Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Dağların qoynuna cinlərin pıçıltısı Qızılaxtaranla GÖRÜŞ

Dağların qoynuna cinlərin pıçıltısı Qızılaxtaranla GÖRÜŞ

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Fadil Paşayev,
Əməkdar jurnalist

(Hekayə)

Guya məzuniyyətdəyəm. Elə bir peşə seçmişik ki, ölənə qədər bizə dincəlmək yoxdur. Nə isə, sözüm onda deyil. Kənddəyəm. Çalışıram, axşamlar kənd işləri ilə də məşğul olum, ağac suvarım, həyəti təmizləyim, taxta qırıntılarını aşağı hasarın dibinə düzüm, su arxını düzəldim, nə bilim daha nələr, nələr…

Burada iş qurtarmır ki! Gərək sübh namazından sonra yatmayasan. Əlqərəz, aləm dəyib bir-birinə. Günün hardan başlayıb hardan qurtardığını da bilmirsən. Fiziki yorğunluq, bir az da işlərin çoxluğundan yaranan narahatlıq bir yana, kəndin adamı darıxmağa qoymayan maraqlı insanları da var. Kimisi nağıla oxşar arzularından danışır, kimisi meşədə, dağda başına gələn qeyri-adi hadisələri dönə-dönə nəql edir, kimisi də “jurnalistsən, sən yaxşı bilərsən”, – deyib adamı tutur sual yağışına, amma cavab vermək istəyəndə isə ağzından vurur, öz “dahiyanə” şərhlərini əlini-qolunu ölçə-ölçə danışıb kirimir, əlacsız qalıb sözünü kəsməli oluram, “Sən haranı qurtarmısan?”, – deyib onun anadangəlmə istedad olduğunu deməklə şit-şit tərifləyib birtəhər aradan çıxıram. Amma bu gün rastlaşdığım həmkəndlim çox maraqlı, maraqlı olduğu qədər də diqqətçəkən sözləri ilə məni özünə cəlb etdi.

Adı Hətəmdir. Qızılaxtarandır. Macəranı çox sevir və başına gələnləri elə danışır ki, bir də ayılıb görürəm ki, iki saatdır buna qulaq asıram, iş də tökülüb qalıb. Elə birinci görüşümüzdə danışdığı yarımçıq hadisənin təsirindəyəm. Qoy sizə də nəql edim ki, görün necə adamlar var. Tez-tez də boğulmuş kimi səs çıxarır, elə bil boğazında nəsə qalıb. Sözünə hər başlamaq istəyəndə edir, söhbətinin maraqlı olması üçün hiss olunur ki, başına gələn hadisəni bir az da bəzəyir. Nəyin real, nəyin uydurma olduğunu ayırd etməyə heç cəhd də etmirəm. Axı nə mənası var?! Əsas odur, Hətəm kişi Babadağda cinlərin müqaviməti ilə qarşılaşıb. Qoy elə yaxşısı budur onun öz dili ilə danışım:

“Deməli, getdim rayonda ad-san qazanmış böyük falçının yanına. Ona Babadağda vaxtilə qaçaqların gizlətdiyi qızıl küplərin dəqiq yerini soruşmağa. Məni qəbul elədi, dedi ay Hətəm, orada qızıl küplər olmağına var eee, amma əldə etmək çətin olacaq. Soruşdum ki, niyə? Cavabı canıma elə üşütmə saldı ki… Sən demə, o qızılları cinlər qoruyur”.

– Necə yəni cinlər?

Özümü saxlaya bilməyib sözünü kəsdim. “Tələsmə”, – deyən Hətəm yenə adəti üzrə boğuq səs çıxardı: “Həmin falçı izah elədi ki, 7 ildən sonra yerin altında basdırılan qızıla, ləl-cəvahirətə ya cinlər yiyə durur, ya da zəhərli ilanlar.

“Bəs yaxşı, ay Hətəm, falçıdan soruşmadın ki, indiyə qədər yerdən çıxan qızıl küplər necə olur ki, onlarla insanın birdən-birə varlanmasına gətirib çıxarır?! Niyə belə adamlara dediyin cinlər, ilanlar mane olmur?”. “Jurnalist olduğun bilinir də. Adın da qəlizdir, çəkə bilmirəm, imkan ver, başıma gələni danışım, sən də gör elədir, ya yox da?!”.

Başımla razılığımı bildirdim, əlimi də ağzıma aparıb “Mən 80 yaşlı Bədəl, lal” dedim.

– Adın Bədəldir?

– Yox da, məsəlçün dedim, sözgəlişi.

– Deməli, ay Bədəl, ee çaşdım, jurnalist qardaş, sən də biləsən ki, ya atılmış evlərin divarlarında, ya mağaralarda, ya oyulmuş daşlarda, ya da ulu çinarların dibində basdırılan ləl-cəvahirətə yetişmək və onu ələ keçirmək mümkün olur. Amma digər yerlərdə gizlədilən qızıllardan əlini üz. Cinlərlə, ilanlarla bacarmaq qeyri-mümkündür. Elə Babadağda başıma gələn hadisədən hələ də özümə gələ bilmirəm”.

Bu dəmdə, söhbətin ən maraqlı yerində bir uşaq “Ay Hətəm dayı, nənəm səni çağırır, deyir, axşam düşməmiş, getsin, arteziandan suyu vursun, çən boşalıb”.

Elə yazıq-yazıq Hətəmə baxdım ki, “Ay insafsız, söhbətin bu əsas yerində məni tərk eləmə”. Dedi “Qonşu, tələsmə, səhər axşam 5-də bağa gəlib otları biçəcəm, gələrsən, başıma gələni sənə bittə-bittə danışacam. Gör bu dünyada nələr olur. Bakıdakılar nə bilsin ki, insan dediyin varlıq təbiətin ən zəif canlısıdır”.

Onunla dediyi kimi, bağında görüşdük. Hə, yeri gəlmişkən, sizə onu da ərz edim ki, başına gələnləri haqqında yazıya köçürüb el-aləmə car çəkdiyimdən xəbəri yoxdur. Bilsə, bəlkə də mənimlə dalaşar.

Nə isə, keçək əsas mətləbə. Deməli, Hətəm danışır ki, falçının dediklərindən sonra bir yoldaşı ilə Babadağa üz tutur. Keçilməz yollar, dar cığırlar, getdikcə soyuyan hava, dağların gözqamaşdıran yüksəkliyi Hətəmdə və yol yoldaşında unudulmaz, qarışıq hisslər doğurmuşdu. Hələ başına gələnləri demirəm. Bu hadisə onlar üçün mistik bir dərs olmuşdu.

Hətəm dağın ecazkar qüdrətindən danışdıqca, elə bil mən də onunla yol yoldaşı oldum. O, həvəslə təbiətin Babadağ möcüzəsindən bəlağətlə nəql edirdi: “Uca zirvəsi nə qədər qorxunc görünsə də, həm də cazibədar, el arasında müqəddəs bir dağ kimi sevilir Babadağ. Göylərə söykənən zirvəsindən duman əskik olmur, çiyinlərində şal kimi dolaşır. Qarlı zirvəsi bəmbəyaz nuru ilə onu ziyarət edənlərin qəlbində tərkidünyalıq hissi yaradır. Babadağı vəsf edən şairlər necə deyir: Qayaları əsrlərin susqun şahididir, hər daşında bir əfsanə yatır, hər cığırında dərvişin izləri qalıb”. Həmin izlərdə qızılaxtaran Hətəmin də addımları qaldı. Amma Hətəm deyir ki, Babadağ ona elə bir dərs verdi ki, bir ömür unutmayacaq:

– Elə qaçaqların qızıl basdırıldığı yerə çatar-çatmaz dincəlmək qərarına gəldim. Təşkilə (yol yoldaşının adı) dedim ki, bir az dincələk. O, çadırı quraşdırmaq üçün eşələnməyə başladı. Mən isə bir qədər ondan uzaqlaşıb sıldırım qayanın dibinə endim. Gördüm, bir balaca çəpiş mələyir. Sevindim, həm insan ayağı dəyməyən yerdə çəpişi canavardan, çaqqaldan qurtardığım üçün. Həm də ətrafa boylandım, buralarda bir sürü görmədiyimdən çəpişin mənə qaldığını düşündüyüm üçün. Tez onu qucağıma alıb qayanın dibindən Təşkilə tərəf getməyə başladım. Birdən çox qeyri-adi bir şey gördüm. Əslində nə baş verdiyini anlamadım. Gördüm, çəpişin quyruğu getdikcə uzanır. Bir az keçdikdən sonra quyruq başladı yerlə sürünməyə. Ətim ürpəşdi. Tez çəpişi yerə atdım. Özüm də kənara tullandım. Çəpiş başladı yerində tullanmağa, quyruğu ilə oynamağa. Sonra çıxardığı səslə məni dəhşətə gətirdi.

Hətəm bir az susdu. Sonra gözlərini gözümə zilləyib başını yırğaladı:

– İnanmazsan qardaş, mən həyatımın ən qaranlıq, anlaşılmaz, qorxulu bir anını yaşadım.
O, öz hisslərini ifadə etmək üçün daha təsirli sözlər tapmağa çalışırdı.

– Ay Hətəm, uzatma, çəpiş nə etdi ki, bu qədər təlaşla danışırsan? Bir də axı, qucağında olan heyvanın quyruğu necə uzana bilər ki? Nəsə inandırıcı görünmür axı?!

