Icma.az
close
up
RU
Göydə çıxarılan hökm Ədalət Verdiyevin yazısı

Göydə çıxarılan hökm Ədalət Verdiyevin yazısı

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistanın Pakistan ərazilərinə müdaxiləsi nəticəsində alovlanan münaqişə aviasiyanın həlledici əhəmiyyətə malik faktorlardan olduğunu bir daha nümayiş etdirdi. Hindistan bu müharibədə əhali, ərazi və ordunun sayı baxımından özündən dəfələrlə kiçik Pakistana məğlub oldu. 4 günlük müharibədə böyük itkilərə məruz qaldı. Eynilə Ermənistan 44 günlük müharibədə Rusiya silahlarını biabır etdiyi kimi, Hindistan da Fransa silahlarını biabır etdi. Fərq ancaq ondadır ki, Ermənistan silahları havayı əldə edirdi, Hindistan isə Ermənistan kimi ölkələrə satdığı silahlardan qazandığı pulların hesabına Fransadan aviasiya vasitələri alır.
Hindistan HHQ-nin müdaxiləsinə cavab reaksiyası çərçivəsində Pakistanın qırıcılarının döyüş fəaliyyətlərini kifayət qədər sərt, cəsarətli, hətta bir qədər də riskli hesab edirəm. Bu cavab reaksiyası həm təcavüzkar Hindistanı idarə edən "isti başları" soyutdu, həm də işğalçı və təcavüzkarları dəstəkləyən Fransanın silah bazarındakı mövqelərini sarsıtdı. Pakistanla hava döyüşlərində Hindistan HHQ ən müasir təyyarələrdən sayılan 3 ədəd "Rafale" qırıcısını itirdi.
Fransa rəsmilərinin "müasir döyüş təyyarəsi" kimi təriflədikləri "Rafale" istehsalçısının səhmlərinin dəyəri sürətlə enməyə başladı. Bu qırıcıları almaq istəyən ölkələr daha dərindən düşünmək məqsədilə papaqlarını qabaqlarına qoydular. İndoneziya təxminən 8 milyard dollarlıq "Rafale" sifarişini ləğv etmək barədə müzakirələr aparır.
Son illərin ən maraqlı hava döyüşündə Hindistan tərəfindən Pakistan ərazisindəki müxtəlif hədəflərə hava zərbələri endirildi. Lakın atılan raketlərin əhəmiyyətli bir hissəsi Pakistanın hava hücumundan müdafiə qüvvələri tərəfindən sıradan çıxarıldı. Hindistanın HHQ-yə məxsus 5 döyüş təyyarəsi - 3 ədəd "Rafale", 1 ədəd "Su-30" və 1 ədəd MIQ-29 Pakistanın “J-10” və “JF-17” qırıcılarından buraxılan Çin istehsalı “PL15E” raketləri ilə məhv edildi.
Böyük ehtimalla, Hindistan qırıcılarının məhv edilməsi Pakistanın erkən xəbərdarlıq təyyarəsinin köməyi ilə həyata keçirilib. Başqa sözlə desək, Hindistan qırıcıları Pakistanın hava hücum vasitələrini görmədiyi halda, artıq “PL15” raketlərinin hədəfinə çevriliblər. Düşmənin hava hücumu vasitəsini daha erkən görmək, onun məhvetmə zonasına daxil olmadan hədəfə atəş açmaq hava döyüşündə çox vacib və ciddi əhəmiyyətə malik üstünlükdür. Pakistan pilotları düşmən üzərində məhz bu üstünlüyə malik idilər.
Digər tərəfdən isə PL15 raketinin AESA radarı Hindistan qırıcılarının elektron maneəsini yararaq döyüş təyyarəsini məhv etməsi ilk dəfə rast gəlinən döyüş səhnəsi idi.
Pakistan ordusunun müharibədə Hindistanı məğlub etməsi və qələbə qazanması tarixi hadisədir. Döyüşləri və silahları çəkdiyi filmlərə bənzəyən təcavüzkar Hindistanın hərbi rəhbərliyi itkilərini gizlədə bilməyəcəyini anlayaraq, “İtkilər müharibənin bir hissəsidir” deməklə məğlub olduğunu dolayısı ilə etiraf etdi. Hindistanın itkilərini ABŞ, Fransa, Türkiyə və başqa ölkələrin rəsmiləri təsdiqləyib.
