Icma.az
close
up
RU
Daha sərt məhdudiyyətlər...

Daha sərt məhdudiyyətlər...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yeni sanksiyalar paketi - say 19-a çatır

Budəfəki hədəf: Rusiya maye qazının Aİ-yə idxalına qadağa, kriptovalyuta və banklara qarşı tədbirlər...

Qərb Rusiyaya qarşı növbəti - 19-cu sanksiyalar paketini reallaşdırmaq üzrədir. Bunu Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Aİ ölkələrinin dövlət və hökumət başçılarının Kopenhagendə keçirilən qeyri-rəsmi sammitindən sonra deyib. O bildirib ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. “Biz sanksiyalara yeni yanaşma təklif edirik. Biz artıq addım-addım yanaşma deyil, enerji, maliyyə xidmətləri və ticarətdə çox daha sərt tədbirlər təklif edirik”, - deyən AK rəhbəri əlavə edib ki, bu yanaşma artıq müzakirə olunan 19-cu sanksiyalar paketinin hazırlanmasında tətbiq olunur.

İstənilən gəlir mənbəyi...

Qeyd edək ki, sentyabrın 19-da fon der Leyen AK-nin 19-cu sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bu paketdə yer alan mühüm məsələlər sırasına 2027-ci ilin yanvarından etibarən Rusiya maye qazının Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklara qarşı tədbirlər daxildir.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas isə Kremlin istənilən gəlir mənbəyini sanksiyaların hədəfi adlandırıb. Avropalı siyasətçinin sözlərinə görə, sanksiyalar Rusiyanın dövlət maliyyəsinə və iqtisadi artımına əhəmiyyətli təsir göstərir. Kallas bildirib ki, yeni paket Rusiyanın silah istehsalı üçün lazım olan texnologiyalara və kritik resurslara çıxışını da məhdudlaşdıracaq. Bundan başqa, Kallas Rusiyanın “Mir” ödəniş sisteminə qarşı sanksiyaları açıqlayıb. “Biz Rusiyanın pul qazandığı sahələrə zərbə vurmaq istəyirik. Bu bütün sektorlara aiddir”.

Qeyd edək ki, Avropa Komissiyasının Rusiyaya təzyiqi artırmaq istəyinə baxmayaraq, Aİ ölkələrinin heç də hamısı anti-Rusiya sanksiyalarının tətbiqini dəstəkləmir. Xarici KİV-lər yazır ki, 19-cu məhdudiyyətlər paketi tədricən blok daxilində fikir ayrılığı yaradıb. Belə ki, bir çox Mərkəzi və Şərqi Avropa daha fərqli fikirləşirlər. “Bloomberg” Avropadakı çoxsaylı daxili fikir ayrılıqları səbəbindən yaranan problemlərə də diqqət çəkib. O qeyd edib ki, buna gərgin büdcə vəziyyəti, uzanan inzibati proses, parlamentin parçalanması, siyasi ekstremistlərin aktiv müxalifəti və fikir ayrılıqları səbəb olub.

Yeni paketin sərt məhdudiyyətləri...

Təklif olunan paketdə bir çox yeni məhdudiyyətlər yer almaqdadır. Hələ tam təsdiqlənməsə də mətbuatda yayılan xəbərlərdə bir neçə konkret təkliflərin yer alması diqqət çəkir. Təkliflər arasında Rusiyanın iri neft şirkətlərinə və onların treyderlərinə qarşı sanksiyalar, üçüncü ölkə şirkətlərinə ikinci dərəcəli sanksiyaların genişləndirilməsi, qiymət hədləri və çatdırılma üzərində nəzarət, banklara və enerji şirkətlərinə qarşı yeni məhdudiyyətlər, kriptovalyutalara nəzarətin gücləndirilməsi, idxal qadağalarının və tariflərinin genişləndirilməsi, Rusiya neft və qazını alan ölkələr üçün mümkün məhdudiyyətlər və bu kimi bir çox qadağalar yer alır. Bundan başqa, yayılan məlumatlara görə, Avropa texnologiyaları, o cümlədən Rusiya müdafiə sənayesi üçün komponentlər üzrə ixrac nəzarətinin gücləndirilməsi, lisenziyalaşdırılmalı olan ikili təyinatlı malların siyahısının genişləndirilməsi, sanksiyaların icrasına nəzarət üçün ümumavropa mexanizminin yaradılması və pozuntular haqqında daha sıx məlumat mübadiləsi də böyük ehtimalla yeni paketdə yer ala bilər.

140 milyard avroya qədər faizsiz kreditlər mənbəyi...