– Özün bil, səni məcbur etməyəcəm ki, inan. Mən gördüyümü danışıram. Hələ sən ona da inanmayasan ki, çəpiş insan kimi dil açıb danışdı. “Ay Hətəm, ay Hətəm, qızılaxtaran Hətəm, sən kim, Hətəm kim, sinənə düşən sitəm kim?”, – deyə sanki məni lağa qoymağa başladı. Tüklərim biz-biz olmuşdu. Özümdə-sözümdə deyildim. Elə bilirdim yuxu görürəm. Yuxuya çox oxşayırdı. Birdən var gücümlə qışqırmaq istədim, çəpiş qeyb oldu, amma mənim boğazım tıxanmışdı. Qışqıra bilmədim və heysiz yerə sərildim. Neçə saat keçdiyini bilmirəm. Bir də onda ayıldım ki, Təşkil helə hey qışqırır, bağırır, “Hətəm, ay Hətəm!”, – deyə məni çağırırdı. Birtəhər ayağa qalxıb Təşkillə dincəlmək üçün dayandığımız yerə qayıtdım. Təşkilin həyəcanlanmış sifətini görməzdən gəlib yerə çökdüm.

Sükut bir xeyli çəkdi. Təşkil dedi ki, 4 saatdır məni axtarırmış. Gedib bir balaca mağar tərəfdə qalanmış ocaq görüb. Orada zurna-qaval səsi də eşidib. Sonra gördüyü hər şey anidən yoxa çıxıb. Təşkil var gücü ilə həmin yerdən qaçıb gəlib quraşdırdığı çadır tərəfə. Və başlayıb fasilələrlə məni çağırmağa.

Artıq nə baş verdiyini yavaş-yavaş anlayırdıq. Biz hələ qızıl axtarmamış cinlər min hoqqadan çıxmışdı. Əgər təkidlə işimizi davam etsəydik, bizi hansı sonluq gözləyəcəkdi, onu da bir Allah bilir.

Əslində Hətəm çox danışmaq istəyirdi. Dağların sirrlər dolu qoynunda, ümman kimi dərin yerlərdə səssizlik hökm sürür. Bu səssizliyin içində bəzən
insana bənzər, amma heç də insan olmayan
kölgələr boylanar.

O kölgə hər canlıya bənzəyər, dağın dumanı kimi əlçatmaz olar. Bu canlıların gözünü görmək mümkün deyil. Olduqca müəmmalı olan bu varlıqların sığınacağı dağın qayalıqları arasındadır. Küləklər onun səsini daşıyar, qaranlıq cığırlar isə izini gizləyər.

Deyirlər, dağlarda cinlər yalnız qızılaxtaranların deyil, var-dövlət hərislərinin də gözünə görünür, təkəbbürlü, özünəvurğun insanlara cəhənnəm əzabı yaşadar, onları dəli olmaq dərəcəsinə çatdırar. Çünki bu dağlar öz ucalığını yalnız təvazökar qəlblərə açır.

Hətəm kimi maddi nemətlərə həris olanlar üçün bu varlıqlar Babadağın dumanına qarışar, ulduzların işığı ilə oynayar, bəzən də yoldan azmış bir yolçuya özünü heyvan kimi göstərib onu çaşdıra. Əslində isə bu varlıqlar dağın öz ruhudur,
qorxunun və sirrin adıdır.

Elə bütün bunlara rəğmən içimdən bir hiss mənə deyirdi ki, Hətəm və onun yol yoldaşının başına şübhəsiz hansısa mistik bir hadisə gəlib. Bir də axı Babadağ haqqında həm türk, həm də islam inancları ilə dolu əfsanələr çoxdur.

Bir inanca görə, kim Babadağa qalxıb orada niyyət edərsə, duası mütləq qəbul olunar.

Artıq yüz illərdir, bu dağda bir əbədi nur haqqında rəvayətlər dolaşır. Həmin rəvayətlərdən birində deyilir ki, Babadağın zirvəsində görünməz bir nur var. Bu nur yalnız saf qəlbli, niyyəti təmiz insanlara görünür. Ona toxunanın ömrünə bərəkət, evinə ruzi gəlirmiş.
Bu əsrarəngiz yerlərdə vaxtilə dərvişlər və müridlər də yaşayırmış. Deyilənə görə, dağın zirvəsində gecə vaxtı nurani qocalar və dərvişlər görünür, onlar dua edənlərin sözünü eşidib Allaha çatdırırmış.

Nədənsə, bu dağlarda tez-tez ildırımlar çaxır, göy guruldar. İnsanlar inanırdılar ki, Tanrı göydən dağa səs salır, onun vasitəsilə insanlara güc göndərir.
Babağın zirvəsində yuva quran qartallar da dağın ruhuna bir özəllik bəxş edir. Onlar bəzən insana, bəzən mələyə çevrilib yolda azanlara kömək edir.

Çox insanlar ecazkar, mistik yerlərdə qeyri-adi varlıqlar görüb. Babadağ da belə mistik məkanlardan biridir.

Kəndimizdəki Hətəm kişi kimi insanlar da bəzən öz nəfsləri ilə qeyri-adi varlıqlara bənzəyir. Cinləri də ancaq belələri görür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri