Daha bir məşhur AzTV nin Düşən pullar ından ŞİKAYƏTÇİDİR
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aktrisa Xəyalə Quliyeva AzTV-nin “Düşən pullar” verilişində qazandığını bildirdiyi 5 min manatın ona ödənilmədiyini açıqlayıb.
Modern.az xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkə hesabında yazıb.
Quliyevanın sözlərinə görə, iştirak etdiyi buraxılış efirə çıxmadığı üçün uduşunu ala bilməyib.
Xatırladaq ki, eyni verilişdə iştirak edən aparıcılar Afaq Gəncəli və Tural Əsədov da qazandıqlarını bildirdikləri 35 min manatın ödənilməsi üçün AzTV-yə qarşı məhkəmə iddiası qaldırmışdılar.
AzTV məhkəmədə aparıcıların iştirak etdiyi çəkilişin saxlanıldığı sərt diskin zədələndiyini və buna görə buraxılışın yayımlanmadığını bildirib. Telekanal müqavilənin veriliş efirə çıxmadıqda uduşun etibarsız sayılmasını nəzərdə tutan bəndinə istinad edib.
Ali Məhkəmə aparıcıların kassasiya şikayətini təmin etməyib və onların 35 min manat uduşun, eləcə də 195 manat dövlət rüsumunun AzTV-dən tutulması barədə tələbini rədd edən apellyasiya qətnaməsini qüvvədə saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 28 Noyabr 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















