Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Daha bir doğmamızı itirdik

Daha bir doğmamızı itirdik

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir gün köməkçisi redaksiyaya zəng etmişdi: "Nazirliyə gələ bilərsiniz? Sizi nazir özü qəbul edəcək".

Əlavə izahat vermədi, mən də hansı məsələ ilə bağlı oıduğunu soruşmadım. İıyas İsmayılovun adı olan yerə həmişə sorğu-sualsız getmişəm və yenə gedərəm.

Redaksiyamız Ədliyyə Nazirliyinə yaxın idi, getdim, görüşdük. İlyas müəllim xaricdən yeni qayıtmışdı. Transmili cinayətkarlıqla bağlı beynəlxalq konfransda iştirak etmişdi. Konfransın materiallarını, özünün çıxışını mənə verdi, dedi: "Bunların əsasında materialların getməyi yaxşı olar. Ölkəmiz üçün çox vacibdir". Soruşdum: "Bu materiallar əsasında Sizinlə müsahibə edək, yoxsa, jurnalist yazısı olsun?" Dedi: "Formasını özün seç".

Mən həmin materiallar, çıxış əsasında məqalələr yazdım, İlyas müəllimin çıxışından, başqa çıxışlardan maraqlı hissələri də verdim, öz şərhlərimi də əlavə etdim. Silsilə məqalələr idi. Hər məqalə çıxanda oxuyub, mənə zəng etmişdi. Axırıncını da oxuyandan sonra yenə zəng etdi, görüşdük.

Dedi:

- Əzizim, çox yaxşıdır. Amma bir şey soruşacam.

Dedim:

-Buyurun, İlyas müəllim.

Dedi:

- Sən niyə müsahibə formasını seçmədin? Müsahibə sənin üçün yaxşı olardı. Hamı görərdi ki, sən nazirdən müsahibə almısan.

Bu sözə ikimiz də güldük. Sonra da əlavə etdi:

- Təvazökarlıq yaxşı xüsusiyyətdir. Ancaq gərək qədərində olsun. Belə sənin üçün həyatda çətin olacaq.

Dedim:

- İlyas müəllim, Siz dediniz ki, ölkəyə lazımdır, mənə lazım olduğunu demədiniz.

Ürəkdən güldü.

Həmin mehribanlıqla:

- Sənin üçün nə edə bilərəm?-deyə diqqətlə üzümə baxıb soruşdu.

- Siz mənim üçün bundan artıq nə edəcəksiniz ki, İlyas müəllim? Dörd məqaləlik material verdiniz.

Bir də ürəkdən güldü. Sonra da ciddiləşib, nədənsə bir az da kədərlə dedi:

- Yaxşı. Elə olsun.

İllər keçdi. Mən jurnalistika fəaliyyətimlə bağlı ağır xəsarətlər alıb, xəstəxanaya düşəndə, Kliniki Tibbi Mərkəzə, məni ziyarət etməyə gəldi. Onda İlyas müəllim deputat idi. O palataya daxil olanda, elə bildim, ən doğma insanlardan biri gəldi. Ailə üzvlərim, dostlarım, həmkarlarımız da vardı palatada. İlyas müəllim çarpayımın yanında oturdu. 1994-cü ildə Ədliyyə Nazirliyində etdiyimiz söhbəti xatırlatdı. Üzündə həmin kədərli ifadə vardı.

- Mən sənə demişdim, çətin olacaq. Amma bu qədəri çox oldu.

Sonra ürək-dirək verdi. Durub çıxanda, yenə də elə bildim ki, doğma bir insan qapıdan çıxıb getdi.

Bu gün dünyanın qapısından çıxıb getdi. Həmişəlik getdi İlyas İsmayılov. Onu respublika prokuroru olanda uzaqdan tanıyırdım, ədliyyə naziri olanda yaxından tanıdım. Adam var vəzifəsinə görə onu tanıyırlar, hörmət edirlər, adam da var, onun özünə görə vəzifəsinə hörmət edirlər. Hüquq professoru İlyas İsmayılov müxtəlif dövrlərdə - Sovetlər vaxtı da, müstəqillik illərində də çox yüksək vəzifələr tutmuşdu. Çox məsul işlərdə işləmişdi. Həm də yaxşı işləmişdi. Amma İlyas müəllimin bir işi, bir vəzifəsi vardı: gözəl insan olmaq!

Biz çox gözəl bir insanı itirdik.

Çox yüksək insanlığı ilə yanaşı çox yüksək erudisiyası, intellektual hazırlığı, dərin biliyi, mütaliəsi olan bir şəxsiyyət idi İlyas İsmayılov. O, vəzifəsinə görə elmi ad alan, dolayı yollarla professor olan məmur tipi deyildi. Həyatında, karyerasında, elmdə hər şeyi özü, yalnız özü əldə etmişdi. Bəlkə şans da üzünə gülmüşdü. Ancaq tutduğu hər məqama özü çatmışdı; zəhməti də halal idi, şansı da...

İlyas müəllimlə mənim aramda çox böyük yaş fərqi olsa da, illərlə görüşməsək də, aramızda dostluq münasibəti vardı. Heç vaxt heç bir xahiş etləmişəm, heç bir maddi və sair yönümlü münasibətimiz olmayıb. Bu, mənim təbiətimdə də olmayıb. Təkcə mənəvi doğmalıq hiss etmişəm. İlyas müəllimin, sadəcə, varlığı adama güc, güvən verirdi. Bəlkə də ikimiz də uşaqkən atamızı itirmişdik deyə, bizi birləşdirən bir kədər vardı.

Bilmirəm. Səbəbini izah etməkdə çətinlik çəkirəm. Bu sətirləri də həmin o tanış, doğma kədər içində yazıram. Mən İlyas müəllimi itirməyə hazır deyilmişəm! O, məncə, hamımızın itkisidir. Onu tanıyan hər kəsin ömür kitabında bir İlyas İsmayılov səhifəsi var. Bu səhifə bu gün qapandı. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

Sizi çox sevirik, İlyas müəllim. Unutmayacağıq.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri