Icma.az
close
up
RU
“Daha güclü İran gəlir” İDDİASI Bakıdan TƏPKİ

“Daha güclü İran gəlir” İDDİASI Bakıdan TƏPKİ

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Çin davam edən atəşkəs və gərginliyin azaldılması üzrə diplomatik səylərə baxmayaraq, İrana silah tədarükünə hazırlaşa bilər. Bu barədə CNN son kəşfiyyat qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat verib.

Kəşfiyyatın qiymətləndirməsinə əsasən, İran döyüş əməliyyatlarındakı mövcud fasilədən öz hərbi imkanlarını bərpa etmək üçün istifadə edə bilər. Söhbət xüsusilə ABŞ və müttəfiqlərinin zərbələri nəticəsində zədələnmiş hərbi infrastrukturun və arsenalın yenidən bərpasından gedir. Belə bir məqamda hava hücumundan müdafiə sistemlərinin tədarükü, xüsusilə atəşkəs müvəqqəti olarsa, qüvvələr balansını ciddi şəkildə dəyişə bilər.
Müharibədən sonra Yaxın Şərqdə daha güclü İranın olacağı proqnozu nə dərəcədə realdır, əgər ortada heç bir yazılı anlaşma yoxsa...

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Çinin müharibənin ilk günlərində İrana kömək göstərməsi barədə Tramp da bəyanat vermişdi:

“Ancaq çox güman ki, sonrakı günlərdə yardım dayandırıldı. Çin yəqin ki, bundan sonra da İrana köməklik göstərməyəcək. Çünki Tramp Çini 50 faizlik rüsumlarla hədələdi. Bu müharibənin gedişində İran çox ağır yara aldı. Baxmayaraq ki, İran özünü qalib elan edir. Əslində bu, İranın özünə və xalqına etdiyi pislikdir. İran müharibədə ağır yara alıb və gündən-günə geri gedir. Lakin qələbə bəyanatlarının gurultusu bir az da artır, daha şiddətli zərbələr hədələri səsləndirilir. 1979-cu ildə İranda islam inqilabı baş verməzdən əvvəl ölkə dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri idi. Ümumi daxili məhsul hər il təqribən 11 faiz səviyyəsində artırdı. Öz iqtisadi gücünə görə İran həm Türkiyədən, həm Səudiyyə Ərəbistanından, həm İsraildən bir neçə dəfə yüksən ÜDM-ə malik idi. İndi isə vəziyyət tamamilə mənfiyə dəyişib”.

Onun fikrincə, hazırda İran öz iqtisadi gücünə görə bu dövlətlərin hamısından geri qalır: “İqtisadi güc olmadan hərbi gücü necə inkişaf etdirmək olar?! Axı bu, mümkün deyil”.
Ekspert qeyd edib ki, ABŞ və İsrail İrana qarşı ağır müharibə apardı, amma yanvardakı xalq etirazlarında daha bu çox insan öldürüldü, nəinki 40 günlük savaşda. Onun qənaətinə görə, belə vəziyyətdə inkişaf mümkün deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Aprel 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri