Ölməzlik zirvəsinə ucalan şəhid
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan mübarizə yolunda Vətənin hər bir guşəsindən olan mərd oğullar ön cəbhəyə atılaraq torpaqlarımızın azadlığı uğrunda misilsiz fədakarlıq göstərdilər. Hərbi anda son nəfəsinədək sadiq qalan, döyüş meydanında göstərdiyi şücaətlə adını xalqımızın yaddaşına əbədi həkk edən qəhrəmanlarımızdan biri də şəhid Natiq Yusif oğlu Əliyevdir.
Natiq 22 may 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Əslən Qərbi Azərbaycanlıdı. Natiq ailənin 3 övladından biri olub. Orta məktəbi bitirdikdən az sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Əsgərliyi başa vurduqdan sonra isə ailəsinə, evinə dönüb. Natiq 2015-ci ildən 2021-ci ilin 16 noyabrınacan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE), Kiçik çavuş kimi fəaliyyət göstərib.2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib 2021-ci il noyabrın 16-sı qəfil hərbi əməliyyatlara başlamışdır. Ermənistan hərbçiləri bu istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə hücum etmişdir. Başlanan hərbi əməliyyatlarda iştirak edən (MAXE) Kiçik çavuş Natiq Əliyev 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində antiterror əməliyyatını yerinə yetirərkən şəhid olmuşdur. 17 noyabr 2021-ci ildə onun nəşi ailəsinə təhvil verilmiş və doğulduğu Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Natiq həm də ailəli olub. 2018-ci ildə Gülnar xanımla ailə həyatı qurub və bu ailədən 2020-ci ildə Zeynəb adlı bır qız dünyaya gəlib.
2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Natiq Əliyev Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilib.
Natiq Yusif oğlu Əliyev kimi igid oğulların qanı bahasına qorunan və azad edilən torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız onların ölməzliyinin rəmzidir. Şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Noyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















