Daha bir MMC yə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən müxtəlif ölçülü polistirol qida qablaşdırma altlığı istehsalı layihəsi həyata keçiriləcək.
İZİA-dan XQ-yə verilən məlumata görə, “MET-AK” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
İnvestisiya dəyəri 16,3 milyon manat olan layihə çərçivəsində şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif ölçülü polistirol qida qablaşdırma altlığı istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,7 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 May 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















