Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti “Azərfloat” şirkəti 2027-ci ildən şüşə emalına başlamağı planlaşdırır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, müəssisədə şüşənin kəsilməsi, temperlənməsi, laminasiyası və qablaşdırılması həyata keçiriləcək.
Yeni istehsal istiqaməti üzrə 70-ə yaxın əlavə iş yerinin yaradılması nəzərdə tutulur. 2021-ci ildən şəffaf şüşə istehsal edən müəssisənin gündəlik istehsal gücü 250–270 tondur və məhsulları ABŞ, Türkiyə, Polşa, İrlandiya, Gürcüstan, Ukrayna və digər bazarlara ixrac olunur.
Şirkət yeni emal imkanları hesabına məhsul çeşidini genişləndirməyi, ixrac coğrafiyasını artırmağı və beynəlxalq tikinti layihələrində iştirak etməyi hədəfləyir.
İxracatçılara tətbiq olunan yeni dövlət dəstəyi mexanizminin isə nəqliyyat xərclərinin azaldılmasına və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına töhfə verməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Noyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















