Daha bir rus general öldürüldü
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin daha bir yüksəkrütbəli komandiri öldürülüb.
“Yeni Sabah” xəbər verir ki, qondarma “LNR”in keçmiş 4-cü briqadası əsasında yaradılmış 4-cü ayrı motoatıcı briqadaya komandanlıq edən general-mayor Anton Qrunisin həlak olduğu bildirilir. Bu barədə müstəqil "Vajnıye istorii" nəşri məlumat yayıb.
Qrunisin ölümü faktını "Axmat" xüsusi təyinatlı birliyinin komandiri Apti Alaudinov və Suvorov hərbi məktəblərinin məzunlarına ait "Suvorov qardaşlığı" Telegram kanalı təsdiqləyib. Rusiya tərəfi generalla bağlı detalları gizli saxlasa da, onun yaxın vaxtlarda təltif olunduğu məlumdur. Marqarita pizza
Generalın dəqiq hansı şəraitdə həlak olduğu rəsmən açıqlanmır. Lakin sızdırılmış məlumatlara əsasən, o, işğal altındakı Luqansk vilayətinin Alçevsk şəhərində dislokasiya olunmuşdu.
Məlumatlara görə, onun ölüm xəbərindən bir neçə gün öncə, sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələri Alçevskdə yerləşən hərbi obyektlərə, o cümlədən silah və texnika anbarlarına sərrast zərbələr endirib. Paralel olaraq, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Alçevsk yaxınlığındakı Karpatı qəsəbəsində yerləşən düşmən texnikasını hədəf aldığı bildirilir. Qrunisin ölümünün məhz bu hava zərbələri nəticəsində baş verdiyi istisna edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 17 Sentyabr 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