Müzakirə olunan məsələlərdən biri də dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün istifadə edilməsidir. Almaniya kansleri Fridrix Mertz Aİ-nin Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən müsadirə yolu ilə deyil, Ukraynaya 140 milyard avroya qədər faizsiz kreditlər mənbəyi kimi istifadə etmək planını açıq şəkildə dəstəklədiyini bildirib. “Financial Times” üçün yazdığı məqalədə o, beynəlxalq hüquq normalarına uyğun gələn və Rusiyanın bu vəsaitlərə sahibliyini formal olaraq qoruyub saxlayacaq “hüquqi cəhətdən etibarlı mexanizm”in hazırlanmasının zəruriliyini vurğulayır.

Təklif olunan model Avropa Komissiyasının bu ehtiyatlarla təmin olunmuş faizsiz istiqrazlar buraxaraq, onları Kiyevə tədricən kreditlərə çevirməsini nəzərdə tutur. Rusiyanın mülkiyyət hüquqları qorunur, lakin Rusiya Ukraynaya dəymiş ziyanı kompensasiya edənə qədər aktivlər dondurulmuş qalır.

AK-dan çağırış...

Avropa Komissiyası Aİ ölkələrinə Rusiyadan enerji alışını dayandırmaq çağırışlarına qulaq asmağı məsləhət görüb. Qeyd edək ki, bu ilin birinci yarısında Aİ ölkələri Rusiyadan 4,5 milyard avro dəyərində LNG idxal edib. Komissiya əvvəllər qısamüddətli müqavilələrin 2026-cı ilin ortalarına qədər və bütün digər müqavilələrin 2027-ci ilin sonuna qədər dayandırılmasını təklif etmişdi. İndi bu müddət bir il qısaldılıb. Amma qərar Macarıstan və Slovakiya üçün istisna olaraq qalır - onlar daha iki il yarım Rusiya qazını “Türk axını” kəməri ilə almağa davam edəcək.

Qeyd edək ki, bu ilin iyulunda Rusiyaya qarşı 18-ci sanksiya paketi qəbul olunmuşdu. Bu paketə Rusiya neftinin “qiymət tavanı”nın bir barel üçün 47,6 dollara endirilməsi, 105 tankerə məhdudiyyətlər, “Şimal axını” ilə bağlı istənilən əməliyyata qadağa, 22 bankın “qara siyahı”ya salınması və Rusiya maliyyə təşkilatlarının Aİ ilə əməliyyatlarına tam qadağa qoyulması daxil edilmişdi.

Vurğulandığı kimi, indiyə qədər fərqli sektorları əhatə edən 18 sanksiya paketi qəbul edilib. 2022-ci ildən bəri qəbul olunan ardıcıl sanksiya paketləri Rusiyanın enerji, maliyyə, texnologiya, nəqliyyat və hərbi sənaye sahələrini əhatə edərək ölkənin beynəlxalq iqtisadi sistemdən təcrid olunmasına yönəlib.  2022-ci ildə Aİ tərəfindən Rusiyaya qarşı 8 sanksiya paketi qəbul edilib, 2023-cü ildə daha bir neçə sanksiya paketi bu siyahıya əlavə olunub. 13-cü sanksiya paketi 2024-cü ilin 23 fevralında, 14-cü paket isə həmin ilin 24 iyunda təsdiqlənib. 2024-cü ilin son sanksiya toplusu - 15-ci paket isə 16 dekabrda qüvvəyə mindi. Bu il başlananda indiyə qədər 3 sanksiya paketi qəbul edilib. Bunlardan birincisi fevralın 24-də qəbul edilmiş 16-cı paketdir. 17-ci və 18 -ci paketlər isə ard-arda qəbul olunub.

SADİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see217

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see214

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see186

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see182

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see176

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see175

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see169

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see167

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

16 May 2026 07:08see166

Ən enerjili bürclər açıqlanıb

16 May 2026 10:24see157

Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib Natiq Cəfərli

16 May 2026 20:14see152

Həkimlər bu vəzini kəsib tullayırdı Xərçəngdən qoruyurmuş

16 May 2026 05:00see151

Bazarda ARTIM Neft kəskin bahalaşdı

16 May 2026 09:42see151

Meteohəssas insanların NƏZƏRİNƏ

16 May 2026 15:39see151

Buxarada keçirilən beynəlxalq konfransa Azərbaycan nümayəndələri də qatılıb

16 May 2026 23:17see147

Magistraturaya qəbul imtahanı: 90 nömrəli məktəbdə ciddi narazılıq yaşanıb

17 May 2026 11:56see144

Günün ULDUZ FALI Bu, vütün buzları əridə bilər

17 May 2026 02:09see144

Slovakiyalı nazir: Su siyasəti beynəlxalq münasibətlərin əsas mövzularından olmalıdır

17 May 2026 17:51see141

CRM üzrə kiçik mütəxəssis

17 May 2026 22:19see141

Gecə bu ərazilərdə işıqlar söndürüləcək

16 May 2026 18:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri