Daha bir tiktoker HƏBS EDİLDİ
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə zidd qeyri-etik davranışlar sərgiləyən və bu məzmunlu paylaşımlar edən daha bir tiktoker həbs edilib.
Hurriyyet.Media "Unikal"a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Əlikram Heydərov Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə inzibati xəta protokolu tərtib olunaraq iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Əlikram Heydərov 8 sutka müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, analoji səbəbdən tiktokerlər - Sənur Əzizov və Müjgan Məmmədzadə də inzibati qaydada həbs ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Avqust 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















