Icma.az
close
up
RU
Daha bir YAP çı deputat Ramiz Mehdiyevə “xəyanətkar” dedi

Daha bir YAP çı deputat Ramiz Mehdiyevə “xəyanətkar” dedi

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması  YAP-dakı partiyadaşlarının ona qarşı hücumuna səbəb olub.

Gununsesi.info bildirir ki, artıq bir sıra YAP -çı deputatlar sabiq PA rəhbərinə qarşı çıxışlar edir.

YAP-dan olan deputat Məlahət İbrahimqızı Gununsesi.info-ya açıqlamasında Ramiz Mehdiyevi “xəyanətkar” adlandırıb.

“Ramiz Mehdiyev kimi xəyanətkar Vətən xainləri həm də Azərbaycan xalqı tərəfindən mühakimə olunmalıdır” deyə deputat daha sonra əlavə edib:

“Azərbaycan dövləti demokratik və hüquqi dövlətdir. Ölkəmizdə hər kəs – hətta toxunulmazlıq statusu olan şəxslər belə – qanun qarşısında məsuliyyət daşımalı və hüququn aliliyinə hörmət etməlidir.

Azərbaycan xalqı dövlət müstəqilliyini asanlıqla əldə etməyib. Minlərlə qiymətli vətəndaşımız müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçib. Çağdaş dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına və dövlətimizin sarsılmazlığına, əbədiliyinə həsr edib.

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünya erməniliyi və onun arxasında dayanan super güclərlə yorulmadan mübarizə apararaq Azərbaycanı dünyaya qalib və qüdrətli xalq kimi tanıdıb.

Kimliyindən, harada yaşamasından və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, Heydər Əliyev siyasətinə və bu siyasəti bu gün dünya miqyasında uğurla həyata keçirən dövlət başçısına xəyanət edən, dövlətə pis niyyətlə yanaşan hər kəs layiqli şəkildə cavab verməlidir. Belə harınlamış məmurlara ən ağır cəza tətbiq olunmalıdır. Azərbaycan güclü dövlətdir və dövlətimizin, xalqımızın keşiyində duran sarsılmaz qurumlar mövcuddur.

Hesab edirəm ki, Ramiz Mehdiyevin və onun cinayətkar havadarlarının dövlət çevrilişi ilə bağlı cəhdi təkcə hüquqi müstəvidə deyil, həm də xalqın mühakiməsinə verilməlidir. Qətiyyətlə qeyd etməliyik ki, Ramiz Mehdiyev kimi vətən xainlərini 44 günlük Vətən müharibəsində Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin və şəhid analarının ahı əbədi izləyəcəkdir.

Bu acgöz hakimiyyət hərisləri müstəqillik illərində onların yolunu getmiş bəzi milli satqınların aqibətini, yəqin ki, unudublar. Ramiz Mehdiyev fəaliyyəti dövründə Azərbaycan ictimaiyyətinin ona olan nifrət və qəzəbini yaxşı bilirdi. Görünür, ictimaiyyətin onun çirkli əməllərinə Ulu Öndərin və möhtərəm Prezidentin nüfuzuna görə həmişə göz yummasına arxayın imiş.

Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə və Prezidentinə inanır, güvənir və hər zaman onun yanında dayanır”.

Firuzə Mahmudova 

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri