YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni Azərbaycan Partiyası (YAP) Ramiz Mehdiyevlə bağlı bu yaxınlarda toplaşaraq qərarını verəcək.
Bunu Modern.az-a açıqlamasında deputat, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, deputat Tahir Rzayev deyib.
O qeyd edib ki, hər şey istintaqın gedişindən aslıdır.
“Ramiz Mehdiyevin partiyadan uzaqlaşdırılması üçün mütləq inzibati orqanlar tərəfindən onun cinayətlərinin sübuta yetirildiyinə dair təqdimat olmalıdır. Bundan sonra Ramiz Mehdiyevin YAP-a, Veteranlar Şurasına üzvülüyü tamamilə ləğv edilməlidir”.
O qeyd edib ki, uzun müddət yüksək vəzifələrdə işləyən adamın belə əməllərə yol verməsi bağışlanmaz səhvdir.
“Sözsüz ki, təhlükəsizlik orqanlarının əlindəki faktlara baxdıqda görürük ki, Ramiz Mehdiyevin YAP sıralarında qalması mümkünsüzdür. Yeni Azərbaycan Partiyası bununla bağlı öz qərarını yaxın günlərdə verəcək”, - deyə deputat qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 12 Fevral 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















