Icma.az
close
up
RU
Daha güclü vəziyyətdə geri qayıtmışam Karlos Jatoba

Daha güclü vəziyyətdə geri qayıtmışam Karlos Jatoba

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Karlos Jatobanın QOL.az saytına müsahibəsi

- Yoxlama oyununda “Araz-Naxçıvan”la heç-heçə (2:2) etdiniz. Qarşılaşmanı necə şərh edərdiniz?

- Bizim üçün yaxşı oyun alındı. Xüsusən də ilk hissədə üstün idik, yaxşı pressinq edirdik. 10 günlük fasilədən sonra ilk matç idi. Oyuna nəzarəti əlimizdə saxlamaq istəyirdik. Düşünürəm ki, müsbət keyfiyyətlərimizi daha da yaxşılaşdırmaqla mövsümün ikinci hissəsinə hazır olmalıyıq.

- Uzun müddətdən sonra meydana qayıtdınız. Hazırda özünüzü necə hiss edirsiniz?

-  Çox yaxşı hiss edirəm özümü. Yenidən meydana qayıtdığım üçün xoşbəxtəm. Bu, çətin period idi. Bir futbolçu üçün ciddi zədə almaq ağırdır. Mənim də zədəm ciddi idi. Şadam ki, artıq hər şey qaydasındadır. Mental olaraq hazırlaşdım və geriyə daha güclü vəziyyətdə qayıtmışam.

- Tam formanızı bərpa etmək üçün nə qədər zamana ehtiyac var?

- Əslində, tam bərpa olmuşam. Özümü hazır sayıram. Sadəcə açıq deyim ki, zədədən sonra yüngülcə qorxu var. Düşünürəm ki, bu da normaldır və zamanla qaydasına düşəcək. Hazırda oyun praktikasına ehtiyac duyuram. Yaxşı ki, fasilə müddətində daha bir yoxlama görüşümüz olacaq. Çempionat başlayanda baş məşqçimiz şans verdikcə komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm.

- Geridə qalan müddətdə “Araz-Naxçıvan”ın çıxışını necə dəyərləndirirsiniz?

- Komanda ilk iki dövrədə çox yaxşı oynadı. Təşkilatlanmış şəkildə çıxış etdik. Məşqçi heyəti də işinin öhdəsindən gəldi. Kollektiv olaraq ortaya yaxşı iş qoyduq. “Araz-Naxçıvan” ilk 18 turda inamlı təsir bağışladı. Nəticələr də yaxşıdır. İndi bunun ardını gətirməliyik.

- Mövsümün ikinci yarısından gözləntiləriniz nədir?

- Gələcək haqda çox danışmaq istəmirəm. Odur ki, uzun müddətli hansısa proqnoz vermək istəməzdim. Yalnız onu deyə bilərəm ki, yaxşı komandamız var və böyük işlər görə bilərik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri