Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Sözün işığında yaşayan insan

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Qarabağdakı keçmiş separatçı rejimin sabiq ordu rəhbəri ev dustaqlığına köçürüldü

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Dağlar qoynundakı müasir şəhər və yenidən qurulan Laçın SƏFƏR TƏƏSSÜRATLARI VƏ FOTOREPORTAJ

Dağlar qoynundakı müasir şəhər və yenidən qurulan Laçın SƏFƏR TƏƏSSÜRATLARI VƏ FOTOREPORTAJ

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 29-da ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış ictimai xadimlər, media orqanlarının rəhbərləri növbəti birgə səfər çərçivəsində Laçına səfər ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilmiş səfərdə ümumilikdə 80 nəfər nəfər iştirak edirdi. Səfər çərçivəsində Zabuxçay su anbarı, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu, “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr, həmçinin Laçın şəhərində və bəzi kəndlərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olduq.

Əvvəlcə, Laçın rayonunun Zabux kəndində tikilən Zabuxçay su anbarı ilə tanış olduq. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Zabuxçay su anbarının qarşısında səfər iştirakçılarını salamladı:

"Erməni işğalçıları tərəfindən digər rayonlar kimi, Laçın da vəhşiliyə məruz qalıb. Amma qəhrəman ordumuzun, Ali Baş Komandanımızın, Azərbaycan xalqının şanlı, heç vaxt unudulmayacaq böyük qələbəsi nəticəsində 2020-ci ildə Laçın, 2022-ci il avqustun 26-da isə Sus və Zabux kəndləri erməni tapdağından birdəfəlik azad olundu. Bu gün böyük məmnuniyyət hissi ilə möhtərəm Prezidentimizin adından Zabuxçay su anbarının önündə sizi salamlayıram, hər birinizə "xoş gəlmisiniz" deyirəm".

Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Zabuxçay su anbarı ilə bağlı görülən işlər, həmçinin yeni tikiləcək su anbarları haqda ətraflı məlumat verdi: “Zabuxçay su anbarının tutumu 26 milyon kubmetrdir, Laçının bir çox kəndləri, o cümlədən Qubadlı və Zəngilan rayonlarında əkin dövriyyəsinə buraxılan 12,1 min hektar torpağın suvarılması nəzərdə tutulur. Ehtiyac olarsa, Cəbrayıl rayonuna da suvarma üçün su verilməsi mümkündür.

Eyni zamanda cənab prezidentin tapşırığı ilə yaxın zamanlarda 91 milyon kubmetr su tutumu olacaq digər su anbarının texniki-iqtisadi əsaslandırılması hazırlanır, layihə ərəfəsindədir. Həmin anbar da bu çay üzərində inşa olunacaq. Bu su anbarı Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam üçün həm içməli, həm də suvarma su mənbəyi kimi nəzərdə tutulur. Eyni zamanda gələcəkdə bu anbardan Bakı şəhərinə su nəql edilməsi də layihənin bir hissəsidir”.

Daha sonra Laçın şəhəri və ona yaxın kəndlərdə aparılan işlərlə tanış olduq. PA-nın şöbə müdiri Ədalət Vəliyev Laçın şəhərində iştirakçılar qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verdi.

Ədalət Vəliyev bildirdi ki, Laçının timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan bərpa-quruculuq işlərinin səviyyəsi haqqında təsəvvürlər formalaşa bilər. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı müasir Azərbaycan tarixinin ən qürurlu səhifələrindən olduğunu bildirən Administrasiya rəsmisi mövcud istiqamətdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş müvafiq dövlət proqramlarından da söhbət açdı.

Səfər çərçivəsində Laçının iqtisadi, habelə turizm potensialı ilə də tanış olduq. Bildirildi ki, Laçının turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq, bununla yanaşı rayonda kənd turizmi də inkişaf etdiriləcək. Qeyd olundu ki, yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.

Daha sonra “Lacinema” şəhər kinoteatrında təşkil olunan tədbiqdə Laçında görülən bütün işlər haqda ümumi təqdimat edildi, videoçarx və slaydlar vasitəsilə ətraflı məlumatlar verildi.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd etdi ki, Laçın rayonu azad olunduqdan sonra burada aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri artıq öz bəhrəsini verməkdədir: “İndiyədək rayonda 1000-dən çox yaşayış evi tikilib və bərpa olunub. Artıq 847 ailə doğma torpaqlarına qayıdaraq yeni evlərində məskunlaşıb. Təkcə Laçın şəhərinin özündə 626 fərdi ev və çoxmənzilli binalarda yerləşən 138 mənzil istifadəyə verilib. Eyni zamanda, 87 qeyri-yaşayış sahəsi də istifadəyə hazır vəziyyətə gətirilib. Tikinti prosesi isə davam etməkdədir– hazırda 89 fərdi ev, 28 çoxmənzilli bina və 26 qeyri-yaşayış obyektinin inşası və bərpası aparılır. Gələcək planlara əsasən, daha 237 fərdi ev və 29 çoxmənzilli binanın (ümumilikdə 436 mənzil) tikintisi nəzərdə tutulur.

Prezidentin xüsusi nümayəndəsi bildirdi ki, Laçının kəndləri də diqqətdən kənarda qalmayıb: “Sus kəndində 59 fərdi ev və 4 qeyri-yaşayış binası inşa olunub. Zabux kəndində isə 223 fərdi evlə yanaşı, 4 qeyri-yaşayış binası da istifadəyə verilib. Xüsusi olaraq vurğulanmalıdır ki, bu yaşayış məntəqələrində ekoloji davamlılıq prinsipləri də tətbiq olunub – fərdi evlərin və qeyri-yaşayış binalarının damlarında günəş panelləri quraşdırılıb. Eyni yanaşma Laçın şəhərində də müşahidə olunur. Burada mərkəzləşdirilmiş istilik sistemi ilə yanaşı, bir sıra fərdi evlərdə günəş enerjisi sistemləri mövcuddur".

Məsim Məmmədov eyni zamanda Laçın-Kəlbəcər avtomobil yolu boyunca tikilən infrastruktur layihələrindən də söz açdı: “Bu mühüm yol xəttində ümumi uzunluğu 2793 metr olan 14 körpü və 5208 metr uzunluğa malik 11 tunel artıq inşa edilib. Bu isə regionun nəqliyyat əlaqələrinin bərpası və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır”.

Tədbirdə Laçın beynəlxalq hava limanının tikintisi prosesi də videorolik formasında nümayiş etdirildi. Qeyd olundu ki, bu aeroport həddən artıq mürəkkəb relfeydə tikilir və təkcə 60 metr enində 3 km-lik uçuş enmə zolağının tikintisi üçün də çox nəhəng miqyasda işlər görülüb. Aeroport hər saatda 200 sərnişinə xidmət göstərə biləcək imkanlara malikdir. Mövcud yolla şəhərdən 62 km aralı yerləşən aeroporta yeni yol çəkilir və bu yol şəhərlə aeroport arasında məsafəni 35-ə endirəcək. Laçını Qarabağın digər rayonları ilə birləşdirən yolla sayəsində bu hava limanından Qarabağın bütün əhalisi rahatlıqla istifadə edə biləcək.

Daha sonra iştirakçılar şəhərin Heydər Əliyev küçəsində aparılan və görülücək işlərlə tanış olublar. Şəhərin sənaye müəssisələri haqda da məlumat verilib və səfər iştirakçıları onlardan birinə- “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən mebel fabrikinə baş çəkiblər. Qeyd olunub ki rayonda xeyli sayda istehsal və xidmət müəssisəsi yaradılıb və bu işlər davam edir.

“Hoçazfilm” kinopavilyonunda iştirakçılar pavilyonun imkanları ilə tanış olublar. Bu kinostudiyada maraqlı filmlərin çəkilişi üçün lazımi imkanlar yaradılıb.

Ümumiyyətlə, Laçın rayonu bütövlükdə nəhəng tikinti meydanını xatırladır. Hər tərəfdə yollar salınır, su, kanalızasiya, elektrik, qaz xətləri çəkilir, bağlar salınır. Şəhərdəki və kəndlərdəki bütün salamat qalmış evlər əsaslı təmir olunub, əksəriyyətinin dam örtüyündə Günəş panelləri qurulub. Yeni məktəblər, səhiyyə müssəsisələri, digər sosial və mədəni obyektlər tikilib və tikilməkdə davam edir.

Laçın şəhərinin mənzərəsi valehedici idi və rayonun gözəl təbiəti bu rayonun böyük potensialı olduğunu bir daha ortaya qoyur. Rayonda aparılan genişmiqyaslı quruculuq işləri isə Laçının parlaq gələcəyindən xəbər verir.

Elçin Bayramlı

Bakı-Laçın-Bakı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see249

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see233

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see198

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see167

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see153

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see153

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see145

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see145

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see138

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see134

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see133

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see129

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see129

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see125

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see123

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see121

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see120

Qarabağdakı keçmiş separatçı rejimin sabiq ordu rəhbəri ev dustaqlığına köçürüldü

28 Oktyabr 2025 01:56see120

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see119

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri