Icma.az
close
up
RU
Dalaqda yaranan problemlərə ən təsirli vasitələr: XALQ TƏBABƏTİ

Dalaqda yaranan problemlərə ən təsirli vasitələr: XALQ TƏBABƏTİ

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dalaq insan orqanizmində qanyaradıcı üzvlərin ən böyüyüdür. Bu orqanın insan üçün əhəmiyyəti olduqca böyükdür. Burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır.

İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan çisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər.

Dalaqda yaranan problemlərə qarşı bir neçə xalq təbabəti üsulu:

Çuğundurun yarpağını və özünü bişmiş halda yemək dalaq xəstəlikləri üçün münasibdir. Onu xardal və sirkə ilə yemək dalaq sıxılmasının qarşısını alır.  Zəfəranın dalaq fəaliyyətinin pozulması hallarında işlədilməsi münasib sayılır.  Dalaq sancması zamanı acı badam yemək münasibdir.  Heyva şirəsi soyuqdan olan dalaq ağrısı üçün çox faydalıdır.  Dalağı möhkəmləndirmək üçün acı paxlanı bal ilə qarışdırıb yemək münasibdir.  Püstə yemək dalaq xəstəlikləri üçün faydalıdır. Xardalı əncirlə döyüb təpitmə qoymaq dalaq şişinə qarşı çox faydalıdır. Bu məqsədlə əncir yarpağının təpitməsi də xeyirlidir. Dalaq nahiyəsinə yulğun çöpünü sirkədə qaynadıb təpitmə qoyduqda yaxşı təsir edir.  Qızdırma ilə müşayiət olunan dalaq böyüməsinə qarşı balqabaq qabığı İşlətmək olar.

İstifadə qaydası:

Balqabaq qabığını qurudaraq ondan 2-4 qram götürüb 10 qram sirkə ilə içməli.

 Dalaq böyüyəndə turp toxumu bir dərman vasitəsi kimi işlədilə bilər. Turp toxumunu yumşaq halda deyərək sirkəyə qatıb təpitmə qoymalı.  Dalaq böyüyəndə vəzəri tətbiq edildikdə öz müsbət təsirini göstərir. İstifadə qaydası:

 Vəzərini üzüm sirkəsində qaynadıb günəş altında qurudur, sonra onu buğda ununa qatıb «çörək bişirir» və qurudub yumşaq halda döyürlər. Hər gün ondan bir qədər götürüb təpitmə qoyurlar.

Dalaq şişi sidiklə əlaqədar olarsa və sidiyin rəngi dəyişərsə, "Məcnun söyüdün yarpaqlarını kölgədə qurudub döyür və ondan 5 qrama qədər səhərlər çay və şəkərlə içirlər.  Dalaq yarası olduqda 2,4 qram acı paxlanı işgəncəbi ilə yemək münasibdir. Dalaq xəstəliyində üzərliyin tətbiq edilməsi öz müsbət təsirini tezliklə göstərir.

İstifadə qaydası:

Bitkinin toxum və yarpaqlarından 1-2 dəstə yığıb 200 qram sirkədə qaynatdıqdan sonra alınan təpitməni dalağın üstünə qoyub bağlamalı. Bu, şişi və ağrını kəsir.

Sevinc Hüseynova 

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri