Icma.az
close
up
RU
YAP çı deputat Ramiz Mehdiyev Əli Kərimli işbirliyindən yazdı

YAP çı deputat Ramiz Mehdiyev Əli Kərimli işbirliyindən yazdı

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ramiz Mehdiyev və Əli Kərimli formal olaraq fərqli ideologiyaların təmsilçiləri kimi görünsə də, onların uzun illər ərzində formalaşdırdığı siyasi davranış xətti əslində eyni məqsədlərə xidmət edən və bir-birini tamamlayan strategiyalar üzərində qurulub.

Ramiz Mehdiyev uzun illər siyasi sistem daxilində özünəməxsus "paralel" idarəçilik mexanizmi qurmağa çalışmış, siyasi prosesləri idarə etmək iddiası göstərmiş və heç kəsə sirr deyil ki, müxtəlif üsullardan istifadə edərək qərarverici strukturlar üzərində nəzarət həyata keçirməyə çalışmışdır".

"Cebheinfo.az" xəbər verir ki,  bunu deputat, YAP İdarə Heyətinin üzvü Kamal Cəfərov sosial şəbəkə hesabında yazıb.

Onunfikrincə, Əli Kərimli daim institusional siyasi prosesdən kənarda qalaraq radikal ritorika və kütləvi təzyiq taktikasına üstünlük verən xətti ilə tanınıb:

"Bu paralel iki siyasi xətt əslində strateji səviyyədə bir-birini tamamlayan davranış modellərini ortaya qoydğunu göstərir: 

hakimiyyətə təsir göstərmək iddiası, siyasi institutları deyil, şəxsi nüfuz amillərini önə çıxarmaq, daxili sabitliyi pozmağa yönəlmiş davamlı gərginlik mühiti yaratmaq, xarici regional proseslərdən isə daxili siyasi təzyiq vasitəsi kimi istifadə etmək. Bu oxşarlıqlar onların fəaliyyətində təsadüfi paralellər deyil, sistemli şəkildə uzlaşan eyni siyasi xətdir. 

Bu mənzərəni göstərən ən sadə nümunələrdən biri Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrlərdə AXCP-nin mitinq fəaliyyətinə yaradılan süni “pəncərələr”, ictimai rezonansın şişirdilməsi, mitinq iştirakçıları ilə bağlı saxta statistik təqdimatlardır. 

Eyni zamanda, vaxtilə gündəmə gətirilən "Qafqaz baharı", Rusiyada yaradılan “Milyarderlər İttifaqı, “

Ziyalılar Forumu, Milli Şura layihəsi və digər keçməyən təşəbbüslər həmin dövrdə ölkədə baş verən gərginliklərin arxasında xaricdən idarə edilən anti-milli əməkdaşlıq mexanizminin və xəyanətin dayandığını göstərir".

Deputat vurğulayıb ki, 

Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil və regionda baş verən geosiyasi dəyişikliklərin yan təsiridir:

"Hazırda Cənubi Qafqaz ciddi transformasiya mərhələsindən keçir; regional güclər arasında balansın dəyişməsi, xüsusilə də Rusiya–Ukrayna müharibəsinin post-konflikt mərhələsinə keçid etməsi fonunda Moskvanın bölgədə təsir dairələrini yenidən bərpa etmək cəhdlərinin güclənəcəyi ehtimal olunur.

Belə bir şəraitdə xüsusilə də radikal mövqeləri və qeyri-institusional davranış ənənələri ilə tanınan yerli anti-milli siyasi aktorların, Rusiyada yaşayan azərbaycanlıların və bəzi diaspora nümayəndələrinin bu məsələdə alətə çevriləcəyi ehtimalı ciddidir.

Açıq demək lazımdır ki, Ramiz Mehdiyev–Əli Kərimli xəttində illərdir müşahidə edilən paralellər, onların siyasi davranış modelləri və bu davranışların xarici təsir tərəfindən idarə edilməsi artıq təkcə siyasi müzakirə məsələsi deyil — bu, dövlət təhlükəsizliyi məsələsidir.

Ümid edirik ki, Azərbaycan dövlətinə qarşı olan xəyanətin çərçivəsi, o cümlədən Ramiz Mehdiyevə hələ də gizli formada dəstək verən, gizli qapılar arxasında rəğbətini açıq formada ifadə edən, xarici dövlətlərin tapşırığını hər an icra etməyə hazır olan və barələrində ciddi nüfuzdan salacaq materiallar mövcud olan şəxslərin dairəsi də qısa zamanda müəyyənləşərək haqlarında  zəruri hüquqi tədbirlər görüləcəkdir. 

Dəyişən dünya nizamında Azərbaycan dövlətinin güclü, ədalətli və ən əsası müstəqil siyasətinə qarşı mübarizə aparan ölkə daxilində bütün radikal qrupların və təsir dairələrinin vaxtında zərərsizləşdirilməsi milli təhlükəsizlik baxımından tamamilə legitimdir və həyati əhəmiyyət daşıyır". 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri