Daha 3 boksçu yarımfinalda
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.
Futbolpress.az xəbər verir ki, yarışın altıncı günündə Azərbaycan millisinin daha 3 idmançısı yarımfinala yüksəlib.
Sübhan Mamedov (50 kq) 1/4 finalda İstvan Szaka (Macarıstan) ilə döyüşüb. Dünya çempionumuz rəqibini 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, sentyabrın 23-də yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gələcək.
Amin Məmmədzadə (55 kq) də uğurlu seriyanı davam etdirib. O, Billal Bennamadan (Fransa) güclü olub – 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28). Boksçumuz sentyabrın 24-də yarımfinalda Vyaçeslav Roqozinlə (Rusiya) qarşılaşacaq.
Məhəmməd Abdullayev (+90 kq) də rinqdən qalib ayrılıb. Dünya kubokunun sahibi Omar Şihanı (Norveç) mübarizədən kənarlaşdırıb – 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28). Abdullayev sentyabrın 23-də yarımfinalda Damar Tomasla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.
Yarımfinala yüksələn 4 boksçumuz özləri üçün azı bürünc medalı da təmin edib. Bu gün həmçinin Nəbi İsgəndərov (70 kq) 1/2 finalda Con MakKonnelli (İrlandiya), Səidcəmşid Cəfərov (75 kq) 1/4 finalda Kevin Skottu (İsveç) sınağa çəkəcək.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.
Baxış sayı:67
Bu xəbər 23 Sentyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















