Icma.az
close
up
RU
İzmir: Dalğaların qucaqladığı şəhər

İzmir: Dalğaların qucaqladığı şəhər

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Salam, İzmir!

Egey dənizinin sahilində yerləşən, tarixi və təbiəti ilə göz oxşayan bu şəhər, hər gələn ziyarətçini heyran edir. Dənizdən yüksələn yüngül külək üzünüzə toxunur, sahildəki dalğalar isə sanki sizinlə pıçıltı ilə söhbət edir. İzmir – Egey dənizinin ürək döyüntüsü, insanı ilk baxışdan öz sehrinə salan unikal bir məkandır. Günəş batarkən Kordonboyunun qızılı işıqlara bürünən mənzərəsi yalnız gözləri deyil, ruhu da ovsunlayır.

Bu şəhərdə tarixlə təbiət harmoniya içində birləşir və bir-birini tamamlayır. Dar küçələrdən yayılan qəhvə qoxusu bazarlardan gələn şən səslərə qarışır. İnsanlar dənizlə nəfəs alır, küləklə gülümsəyir. İzmirin səmimi atmosferi onu yalnız bir şəhər deyil, eyni zamanda bir duyğu, bir hiss halına gətirir.

Tarixlə nəfəs alan şəhər

İzmir minilliklərin irsini qoruyub saxlayan, keçmişi müasir dövrün rəngləri ilə birləşdirən mədəniyyət beşiyidir. Bu şəhərdə addımladığınız hər küçə, hər meydan bir tarix danışır. Əgər bu tarixi daha dərindən öyrənmək istəyirsinizsə, İzmirin zəngin muzeylərini ziyarət etmək vacibdir. Şəhərin əsas görməli yerlərindən biri olan Efes antik şəhəri, yalnız İzmirin deyil, ümumiyyətlə, Qədim Yunan və Roma mədəniyyətinin izlərini daşıyır. İzmirin Saat Qülləsi şəhərin ürəyi sayılan Konak Meydanında yerləşir və şəhərin simvollarından biridir. Bu tarixi abidə, yalnız memarlıq baxımından deyil, həm də şəhərin mədəniyyətini və tarixini əks etdirməsi baxımından diqqətəlayiqdir. Muzeylərdən əlavə, Kadifekale qalasına səyahət edərək şəhərə panoramik mənzərə ilə baxa və İzmirin keçmişinə bir addım daha yaxınlaşa bilərsiniz.

Dadların şəhəri

İzmir təkcə tarixi və təbiəti ilə deyil, eyni zamanda zəngin mətbəxi ilə də tanınır. Şəhərin məşhur yeməklərindən biri olan boyoz, İzmir səhərlərini bəzəyən ənənəvi bir dad hesab edilir. Yanında təzə dəmlənmiş çayla birlikdə bu ləzzəti dadmaq, İzmirin səmimi atmosferini daha da duyğusal edir.

Bundan başqa, kumru adlanan ləzzətli sendviçlər və müxtəlif dəniz məhsulları şəhərin mətbəxində mühüm yer tutur. Sahil boyunca uzanan restoranlarda təzə balıq yeməkləri dadaraq Egey dənizinin ləzzətini hiss edə bilərsiniz.

Təbiət və gözəllik

İzmir anlayışı təkcə şəhər mərkəzi ilə məhdudlaşmır. Şəhər ətrafında yerləşən Çeşmə və Alaçatı kimi bölgələr zövq almaq üçün ideal məkanlardır. Buradakı ağ daş evlər və dar küçələr, həm gözəllik, həm də rahatlıq axtaranların diqqətini cəlb edir.

İzmir həm tarix, həm də gələcəyi ustalıqla bir araya gətirən nadir şəhərlərdən biridir. Burada yalnız keçmişi görmürsünüz, həm də onun bu günlə necə harmoniyada olduğunu anlayacaqsınız. İzmiri ziyarət edərkən onun hər küçəsində, hər səmimi təbəssümündə, hər dalğasında unikal cazibəsini hiss edəcəksiniz.

Alsancak və Kordonboyu: İzmirin nəfəsi

Səyahətimin ilk günü yolum məni Alsancak küçələrinə apardı. Burada yayılan təzə qəhvə qoxusu, dənizlə nəfəs alan insanların səmimi gülümsəməsi və sahilə çırpılan dalğalar İzmirin nəfəs alışı idi. Burada həyat sanki hər bir daşında və nəfəsində sevgi dolu bir melodiya ilə axırdı. Alsancakdan Kordonboyu istiqamətində addımlamaq isə əsl terapiya idi. Bu məşhur sahil xətti, dəniz mənzərəsi və dalğaların səsi ilə insanın ruhunu dincəldir...

Kordonboyunda günəşin batışını izləmək bir rəssamın fırçasından çıxmış möhtəşəm bir tabloya baxmağa bənzəyir. İnsanlar burada xoşbəxt idi – biri qaçır, biri gəzir, digəri isə sadəcə, skamyada oturub dənizə baxırdı. Bu xoş atmosferi tamamlayan kiçik kafelərdən gələn musiqi səsləri məkanın canlılığına xüsusi rəng qatırdı.

Gecə həyatı: İzmirin digər üzü

İzmir gecələri isə ayrı bir nağıldır. Gün batandan sonra şəhər daha da işıqlanır və küçələr canlanır. Alsancak və Karşıyaka bölgələri gecə həyatı ilə tanınır. Buradakı restoranlar, barlar və kafelər, əyləncə axtaran insanlarla dolub-daşır.

Restoranlardan birində, dənizə açılan eyvanda, təzə hazırlanmış yerli yeməklərin dadına baxmaq İzmirin gecələrinə xüsusi bir gözəllik qatır. Musiqinin ritmi, insanların səmimiyyəti və canlı şəhər həyatı burada keçən hər anı əbədiləşdirir. Ənənəvi türk musiqisindən tutmuş, müasir melodiyalara qədər müxtəlif tərzlərdə səslənən musiqilər, gecə həyatını daha da rəngarəng edir.

Atatürk və İzmir: Tarixin izləri

İzmir Mustafa Kamal Atatürk ilə xüsusi bir bağlılıq hiss etdirir. Atatürkün anası Zübeydə xanımın Karşıyakada dəfn edilməsi və onun xatirəsinə həsr olunmuş muzey bu şəhərin tarixi və emosional dəyərini daha da artırır. Ziyarət etdiyim Zübeydə Xanım Anıt Muzeyi yalnız bir abidə deyil, həm də düşünmək, keçmişi anlamaq və gələcək üçün ilham almaq üçün xüsusi bir məkan idi. Burada keçmişin izləri ilə gələcəyin ümidi birləşir.

Futbol və şəhərin ritmi

Futbol İzmirin mədəniyyətində xüsusi bir yer tutur. “Göztəpə” klubunun ev oyunlarını izləmək üçün "Gürsel Aksel" stadionuna getdim. Bu stadion yalnız futbol matçlarına ev sahibliyi etmir, həm də azarkeşləri bir araya gətirən sosial bir mərkəzdir.

O gün stadionda hər şey fərqli idi. “Göztəpə” və rəqibi “Adana Demirspor” arasında keçirilən gərgin matç şəhərin futbol ehtirasını bir daha göstərdi. “Göztəpə”nin 3-1 hesablı möhtəşəm qələbəsi, stadionda bayram ab-havası yaratdı. Bu qələbə klubun turnir cədvəlindəki mövqeyi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. "Göztəpə" üçün bu qələbə, həm azarkeşlərin, həm də klubun gələcəyinə ümid verdi. Azarkeşlərin yüksək səslə oxuduqları mahnılar və səsləndirdikləri şüarlar dəniz küləyi ilə birləşərək şəhərin ritmini daha da artırdı. Bu, İzmirin futbol sevgisinin, ehtirasının və enerjisinin təntənəsi idi. Axı rənglərinə bağlandıqları “Göztəpə” bu qələbə sayəsində “avrozonada” yerini möhkəmləndirə bilər.

Qələbənin bayrama çevrilməsi

Matç bitdikdən sonra isə əsl bayram başladı. Stadionun ətrafındakı restoranlar və kafelər qələbəni qeyd edən azarkeşlərlə dolub-daşdı. Sarı-qırmızı rənglərə bürünmüş izdiham birlikdə mahnılar oxuyur, rəqsin, şənliyin hər anından zövq alırdı. "Gürsel Aksel"in daxilində və xaricində bayram havası hiss olunurdu. Fanşoplarda alınan suvenirlər, restoranlarda paylaşılan xatirələr və hər kəsin üzündəki gülümsəmə bu günü unudulmaz etdi. "Göztəpə" bu zəfər sayəsində şəhərin qəlbində də öz yerini möhkəmləndirdiyini isbatladı.

Qələbənin əhəmiyyəti

"Göztəpə" üçün bu qələbə azarkeşlərin illərdir göstərdiyi dəstəyin, futbol sevgisinin və komanda ilə qəlb bağının bir təntənəsi idi. Klubun keçmişindən gələn irs, bu gün əldə edilən uğurlar və gələcəyə olan ümidlər bu matçda birləşdi. Stadionun ab-havasında İzmirdəki həyat enerjisini hiss etmək mümkündür. “Göztəpə” azarkeşlərinin hayqırtıqları şüarlar stadionun divarlarını ilə yanaşı, İzmirin bütün səmasını titrədir. Bu matçın qələbəsi şəhər üçün də bir motivasiya mənbəyinə çevrildi. Bu gün bir daha sübut etdi ki, İzmir yalnız tarixi, təbiəti və mədəniyyəti ilə yox, eyni zamanda futbol ehtirası ilə insanların qəlblərinə toxunur. Matçdan sonra küçələrdəki bayram havası, “Göztəpə”yə sevgi şəhər həyatının ayrılmaz bir parçası olduğunu göstərdi.

Meydan sahiblərinin 3-1 hesablı qələbəsinin sevincini paylaşmaq, şəhərin ruhunu bir daha hiss etmək mənim üçün əsl unudulmaz təcrübə oldu. İzmirə bir dəfə gələn, onun ruhunu özündə hiss edir və buradan ürəyində daimi bir İzmir sevgisi ilə ayrılır. Mən də artıq bu şəhərdən qayıdarkən onun cazibəsini və gözəlliyini özümlə aparıram. Hoşça kal, İzmir, bir gün mütləq qayıtmaq ümidi ilə…

Bu möhtəşəm təcrübənin bir parçası olmaqda göstərdiyi dəstəyə görə “Etopaz”a xüsusi təşəkkürümü bildirirəm. Səfərim zamanı təqdim etdikləri imkanlar sayəsində İzmirin gözəlliklərini daha dərindən hiss etmək və futbolun sehri ilə birləşmək imkanı qazandım. İdmansevərlərə belə təcrübələr yaşatdıqları üçün minnətdaram!

Əli Sahib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://fanat.az
archiveBu xəbər 09 Dekabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see207

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see188

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see184

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see141

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see138

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri