün mübarək!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri