Icma.az
close
up
RU
Daha gümrah və sağlam olmaq üçün günə bu 4 prosedurla başlayın

Daha gümrah və sağlam olmaq üçün günə bu 4 prosedurla başlayın

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Sağlamlığınızı qorumaq üçün müntəzəm sürətdə sağlamlığınıza diqqət etməlisiniz.

Bunun üçün bir çox müxtəlif prosedurlar mövcuddur, ancaq ən effktiv olanları səhər yuxudan ayılandan sonra edilənlərdir. Bu prosedurlar 5 dəqiqədən artıq vaxtınızı almayacaq və həmçinin də sağlamlığınıza çox fayda verəcək. Bu zaman ən əhəmiyyətli məqam müntəzəmlikdir. Başlanğıcda biraz çətin ola bilər, ancaq bir müddətdən sonra bu, vərdiş halına gələcək. Bu prosedurların həyata keçirilməsi üçün isə sizə sadəcə olaraq limon, su, bal və hidrogen-peroksid lazım olacaq.

Dilin təmizlənməsi

Hər kəs səhərlər dişlərini fırçalayır, ancaq olduqca vacib olan bir amil – dilin təmizlənməsi barədə unudulmamalıdır. Bu prosedurun əhəmiyyəti və vacibliyi barədə insanlar hələ qədim dövrlərdən məlumatlıdır. Orta əsrlərdə yaşamış ən böyük və tanınmış təbiblərdən biri olan İbn Sina dilin təmizlənməsini ağız boşluğuna gündəlik qulluq prosedurlarına daxil etməyi qətiyyətlə tövsiyyə edirdi. Bunu diş fırçası və ya xüsusi fırça vasitəsilə etmək mümkündür.

Dilin təmizlənməsi nəyə lazımdır:

1. Bu, mədəyə düşərək müxtəlif xəstəliklər əmələ gətirə biləcək bakteriyalardan xilas olmağı təmin edir.

2. Dildəki bakteriyalar ağızdan xoşagəlməz qoxu gəlməsinin, həmçinin ağız boşluğu xəstəliklərinin əsas səbəblərindən biridir.

Bir stəkan qaynar su

Çoxları yuxudan sonra maye balansını bərpa etməyin necə önəmli olduğundan xəbərdardır. Qaynamamış, filtrdən süzülmüş suyu qaynar olana qədər qızdırın. Qaynamamasına diqqət edin. Bir stəkanı tam şəkildə bu su ilə doldurun, içinə limon dilimi atın və ya sadəcə biraz limon şirəsi sıxın. Yeməkdən 20 dəqiqə əvvəl kiçik udumlarla yavaş-yavaş için.

Bu sadə içki nə ilə faydalıdır?

1. Su həzm sistemini normaya salır, orqanizmi qida qəbuluna hazırlayır.

2. Maddələr mübadiləsini yaxşılaşdırır və arıqlamağa yardımçı olur.

3. Qaraciyəri təmizləyir.

4. Limon şirəsində çox sayda mikroelementlər (kalsium, fosfor, kalium, natrium, maqnezium, dəmir), həmçinin B və C vitaminlər qrupu mövcuddur.

Yeməkdən əvvəl bal

Səhər yeməyindən 10 dəqiqə əvvəl bir çay qaşığı bal yeyin və üzərindən su için. Bal təbii və təzə bal olmalıdır.

Səhərdən bir qaşıq bal yemək nə üçündür?

1. Bal – mikroelementlər və vitaminlər qaynağıdır. Balın tərkibində böyük miqdarda fruktoza və qlükoza vardır ki, bunlar da orqanizmə enerji verərək beynin fəaliyyətini gücləndirir və iş qabiliyyətini artırır.

2. İmmuniteti gücləndirir.

3. Antioksidant xüsusiyyətlərə malik olan bu məhsul orqanizmin yaşlanmasının və gücdən düşməsinin qarşısının alınmasına yardımçı olur.

Ağzın hidrogen-peroksid məhlulu ilə yaxalanması

Səhər yeməyindən sonra ağzınızı hidrogen-peroksid həll olunmuş su ilə yaxalayın. 3 % faizli hidrogen-peroksid məhlulundan 5-7 damcını 50 mq qaynamayan su ilə qarışdırın.

Ağzı belə məhlulla yaxalamaq nə üçün lazımdır?

1. Kariesə, diş və diş əti ağrılarına qarşı mükəmməl profilaktikadır.

2. Ağızdan xoşagəlməz qoxunu itirir.

3. Dişləri yüngül ağardır.

Bu prosedurları hər səhər təkrar edin və özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri