Icma.az
close
up
RU
Daha bir istedadlı jurnalistimizi itirdik

Daha bir istedadlı jurnalistimizi itirdik

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

O, hələ çox şey yaza, danışa, işıqlandıra, təhlil edə bilərdi… Təəssüf ki, bu sözləri artıq keçmiş zamanda deyirik.

İstedadlı həmkarımız, 48 yaşlı jurnalist Emin İbrahimov yaradıcılığının, həyat enerjisinin ən yüksək dövründə Türkiyədə baş vermiş avtomobil qəzası nəticəsində faciəli şəkildə həlak olub. Bu xəbər onu həm həyatda, həm də reportajlarından tanıyan hər kəsi dərindən kədərləndirdi. Çoxları Emin İbrahimovu “Euronews” telekanalının Azərbaycan həqiqətləri barədə telesüjet və reportajların müəllifi kimi tanıyırdı. O, yerli və beynəlxalq media mühitində özünə layiqli yer qazanmışdı - peşəkarlığı, obyektivliyi və insani keyfiyyətləri ilə həmkarlarının, tamaşaçıların sevimlisinə çevrilmişdi.

Hər bir insanın həyatında elə bir dövr var ki, o, istedadın, peşəkar formalaşmanın zirvəsinə çatır, Emin üçün bu dövr, şübhəsiz ki, 2020-ci il Vətən müharibəsi zamanı idi. Onun həmin günlərdə hazırladığı reportajlar obyektivliyi, vətəndaşlıq mövqeyi və yüksək jurnalist ustalığı ilə yadda qaldı.

O zaman Emin informasiya cəbhəsinin ön xəttində idi. 2020-ci ilin oktyabrında onun çəkiliş qrupu erməni tərəfinin “Kornet” tipli idarəolunan tank əleyhinə raket atəşi altına düşmüşdü. Raket avtomobilin üstündən keçərək partlayış dalğası ilə maşına zərər vermişdi. Heç kim xəsarət almasa da, hadisə Eminin həyatını təhlükəyə atmışdı. Lakin Emin kimi peşəsinə sadiq jurnalistlər təhlükələrdən qorxmur. O, Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru azad etməsi, əsgərlərimizin qəhrəmanlığı və Böyük Qələbə barədə xəbərləri dünya ictimaiyyətinə çatdırmaq missiyasını ləyaqətlə davam etdirmişdilər.

Bu sədaqətli xidmət telejurnalistə ölkədə hörmət və nüfuz qazandırmışdı. Odur ki, Azərbaycan Prezidentinin köməkçisi – Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyi və Xarici İşlər Nazirliyi Emin İbrahimovun faciəli ölümü ilə bağlı dərin hüzn və başsağlığı ifadə ediblər.

“Xalq qəzeti” redaksiyasının kollektivi də baş verən hadisə ilə əlaqədar Emin İbrahimovun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri