Icma.az
close
up
RU
Milli birliyin tarixi təməli

Milli birliyin tarixi təməli

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”

Ümummilli lider Heydər Əliyev

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli kimliyinin, tarixi yaddaşının və müstəqil dövlətçilik ideyasının təntənəsini ifadə edən mühüm ictimai-siyasi hadisədir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, bütün dünya azərbaycanlılarını vahid ideya, vahid məqsəd və vahid Vətən anlayışı ətrafında birləşdirən ümummilli bayramdır. Bu gün Azərbaycan xalqının həm tarixi keçmişinə, həm də müasir inkişaf yoluna nəzər salmaq, milli birliyin əhəmiyyətini bir daha dərk etmək baxımından xüsusi önəm daşıyır.

Ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən mühüm ideoloji hadisə kimi xarakterizə edərək vurğulamışdır ki, dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşasa da, onların milli-mənəvi varlığını yaşadan yeganə dövlət müstəqil Azərbaycan Respublikasdır. Bu fikir həmrəyliyin əsas ideoloji mahiyyətini təşkil edir. Azərbaycan dövlətçiliyinə sədaqət, milli dəyərlərin qorunması və ümumbəşəri prinsiplərə hörmət dünya azərbaycanlılarını birləşdirən əsas amillərdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi XX əsrin sonlarında baş verən milli oyanış hərəkatı ilə sıx bağlıdır. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüşü, Şimali və Cənubi Azərbaycan arasında uzun illər mövcud olmuş süni maneələrin aradan qaldırılması arzusu xalqımızın bir millət olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu hadisələr milli birliyin və həmrəyliyin simvoluna çevrildi. Məhz həmin tarixi proseslərin davamı olaraq Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Bu qərar sonradan Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiqləndi və bayram rəsmi status aldı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə bir bayram deyil, həm də milli ideologiyanın – azərbaycançılıq məfkurəsinin təcəssümüdür. Ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı bu məfkurənin mənəvi əsasını təşkil edir və hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilmişdir. Azərbaycançılıq ideologiyası dilə, mədəniyyətə, tarixə və dövlətçiliyə sədaqəti ifadə edərək dünya azərbaycanlılarını vahid ideoloji platformada birləşdirir.

Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini daim diqqət mərkəzində saxlamış, bu ideyanın təşkili və möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Xarici ölkələrə etdiyi səfərlər zamanı proqramının gərginliyinə baxmayaraq, mütləq həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşlər keçirməsi, onların problemləri ilə maraqlanması və təşkilatlanma istiqamətində tövsiyələr verməsi bu siyasətin bariz nümunəsidir. Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı xaricdə yaşayan soydaşlarımızın milli özünüdərk prosesində yeni mərhələ açdı. Qurultay dünya azərbaycanlılarının mütəşəkkil qüvvəyə çevrilməsinə, tarixi Vətənlə əlaqələrin möhkəmlənməsinə və diaspor siyasətinin dövlət səviyyəsində formalaşmasına güclü təkan verdi.

Qurultaydan sonra qəbul edilən mühüm qərarlar bu siyasətin institusional əsaslarını yaratdı. 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Sonrakı illərdə bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni məzmunla zənginləşdirildi.

Prezident cənab İlham Əliyev dünya azərbaycanlılarını “xaricdə yaşayan böyük ailəmiz” kimi xarakterizə edərək vurğulamışdır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz Vətəninə bağlıdır. Dövlət başçısının “Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!” fikirləri dünya azərbaycanlılarının mənəvi birliyinin əsas sütunlarını təşkil edir. Prezident cənab İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşərək onların problemləri ilə maraqlanır, diaspor quruculuğunun dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını xüsusi vurğulayır.

Azərbaycan diasporunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, 2018-ci ildə isə Azərbaycan Diasporuna Dəstək Fondunun təsis olunmasıdır. Bu addımlar diaspor təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Hazırda dünyanın 50-dən çox ölkəsində yüzlərlə diaspor təşkilatı, Koordinasiya Şuraları və Azərbaycan evləri fəaliyyət göstərir ki, bu da diaspor siyasətinin real nəticələrini əks etdirir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xüsusilə Vətən müharibəsi dövründə öz mahiyyətini daha aydın şəkildə nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi zamanı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar misilsiz həmrəylik nümayiş etdirdilər, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün fəal mübarizə apardılar. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, xaricdə yaşayan soydaşlarımızın antiazərbaycan dairələrin təxribatlarına qarşı qətiyyətli mövqeyi Qələbəmizə layiqli töhfə oldu. “Dəmir yumruq” yalnız hərbi gücün deyil, milli birliyin və həmrəyliyin də rəmzinə çevrildi.

Bu birliyin zirvə nöqtəsi 2022-ci ildə azad Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı oldu. Tarixi Zəfərdən sonra ilk dəfə olaraq dünya azərbaycanlılarının azad Qarabağda toplaşması həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyırdı. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bu Qurultay Ulu öndər Heydər Əliyevin illər əvvəl söylədiyi tarixi sözlərin reallığa çevrildiyini bütün dünyaya nümayiş etdirdi.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin, tarixi yaddaşının və müasir dövlətçilik ideyasının parlaq təzahürüdür. Bu gün dünya azərbaycanlılarını vahid ideya və məqsəd ətrafında birləşdirir, müstəqil Azərbaycan dövlətinin gücünü və cazibəsini nümayiş etdirir. Dövlətin ardıcıl və məqsədyönlü diaspor siyasəti nəticəsində dünya azərbaycanlıları bu gün daha mütəşəkkil, daha fəal və daha güclü qüvvəyə çevrilmişdir. Həmrəylik Günü isə bu birliyin mənəvi sütunu olaraq xalqımızın gələcək inkişaf yolunda mühüm rol oynamağa davam edəcəkdir.

Elxan Quliyev,

Əməkdar müəllim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see378

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see296

Rəsmi valyuta məzənnələri 29.06.2026

29 İyun 2026 09:08see287

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see230

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see223

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see213

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see203

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see200

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see197

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see193

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see193

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see191

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see182

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see176

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see175

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see171

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see169

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see164

Ukrayna Krımı yeni hərbi əməliyyatlar zonasına çevirib

29 İyun 2026 08:19see156

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri