Dalğa Arena niyə təmirə bağlanıb? AÇIQLAMA
Icma.az bildirir, Bizim media portalına istinadən.
AFFA-nın balansında olan Mərdəkandakı “Dalğa Arena” stadionu təmirə bağlanıb. Məhz bu səbəbdən də ev oyunlarını bu arenada keçirən “Araz Naxçıvan” klubu başqa stadiondan istifadə etmək məcburiyyətində qalıb.
Görəsən Mərdəkan stadionunun təmirə bağlanması nə ilə əlaqədardır və stadionda hansı təmir işləri aparılacaq?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Araz Naxçıvan” klubunun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov təmir işlərinin ot örtüyü ilə bağlı olduğunu dedi:
“Dalğa Arena AFFA-nın balansında olan stadiondur. Təmir barədə qərarı da məhz federasiya verib. Bildiyimə görə, əsas təmir işləri ot ürtüyündə aparılacaq. Yəni meydançanın qazonuna yeni toxum səpiləcək”.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 30 Oktyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