Hazırda Hindistan pilotlarının uğursuz fəaliyyətlərini Fransanın satdığı təyyarələrin kodlarını və proqram təminatını təqdim etməməsi ilə əlaqələndirir. Son günlərdə həm həyat yoldaşı, həm də silah satdığı tərəfdaşları tərəfindən ciddi təzyiqlərə məruz qalan prezident Emmanuel Makron iki ölkə arasında yaranan böhranın aradan qaldırılması məqsədilə Fransa hərbi hava qüvvələrinin təlimatçı pilotlarını Hindistana göndərib.
Əslində isə Hindistanın Pakistan qarşısında biabır olmasının səbəbləri fərqlidir və yalnız Fransa ilə əlaqədar deyil. Hindistan ordusunun, xüsusilə də hərbi hava qüvvələrinin mənəvi-psixoloi vəziyyəti ürəkaçan deyil. Daha əvvəl, 2019-cu ildə də Hindistana məxsus “MİQ-21” təyyarəsi Pakistanın “JF-17 THANDER Blok1” qırıcısı tərəfindən ölkə ərazisində vurulmuş, pilot əsir düşmüşdü. Həmin hadisənin səbəbi proqram təminatı ilə bağlı ola bilməzdi.

Əslində silahların ixracı zamanı onların idarəolunan sursatları, proqram təminatı və istifadə kodları da təqdim edilməlidir. Yadınızdadırsa, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələn kimi Rusiyadan "Su-30" qırıcılarını ümumiyyətlə, raketsiz almışdılar. Maraqlı burasıdır ki, Fransa digər ölkələrə silah sistemləri ixrac edərkən zəruri proqram təminatını və istifadə kodlarını da təqdim edir. Bu məlumatları Hindistana etibar etməməsi əsasən məxfi məlumatları Çin və Rusiyadan qorumaq məqsədi daşıyırdı. Amma görünən odur ki, Fransadan qırıcılar alan Hindistandan fərqli olaraq nəinki Cin və ya Rusiya, hətta Pakistan da "Rafale" qırıcılarının zəif nöqtələrini dəqiq bilir və döyüşlərdə uğurla istifadə edir. Bütün bu məsələlər Hindistan ilə Fransa arasında münasibətləri gərginləşdirib.
Hindistan bu yaxınlarda Fransadan aldığı 30-dan çox "Rafale" təyyarəsi üçün proqram təminatı paketini kodları ilə birlikdə tələb edib. Lakin tələb Fransa tərəfindən rədd edilib. Bu vəziyyət gərginliyin daha da artacağından xəbər verir. Delhi Fransadan 7 milyard dollara 22-si tək yerlik, 4-ü isə iki yerlik olmaqla ümumilikdə 26 ədəd "Rafale M" qırıcısı almağı planlaşdırırdı. Böyük ehtimalla, sifarişini ləğv edəcək. Daha əvvəl Rusiya ilə “Su-57” qırıcılarının alınması ilə bağlı 10 milyard dollarlıq müqaviləni ləğv etdiyi kimi.
"Rafale" qırıcılarının başqa istifadəçisi olan İndoneziya da olduqca narahatdır. Ölkənin Müdafiə Nazirliyi artıq bu təyyarələrin əməliyyat etibarlılığını dərindən yoxlamağa başlayıb. İndoneziya Fransadan 42 ədəd "Rafale" təyyarəsi almaq üçün 8,11 milyard dollarlıq müqavilə imzalamışdı. Hazırda sifarişin ləğvi barədə müzakirələr hər gün daha da genişlənir.
Fransanın hərbi hava qüvvələrinin komandanlığı istifadə etdiyi qırıcıların zəif nöqtələrinin axtarışı ilə intensiv şəkildə məşğul olur. Prosesə istehsalçı şirkətin çox sayda mühəndisləri də cəlb olunub. Makron bu biabırçı hadisələrin təkrarlanmaması üçün ciddi araşdırmaya başlanılmasını əmr edib. Görünür, oxşar hadisənin Fransada baş vermə ehtimalını çox yüksək qiymətləndirir.
Hindistan ordusunun tək problemi ordunun mənəvi-psixoloi vəziyyətinin aşağı olması ilə bağlı deyil. Hind ordusunun döyüş hazırlığı və təlim standartları da Pakistandan xeyli zəifdir. Pakistanın kəşfiyyat orqanları Hindistanda baş verən hadisələri çox yaxından izləyir. Pakistan ordusu mövcud riskləri dərindən təhlil edir, təlimlərdə müharibə ssenarilərini real əməliyyat şəraitinə uyğunlaşdırır. İslamabad Delhidən fərqli olaraq tərəfdaşları ilə münasibətlərini sağlam saxlayır. Hindistan isə Ermənistan kimi 30 ildir ki, “yelkənsiz gəmi” sayaq sahildən-sahilə üzür, amma dayanmaq üçün etibarlı liman tapa bilmir. Nəticədə hər iki təcavüzkar ölkə kiminlə strateji tərəfdaşlıq edəcəyinə qərar verə bilmir.
Pakistan isə uzun illərdir Çin, Azərbaycan və Türkiyə ilə müdafiə, təhlükəsizlik, hərbi və hərbi-texniki məsələlərində yaxından əməkdaşlıq edir. Davamlı olaraq tərəfdaşlarından yeni texnologiyalar alır və ya əlində olan silah sistemlərini onlara təqdim edir. Aviasiya vasitələrinin istehsalçısı və ixracatçısı olan Pakistan həm tərəfdaşları ilə bütün sahələrdə yaxından əməkdaşlıq edir, həm ordusunu daim döyüşə hazır vəziyyətdə saxlayır, həm də Hindistan üzərində əldə etdiyi əməliyyat üstünlüyünü qoruyur. Kiçik nailiyyətlərini böyük hay-küy ilə ictimaiyyətə təqdim edən Hindistandan fərqli olaraq, Pakistan yeni nəsil texnologiyaları sınaqdan keçirir, təkmilləşdirir və silahlanmaya qəbul edir. Türkiyə və Azərbaycan ilə keçirilən birgə təlimlərdə ehtimal olunan rəqiblərin imkanları dəyərləndirilir, onlara qarşı yeni silahlı mübarizə metodları təkmilləşdirilir.
Hindistan isə məğlubiyyətdən sonra təlaş içindədir. 3 il əvvəl moderator.az saytında "Hindistanın 36 ədəd 4-cü nəsil "Rafale" ilə vəziyyəti öz xeyrinə dəyişməsi mümkünsüzdür" başlıqlı məqaləm dərc olunmuşdu. Bu məqalədə “Rafale” qırıcılarının Hindistana ciddi üstünlük təmin etməyəcəyini vurğulamışdım. O zaman bu məqalə bəlkə də xüsusi bir marağa səbəb olmamışdı, indi isə real döyüş əməliyyatları "Rafale" qırıcıları barədə 3 il əvvəl yazdıqlarımı bir daha təsdiqləyir.
"Rafale" döyüş təyyarələrinin reputasiyasının ciddi şəkildə zədələndiyi bir vaxtda Pakistanın yerli istehsalı olan və Azərbaycanın da əldə etdiyi “JF-17” qırıcılarının nüfuzu, eləcə də müştəriləri artır. Pakistan həm Çinin, həm də Türkiyənin 5-ci nəsil qırıcıları ilə yaxından maraqlanır. Azərbaycanın ən yaxın strateji tərəfdaşları olan ölkələrin istehsal etdiyi silah sistemlərinin dünya bazarında nüfuzu artır. Buna paralel olaraq Pakistan ilə bərabər türk dünyası ilə düşmənçilik edən, Ermənistanı dəstəkləyən Hindistan və Fransadan ibarət “uğursuz bacılar qrupu”nun həm beynəlxalq səviyyədə, həm də döyüş əməliyyatlar teatrında tam biabır olmasına şahidlik edirik. Bütün bunlar bəlkə həm də ilahi ədalətin təntənəsidir.
Ədalət Verdiyev
Hərbi ekspert
AzVision.az üçün
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri