Icma.az
close
up
RU
Konqresdə sarsaq “artsax” müzakirəsi Bakıdan təpki

Konqresdə sarsaq “artsax” müzakirəsi Bakıdan təpki

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Avropalı deputatlar və erməni revanşistlər ABŞ-ın qanunverici orqanında bu məsələni niyə yenidən qaldırırlar? - şərh

İsveçrə parlamentariləri Erix Fontobelle və Lukas Reimann ABŞ Konqresinin üzvlərinə və əməkdaşlarına “Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin öz vətənlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmasını təmin etmək” üçün davam edən səylər barədə məlumat verəcəklər. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Amerika Erməni Milli Konqresi (ANCA) məlumat verib. İyulun 8-də ABŞ Konqresində isveçrəli deputatların brifinqi nəzərdə tutulub.

Brifinqdə Ermənistanın keçmiş xarici işlər naziri və üzdəniraq “Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsinin sədri” Vardan Oskanyan və Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybner də iştirak edəcək. Oskanyan yerli mediaya müsahibəsində yenə də öz arzusunu reallıq kimi qələmə verməyə çalışaraq iddia edib ki, guya “artsax” mövzusu beynəlxalq birlik üçün bağlanmayıb.

Qeyd olunub ki, brifinq zamanı “Dağlıq Qarabağ üzrə İsveçrə Sülh Təşəbbüsü”nün işinə toxunacaqlar. Bu qondarma platforma 2025-ci il mayın 26-da İsveçrənin paytaxtı Berndə öz işinə başlayıb. Komitə ölkə parlamentinin hər iki palatası tərəfindən qəbul edilmiş və ölkə hökumətinə “Azərbaycan və Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında beynəlxalq vasitəçilik əsasında dialoqun təşviqi üçün sülh forumu yaratmağı” tapşıran qətnamədən irəli gəlir.

Konqresin zallarından birində toplaşan isveçrəli deputatlar ermənilərlə birgə Qarabağdan könüllü gedən ermənilərin qayıdışı mövzusunu yenidən gündəmə gətirəcəklər. Halbuki məsələnin təqdimatı kökündən səhvdir. Onları buradan qovan olmayıb və qalmaları təklif olunub. Həmçinin Azərbaycan qayıdış şərtlərini də açıqlayıb. Sadəcə, ermənipərəst avropalı deputatlar vaxtaşırı bu məsələləri gündəmə daşımaqla lobbidən aldıqları pulun xidmətini göstərirlər. Yəni onlar yaxşı bilirlər ki, bu müzakirələrlə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Ən əsası isə Qarabağdan gedən ermənilərin əksəriyyəti ya Ermənistan vətəndaşlığını qəbul edib, ya əvvəldən Rusiya vətəndaşları olub, yaxud da son 2 ildə Avropa ölkələrinə köç ediblər.

Ancaq bütün hallarda, ABŞ Konqresində bu mövzuların müzakirəsi Azərbaycanı narahat etməlidirmi?

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, Konqresin bu məsələni müzakirə edəcəyinə inanmır. Onun fikrincə, Konqresin zallarından birində brifinq təşkil olunacaq, bir neçə ermənipərəst konqresmen dəvət ediləcək və müzakirə açılacaq. “Bunun da adı olur ki, məsələni Konqresə çıxardılar. Əslində böyük bir korrupsiyanın elementidir. Erməni lobbi və diasporundan alınan pullar müqabilində bəzi avropalı deputatlar beynəlxalq hüquqa zidd mövqe sərgiləyirlər. Çünki "artsax" adlı bir subyekt yoxdur və separatçıların qondarma qurumu belə çağırılıb. Yəni İsveçrə kimi ölkənin deputatları bu addımı atırlarsa, təəssüf doğurur. Avropa demokratiyası, insan hüquqları, beynəlxalq hüquq o halda ayaqlar altına atılır. Həmin parlamentarilər azərbaycanlıların Qarabağdan etnik təmizləməyə məruz qalmasını nə üçün müzakirə etmirlər? Burada böyük qərəz və pula xidmət amilləri dayanır. Hesab edirəm ki, Azərbaycan öz etirazını bildirməlidir və İsveçrə parlamentinə məktub göndərilməlidir".

Ç.Qənizadə hesab edir ki, Qarabağdan öz xoşu ilə gedən ermənilərin qayıdışı məsələsinin müzakirəsi hələ uzun müddət davam edəcək: “Onlar hər fürsətdə, hər platformada bu mövzunu gündəmə gətirməyə çalışırlar. Xüsusən də xristianlıq faktorunu qabardırlar. Bununla da Avropa ölkələrinin diqqətini cəlb edirlər. Təbii ki, ermənilərin özləri haqda saxta məzlum obrazı yaratmaq məharəti var. Və əsrlərlə Qərb və bütövlükdə xristian dünyasını buna inandırıblar ki, guya türk-müsəlman coğrafiyasında sıxışdırılırlar, hücumlara, təqiblərə məruz qalırlar. Bax, belə bir yalanı indiyə qədər acı bağırsaq kimi uzatmaqdadırlar. Onlar avropalılara sübut etmək istəyirlər ki, guya Osmanlıda soyqırım olub, indi də Qarabağdan onları məcburi çıxarıblar. Sözsüz ki, cəfəngiyyatdır. İkincisi, 2023-cü ildə onlar buradan köçəndə kadrlar, videosübutlar qalmaqdadır. Ermənilər bölgəni gülə-gülə, şokolad yeyə-yeyə tərk etdilər. Hərçənd Azərbaycan dövləti onlara vətəndaşlıq, müəyyən sosial paket, bəzi iqtisadi imtiyazlar təklif etdi, fermerlər üçün subsidiya nəzərdə tutulmuşdu, yəni reinteqrasiya proqramı var idi. Hətta Xocalıda və Yevlaxda görüşlər keçirildi. Ancaq heç birinə razı olmadılar və köçdülər. Bu da bizim günahımız deyil. Onlara hər bir azərbaycanlıya verilən hüquqlar tanınacaqdı. Özləri şansı əldən verdilər”.

Hüquq müdafiəçisi vurğulayıb ki, hazırda onların qayıdışı nə rəsmi İrəvanın gündəliyindədir, nə ermənilər bu barədə danışırlar: “Sadəcə, bəzi revanşist dairələr, erməni lobbisi bu məsələni diqqətdə saxlamağa çalışır. Dediyim kimi, avropalı siyasətçilər də lobbi pullarının arxasınca düşərək "artsax" adı ilə sarsaq müzakirələr açırlar. Ümumiyyətlə, Konqresdə üstünlük respublikaçılarda olduğuna görə məsələnin müzakirəsini gözləmirəm. Sadəcə, biz də azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını onlara göstərməliyik. Avropalı deputatlar gəlib Qarabağda erməni vəhşiliyinin izlərinə baxsınlar. İstər Başlıbel qətliamı, istərsə Xocalı soyqırımı, dağıdılan kəndlər, məscidlər, abidələr, öldürülən günahsız dinc əhali... Bu cinayətlər erməni hərbi caniləri ediblər və bu gün də bir hissəsi Bakı Hərb Məhkəməsində mühakimə olunur. O baxımdan, ermənilərin Qarabağdan zorla çıxarılması kimi absurd ittihamlar artıq ayaq açıb yeriyə bilmir. Onların necə getdiyi də məlumdur, Azərbaycan dövlətinin bu şəxslərə hansı təkliflər irəli sürdüyü də..."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyul 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri