Icma.az
close
up
RU
Daha bir həkimin davranışı tənqid olundu Dünənin uşağı deyiləm, beynəlxalq təcrübəm var VİDEO

Daha bir həkimin davranışı tənqid olundu Dünənin uşağı deyiləm, beynəlxalq təcrübəm var VİDEO

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daha bir həkimin əməliyyat zamanı çəkdiyi videogörüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoda həkimin maskasız, mahnı sədası altında oynayaraq, arada əlcəyinə öskürdüyü, pasiyentdən bu şəkildə biopsiya nümunəsi götürdüyü əks olunub.

Milli.Az bildirir ki, sosial şəbəkələrdə yayılan videoda həkimin əməliyyat zamanı davranışı birmənalı qarşılanmayıb.

Prosesin qeyri-steril mühitdə aparıldığını bildirənlər də olub.

Görüntülərin Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müəllimi Günel Qəmbərovaya aid olduğu iddia edilir.

Radioloq-mamoloq kimi tanınan Günel Qəmbərova "Xəzər Xəbər"ə açıqlamasında əməliyyat zamanı edilən çəklişin pasiyentin istəyi ilə gerçəkləşdirldiyini iddia etdi. O, artıq Tibb Universitretində işləmədiyini bildirdi.

Qəribə də olsa, Günel Qəmbərova yayılan videodan sonra ona müraciətlərin sayının artdığını iddia edib. 

"Dünənin uşağı deyiləm, beynəlxalq təcrübəm var",- deyən  Günel Qəmbərova Azərbaycandan ABŞ-yə gedən ilk radioloq olduğunu bildirib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxtdakı özəl hospitallardan birində Günel Qəmbərovanın cərrahi əməliyyat zamanı canlı yayım açması və videoçəkiliş etməsi, hansı ixtisasa malik olması ilə bağlı məsələ Səhiyyə Nazirliyində xüsusi yaradılan işçi qrup tərəfindən mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılacaq: "Tibb müəssisələrində sanitariya-gigiyena və infeksiyadan qorunma qaydalarına əməl olunması qanunla müəyyən edilmiş tələblərdəndir. Əməliyyat zamanı çəkilişin aparılması yalnız elmi-tədris məqsədi ilə, cərrahiyyə otaqlarında gigiyenik normalara və texniki tələblərə uyğun şəkildə həyata keçirilə bilər. Əks halda, bu, infeksiya yayılması və sanitar qaydaların pozulması riski yaradır".

O, da bildirilib ki, qeyd olunan davranış, yəni əməliyyat zamanı həkimin sosial şəbəkələrdə canlı yayım etməsi həm "Həkimlərin etik davranış qaydaları"na, həm də reklam və şəxsi maraqların təbliği ilə bağlı qanunvericiliyə ziddir. 

Daha ətraflı videomaterialı təqdim edirik. 
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2025 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri