Icma.az
close
up
RU
Dalğaların sözləri ilə

Dalğaların sözləri ilə

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

və ya sevgilimiz dənizdir

Xəzərin dəli dalğaları sahilə vurduqca ləpələrdə artıq xatirəyə çevrilən doğma səsi eşidirəm. "Xəzri pəncərəni bağlayıram, soyuq olar".

"Xəzri" kəlməsi uşaqlıq xatirələri Bakı ilə bağlı olmayanlara yad olsa da, poeziyaya bağlananlara tanışdır. Necə?

"Bəlkə də, bir xəyalımış, mavi sular naxış-naxış" söyləyən Nəbi Xəzrinin Xəzər ətirli misralarından. Şair nəğmələr dünyasında daha çox "Sevgilimiz dənizdir" deyib, "Dənizi hədiyyə verirəm sənə" ilə xatırlanır.

Ancaq onun təbirincə desək, mənim xatirə dalğalarımda anamın "mətbəx qeydləri" Nəbi Xəzrini başqa misralarla da xatırladır mənə. Onun dilindən eşitdiyim "Dərələr" canlanır beynimdə:

"Dağa qısılıb yatar,

Mışıl-mışıl dərələr.

Dərələr, dərələr

Yaşıl-yaşıl, dərələr".

Həmin şirin xatirə dalğalarına daldıqda bu dəfə onun həzin səsindən başqa misraları duyuram:

"Nar ağacı, nar çiçəyi,

Bir ulduzdur hər ləçəyi".

Bu misralardan sonra, bəlkə də, təsəvvürünüzdə təbiət şairi obrazı yarana bilər. Ancaq Nəbi Xəzri təbiətin paklığından doğan saf sevgini "dalğaların sözləri ilə" dilə gətirirdi:

"Ulduzların gözləri ilə

Gördüm səni gecəyarı,

Dalğaların sözləri ilə

Dindi könül arzuları".

O, sadəcə vüsalı deyil, doğma qəlblərin ayrılığını da incə duyğularla ifadə edirdi:

"Gecə şirin-şirin mürgüləyəndə

Seyr edər ay səni, kəhkəşan səni.

Mən səhər küləyə "əsmə” deyəndə

Kim isə oyadar yuxudan səni".

Və həmin misralarla yazdığı şeiri "Ayrı sahillərin eyni dalğası" adlandırmaqla bir vuran qəlblərin nə qədər başqa sahillərə yan alsalar belə, həmişə bir olduqlarını hiss etdirir. Eyni dalğada olanlar üçün ən gözəl ümidin isə elə birgəlik olduğunu da...

"Sənsiz günəşsizdir bu göy, bu torpaq

Hər nəyi istəsən, al məndən, gözəl.

Tək ümid qoy qalsın

Ümid – bir dünyalıq gülüşlərindir

Tək ümid qoy qalsın

O, ani, əbədi görüşlərindir".

Və sonda dənizə deyil, göylərə baxanda ürəyimdəki duyğularım Nəbi Xəzrinin misraları - "dalğaların sözləri ilə"danışır:

"Gecələr sakitcə axan ulduzlar

Göylər çəmənində naxışlarındır.

Gecələr sakitcə axan ulduzlar

Göylər çəmənində naxışlarındır.

Hardasa gözümə baxan ulduzlar

Ulduz yox, həsrətli baxışlarındır".

Günel Natiqqızı,

AYNA üçün

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Yanvar 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri